• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Heydər Əliyev zəkası və Füzuli dühası

Heydər Əliyev zəkası və Füzuli dühası




Azərbaycan klassik bədii ədəbiyyatı ümummilli lider Heydər Əliyevin həmişə diqqət mərkəzində olub. O, ən çətin dövlət vəzifələrini icra edəndə də, ağır diplomatik missiyaları yerinə yetirəndə də həmişə klassiklərlə maraqlanmış, onların ədəbi-bədii əhəmiyyətini ön plana çəkib. Elə buna görə də klassik irsimizə, klassik ədəbiyyatımıza və onun nümayəndələrinə böyük diqqət və qayğı göstərən, bu ədəbiyyatın ictimai inkişafda, yeni insan tərbiyəsində oynadığı rolu yüksək qiymətləndirən və buna görə də onların sənətinin ölməzliyinin qarantı kimi çıxış edən Heydər Əliyevin özü də klassiklərin cərgəsinə daxil olmuş, onlar kimi ölməzlik qazanmışdır.
Heydər Əliyevin klassik irs təlimində dahi qəlb şairi Məhəmməd Füzuli xüsusi yer tutur. Şairin 1994-cü ildə tamamlanan 500 illiyini dünya miqyasında ədəbi hadisə kimi qeyd etmək uğrunda fəal çalışan qüdrətli lider 1996-cı ilə kimi dəfələrlə şairin yaradıcılığına müraciət etmiş, böyük bir monoqrafiya yazmağa imkan verən fikirlər söyləmişdir. Ulu Öndər Füzulinin ədəbi-tarixi mövqeyinə və bənzərsiz poeziyasına ümumtürk və bir çox hallarda ümumbəşəri kontekstdə yanaşırdı.
Füzuli yubileyinin keçirilməsi günləri Azərbaycanda mürəkkəb ictimai-tarixi dövrə təsadüf edir. Ümummilli Lider Heydər Əliyev Füzuli yubileyinin keçirilməsinə böyük önəm verərək bu tədbiri “Azərbaycan xalqını dünyaya bir daha tanıtmaq hadisəsi” kimi qiymətləndirirdi.Ulu Öndərin dahi Füzulinin 500 illik yubileyini keçirməsi böyük mütəfəkkir şairin Azərbaycan xalqı qarşısında və bütün türk xalqları, dünya mədəniyyəti qarşısındakı xidmətlərinə verilən qiymətdir.
Füzulinin şöhrəti Azərbaycanın şöhrəti idi və bu niyyətinə Heydər Əliyev böyük bir əzmlə nail oldu. Ümumi, tarixi-siyasi dəyərlənmələrlə bərabər, mütəfəkkir lider, Füzuliyə münasibətin metodoloji meyarlarını, füzulişünaslığın prioritetlərini də təyin edirdi: “Füzulinin ədəbi irsinin öyrənilməsi və təbliği sahəsində işlər yubileydən sonra da davam etdirilməlidir”.
Tarix Heydər Əliyev zəkasının əzəmətini təsdiq etdi, Füzuli yubileyi həm Azərbaycanda, həm bütün türk-islam aləmində, həm də Rusiya və Avropada böyük təntənə ilə keçirildi. Heydər Əliyevin uzaqgörənliyi bunda idi ki, Füzuli həm özünü, həm də Azərbaycanı bir daha dünyaya tanıtdı, həm də və bizcə başlıcası budur ki, totalitar sovet ideologiyası və imperiyaçı rejimi sayəsində pərən-pərən düşmüş türk xalqlarını yeni tarixi şəraitdə birləşdirə bildi.
Ulu Öndər Heydər Əliyevin ədəbi-tarixi proses konsepsiyasına Məhəmmməd Füzuli “bütün türk xalqlarının böyük şairi” kimi daxil olur və bu tarixən olduqca düzgün qiymətdir. Ulu öndər Füzuli irsini “Azərbaycan xalqının, türk dünyasının, türk xalqlarının bu günü və gələcəyi üçün böyük örnək” kimi dəyərləndirirdi.
Ümumiyyətlə, mütəxəssislərinbelə bir fikri yerinə düşür ki, “Klassik ədəbiyyat, Heydər Əliyev üçün hər şeydən əvvəl, müasirliyi, konkret tarixi situasiyada xalqa mədəni-mənəvi xidmət göstərmək potensialı ilə maraqlı və aktual idi. O bu tələbi klassik ədəbiyyatın bütün böyük nümayəndələri qarşısında qoyur və özü də onların həmin tələbə yüksək səviyyədə cavab verdiklərini məntiqi dəlillərlə əsaslandırırdı”.
Heydər Əliyevin Füzuliyə belə böyük önəm verməsinin səbəblərindən biri, bəlkə də ən başlıcası XX əsrdə parçalanmış türk dünyasını, pərən-pərən düşmüş türk cümhuriyyətlərini birləşdirmək imiş. Bu böyük siyasətçinin müdrik gedişi idi. O türk xalqlarını birləşdirmək üçün birbaşa siyasi yol seçmədi, mənəvi yol seçdi, türk tarixini, türk mənəviyyatını özündə əks etdirən “Kitabi-Dədə Qorqud” yolunu, “Manas” yolunu, Füzuli yaradıcılığını intixab etdi. Uzaqgörən siyasətçi, böyük strateq həm Füzuli vasitəsi ilə Azərbaycanı dünyaya tanıtdı, həm türkün dünya sivilizasiyasındakı uca yerini göstərdi, həm də gələcək nəsillərə türkləri birləşdirməyin yolunu göstərdi. Heydər Əliyev zəkası ilə Füzuli dühasının vəhdətindən doğan bədii-tarixi nəticə məhz bundan ibarət idi.
Ümummilli Lider Heydər Əliyevin Füzuli ilə bağlı görüşləri onun ümumiyyətlə klassik irsə münasibətinin miqyaslarını əks etdirir. Heç şübhəsiz ki, tarixilik və müasirliyin vəhdəti onun klassik irsə münasibətinin metodoloji əsasını müəyyənləşdirir. Əslində bu, klassik irsi müasirliyin dili ilə oxumaq nümunəsidir. Füzuliyə münasibətdə Heydər Əliyev zəkası ilə Füzuli dühası bir-birini üzvi şəkildə tamamlayır. Füzuli dühasının mahiyyətini açmaq və bütün cahana göstərmək XX əsrdə hamıdan çox Heydər Əliyevə nəsib olmuşdur.



Məlakə Məlikova,
Salyan şəhər 5 saylı ümumi orta məktəbin direktoru, YAP fəalı
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 18
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 057
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 747
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter