İkram Vəliyev: Bu gün Azərbaycan dünya çapında böyük nüfuz qazanan bir dövlətdir
- 03.07.2023, 13:18,
- Cəmiyyət
Baxılıb: 67
Facebook
Вконтакте
Одноклассники
Google+
Göyçayda 02 iyul - Polis işçilərinin peşə bayramı qeyd edilib
02 iyul - Polis işçilərinin peşə bayramı münasibətilə rayon Polis Şöbəsinin inzibati binasında tədbir keçirilib.
Tədbirdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Milli Məclisin deputatı Sabir Hacıyev, rayon Polis Şöbəsinin rəisi polkovnik Müqalib Abdıyev, rayon Prokuroru Ramin Hüseynov və Polis şöbəsinin əməkdaşları iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, dahi şəxsiyyətin əziz xatirəsini dərin ehtiramla yad edərək abidə önünə gül dəstələri düzüblər.
Göyçay Rayon Polis şöbəsinin inzibati binasında davam edən tədbir Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev çıxış edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, xalqımızın milli maraq və mənafelərinin, ölkə daxilində ictimai təhlükəsizliyin və əmin-amanlığın, insanların hüquq və azadlığının qorunmasında danılmaz rolu olan polis orqanlarının formalaşmasında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb.
Rayon Polis Şöbəsinin rəisi polkovnik Müqalib Abdıyev şəxsi heyətə peşə bayramı günü münasibəti ilə cənab nazirin təbrikini çatdıraraq dövlət başçımız cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün hər cür şəraitin yaradıldığını qeyd edib.
Sonra Milli Məclisin deputatı Sabir Hacıyev və rayon Prokuroru Ramin Hüseynov çıxış edərək 2 iyul – Azərbaycan polisi günü münasibəti ilə polis əməkdaşlarını təbrik edib və bu günün dövlətimiz üçün əhəmiyyətindən danışaraq Ulu Öndər Heydər Əliyevin polis orqanlarının inkişafındakı əvəzsiz rolunu vurğulayıblar, Prezident cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində daxili işlər orqanlarının ölkədə cinayətkarlığa qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilməsindən bəhs ediblər.
Şəhid Əli Eyvazovun ad günü məzarı önündə qeyd olundu
Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn Əli Seyran oğlu Eyvazovun ad günü məzarı önündə qeyd olundu.
Mərasimdə rayon İcra Hakimiyyətinin başçısı aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin əməkdaşları, Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi, şəhid ailələrinin üzvləri, vətən müharibəsi əlilləri və iştirakçıları, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.
Göyçay şəhər Şəhidlər Xiyabanında şəhidin əziz xatirəsi ehtiramla yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.
Mərasimdə Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan danışılmış, şəhid Əli Eyvazovun keçdiyi qısa və mənalı həyat yolu haqqında ətraflı məlumat verilmişdir.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirmişlər.
Xatırladaq ki, şəhid Əli Seyran oğlu Eyvazov 30.06.2001-ci il tarixdə Göyçay şəhərində anadan olmuşdur. 03.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 14 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilmişdir.
Rayon İcra Hakimiyyətinin başçısı yeni yaradılmış tingçilik təsərrüfatında aparılan işlərinin gedişi ilə maraqlanıb
Rayon İcra Hakimiyyətinin, Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə Göyçay rayonunda aqroturizmin inkişaf etdirilməsi məqsədilə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Göyçay Dayaq Məntəqəsinin istifadə olunmayan ərazisində yeni tingçilik təsərrüfatı salınmışdır.
23 iyun 2023-cü il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev Göyçay Dayaq Məntəqəsində yeni yaradılmış tingçilik təsərrüfatında aparılan işlərinin gedişi ilə maraqlanıb.
Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun (ETİ) direktoru İlham Qaraqurbanlı rayon rəhbərinə məlumat verərək bildirib ki, Dayaq Məntəqəsində yetişdirilən calaqaltı tingçilik respublikanın, o cümlədən Göyçay rayonunun meyvəçilik sektorunda əsas hədəfi yüksək keyfiyyətli, bazar tələblərinə uyğun, xəstəlik və zərərverici orqanizmlərə qarşı davamlı meyvə sortlarının istehsalını artırmaqla, onun potensialından maksimum istifadə etmək və idxaldan asılılığın qarşısını almaqdır.
İ.Qaraqurbanlı qeyd edib ki, rayona yeni mütərəqqi bağsalma və suvarma texnologiyaları, müasir bazar tələblərinə cavab verən meyvə sortları və vegetativ calaqaltıları gətirilərək 2 hektar ərazidə xurma, alça, pavloniya və digər sortlar tingçilik məqsədilə yetişdirilir.
Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev rayonda meyvəçilik sahəsinə olan maraq nəzərə alınaraq gələcəkdə Dayaq Məntəqəsində yetişdirilən tinglərin xəstəlik və zərərverici orqanizmlərə qarşı davamlı meyvə sortlarının istehsalını artırmaq məqsədilə yerli təsərrüfatlarda əkininin aparılmasının vacibliyini qeyd edib.
Göyçay Dayaq Məntəqəsində yetişdirilən tinglərin yaradılmasında məqsəd rayonda aqroturizmin inkişaf etdirilməsi, turizm marşrutlarının həmin ərazilərə yönləndirilməsi, yeni iş yerlərinin açılması və rayon büdcəsinin artırılmasıdır.
Göyçay rayon İcra Hakimiyyəti başçısının I müavini İkram Vəliyev - Bu gün biz öz şanlı Zəfərimizi siyasi və diplomatik müstəvidə daha da möhkəmləndirdik. Bu gün biz bölgədə söz sahibiyik. Bəzilərinin, o cümlədən Ermənistanın və onun bəzi xarici himayədarlarının Azərbaycanı qisasçılıqda ittiham etdiklərini diqqətə çatdıran dövlət başçısı bunun tamamilə yalan olduğunu deyib. “Mən demişəm və müharibə dövründə demişəm ki, biz düşməndən qisasımızı döyüş meydanında alacağıq, şəhidlərimizin qanını döyüş meydanında alacağıq və belə də oldu. Azərbaycan Ordusu mülki əhaliyə qarşı müharibə aparmamışdır, bunu hər kəs bilir və görür”
Bu fikirləri İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Müdafiə Nazirliyinin komando hərbi hissələrinin birində yaradılan şəraitlə tanış olub, hərbi hissəyə Döyüş bayrağını təqdim olunması mərasimində çıxışı zamanı bildirib.
Bu gün Azərbaycan dünya çapında böyük nüfuz qazanan bir dövlətdir. Bölgədə söz sahibidir. Dünyada qalib ölkə kimi tanınır. 2003-cü ilin prezident seçkiləri ərəfəsindən başlayaraq, İlham Əliyev tərəfindən irəli sürülən bütün vəzifələr o dövrdə bu vəzifələrin icrasına inanmayanların şübhə və tərəddüdlərinə rəğmən uğurla yerinə yetirilmişdir. Son 20 ildə həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin reytinqini getdikcə artırdı. Azərbaycan regionda söz sahibinə çevrildi. Azərbaycan bütün sahələrdə öz dinamik inkişafını qoruyur. Azərbaycan beynəlxalq aləmdə və xarici ölkələrlə birlikdə iştirak etdiyi bütün layihələrdə öz yerini qoruyub saxlayıb, və uğurlar əldə edib. Bu isə Azərbaycanın təkcə siyasi iqtisadi sahədə deyil o cümlədən hərbi sahədədə inkişafını gücləndirməsi deməkdir. Bu gün ən güclü hərbi siyasətə malik olan ölkələrdən biridə Azərbaycandır. Siyasi, iqtisadi və bir çox sahədə əlaqələri olan dövlətimiz bütün öhdəliklərini yerinə yetirib və bərabərhüquqlu tərəfdaş kimi tanınıb, etibar qazanıb. Azərbaycan enerji, sənaye, nəqliyyat sahələrində yeni nailiyyətlər əldə edir.
Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rola malikdir. Bu gün qürurla deyə bilərik ki, ölkəmiz iqtisadi və siyasi nailiyyətlərə imza atmaqla yanaşı, ordu quruculuğu prosesində də böyük uğurlar əldə edib. Dünya ictimaiyyəti etiraf edir ki, Azərbaycan Ordusu Cənubi Qafqazın ən güclü ordusudur.
Artıq 3 ildir ki, Cənubi Qafqaz Azərbaycan tərəfindən yaradılmış yeni reallıqlar şəraitində yaşayır və belə şəraitdə bu bölgədə söz sahibi də, güc sahibi də Azərbaycandır. Ermənistan siyasətçiləri inkar edilməsi mümkün olmayan bu reallığı qəbul etmək istəmirlər. Dövlətimizin başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev dəfələrlə revanşist qüvvələrə xəbərdarlıq edib ki, “dəmir yumruq” yerindədir və istənilən zaman düşmənin başını əzər. Ermənistan imzalanmış üçtərəfli bəyanatın qarşıya qoyduğu vəzifələri yerinə yetirməyə məhkumdur. Bölgədə öz maraqlarını təmin etmək Azərbaycana təzyiq cəhdləri ilə yox, yalnız qarşılıqlı faydalı əməkdaşlıq yolu ilə mümkündür.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 102
- 5 501
- 10-02-2022, 10:36
- 28 409
- 244
- 7-04-2022, 11:57
- 21 573
- 207
- 26-04-2019, 16:16
- 16 136
- 45
- 18-09-2019, 10:29
- 13 650
- 119
- 12-12-2020, 12:00
- 13 378
- 92
- 11-04-2022, 16:00
- 11 849
- 12
- 15-05-2019, 20:27
- 11 071
- 54
- 24-05-2020, 23:28
- 9 981
- 3
- 26-04-2019, 15:39
- 9 468
- 99
- 27-04-2019, 10:08
- 9 042
- 2
- 23-10-2019, 21:00
- 8 057
- 1
- 29-11-2019, 09:00
- 7 905
- 3
- 13-05-2020, 22:05
- 7 763
- 0
- 28-04-2019, 20:56
- 7 529
- 2
- 23-04-2019, 21:57
- 7 297
- 2
- 11-03-2022, 12:24
- 310 102
- 5 501
- 10-02-2022, 10:36
- 28 409
- 244
- 7-04-2022, 11:57
- 21 573
- 207
- 7-11-2019, 09:36
- 6 080
- 124
- 18-09-2019, 10:29
- 13 650
- 119
- 26-04-2019, 15:39
- 9 468
- 99
- 12-12-2020, 12:00
- 13 378
- 92
- 22-12-2021, 14:22
- 4 747
- 57
- 10-02-2023, 10:54
- 4 282
- 55
- 15-05-2019, 20:27
- 11 071
- 54
- 26-04-2019, 16:16
- 16 136
- 45
- 14-01-2020, 09:33
- 6 806
- 20
- 11-04-2022, 16:00
- 11 849
- 12
- 27-03-2021, 14:25
- 4 976
- 7
- 29-11-2021, 09:36
- 4 569
- 5
- 29-09-2020, 11:15
- 4 991
- 5
- 24-09-2020, 11:41
- 5 026
- 5
- 16-05-2019, 14:19
- 6 921
- 5
- 15-05-2019, 09:47
- 5 260
- 5
SOSİAL ŞƏBƏKƏLƏR