Kamran Məmmədov: Milli dövlətçilik tariximizin intibah mərhələsi
- 15.07.2023, 12:16,
- Cəmiyyət
Baxılıb: 48
Facebook
Вконтакте
Одноклассники
Google+
5 saylı Lənkəran Regional İmtahan-Qeydiyyat və Texniki baxış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Kamran Məmmədov - Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə ildən-ilə güclənir, sürətlə inkişaf edir. Aparılan iqtisadi siyasət sayəsində Azərbaycanın makroiqtisadi inkişafında dayanıqlıq təmin edilib və bir çox dövlətlərin uzun müddət ərzində əldə edə bilmədiyi yüksəliş tempinə nail olunub.
İyul ayının 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirə keçirildi. Müşavirədə çox mühüm məsələlərə toxunan cənab prezident ilin 6 ayının artıq arxada qaldığını bildirmişdir. Ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası istiqamətində əldə olunan müsbət nəticələr, iqtisadi və sosial sahələrdə həyata keçirilən müsbət yönlü islahatlar Azərbaycanın bu dövrdə qazandığı mühüm nailiyyətlərin əsasını təşkil etməkdədir.
Ötən 6 ay ərzində Azərbaycanın maliyyə sferasında da yüksək səviyyədə yaxşılaşma müşahidə olunmuşdur. Maliyyə sektorundakı nizam-intizamın möhkəmləndirilməsi, vergi və gömrük orqanlarında islahatların davam etdirilməsi, şəffaflığın təmin edilməsi maliyyə vəziyyətinin yaxşılaşmasına təkan verən əsas amillərdəndir. Bütün bu görülən tədbirlər nəticəsində Azərbaycanın bu ilki dövlət büdcəsi rekord həddə çataraq 33 milyard manatdan çox səviyyəyə qalxmışdır.
Bu gün Azərbaycanda dövlət siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır, makroiqtisadi sabitlik ölkə iqtisadiyyatına təsir edir və bunun ən ciddi təsiri insanların yaşayış səviyyəsini daha da yaxşılaşdırılmasına səbəb olur.
Prezident tərəfindən təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın ardıcıllıqla həyata keçirilməsi nəticəsində Talış kəndinə və Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıtması təmin olunmuş və bu ilin sonuna qədər Laçın şəhərinin Zabux və Sus kəndlərininin də əhalisinin öz doğma torpaqlarına qayıtması təmin olunacaqdır. Prezident İlham Əliyevin bildirdiyi kimi Qayıdış proqramı ardıcıllıqla aparılır və beləliklə, ilin sonuna qədər artıq beş yaşayış məntəqəsində - bir şəhər və dörd kəndimizdə vətəndaşlar öz dədə-baba torpaqlarında tam məskunlaşacaqlar. Bütövlükdə Böyük Qayıdış proqramının birinci mərhələsində 100 yaşayış məntəqəsinin yenidən qurulması nəzərdə tutulmuşdur.
Müşavirə zamanı Prezident İlham Əliyev Gədəbəy hadisələrinə də öz münasibətini bildirmişdir. Beləki, rayonda fəaliyyət göstərən xarici şirkətin səhlənkarlığı nəticəsində təbiətə ciddi ziyan vurulmuş və bu da təbii olaraq yerli əhalinin haqlı narazılığına səbəb olmuşdur. Yerli sakinlərin narazılıqlarından istifadə edən bəzi təxribatçı quruplar isə fitnəkar hərəkətlərə yol verərək qanunsuz hərəkətlərə, ədəbsizliyə yol veriblər. Dövlət orqanlarına, polislərimizə qarşı yol verilən bu cür qanunsuz hərəkətlər yolverilməzdir. İnsanlar öz haqlarını müdafiə etməlidir, ancaq bu cür şəkildə yox, polisə daş atmaqla, təhqiramiz ifadələr işlətmək yolu ilə deyil, sivil şəkildə öz haqlarını qorumalıdır.
Müşavirədə Prezident İlham Əliyev ekoloji problemlərə də toxunmuşdur.Ekoloji tarazlığın qorunması məsələsi dünya alimlərindən daha çox dünya siyasətçilərini, xüsusən, dövlət başçılarını narahat edir. Bu gün dünyanın əksər ölkələrində ekoloji tarazlığın pozulmasından yaranan problemlərin aradan qaldırılması haqda müxtəlif diskussiyalar aparılır. İndi Yer kürəsinin bir qitəsində baş verən təbiət hadisəsi təkcə həmin qitə ölkələrinin yox, eyni zamanda bütün dünyanın problemi sayılmalıdır və onu aradan qaldırmağın yolları birgə axtarılmalıdır. Bu, heç də insanların təbiət hadisələrinin yarada biləcəyi fəsadları önləmək təşəbbüsü kimi yox, artıq çıxış yolunun qalmadığı kimi başa düşülməlidir. Hazırda Ermənistanın Azərbaycanla sərhəddə metallurgiya zavodu inşa etməsi Espo Konvensiyasının tələblərinə ziddir. Azərbaycan həm rəsmi, həm də qeyri-hökumət təşkilatları səviyyəsində bununla bağlı beynəlxalq təşkilatlara müraciət edib. Ermənistanın məqsədi həmin zavodun tullantıları Araz çayına axıtmaqla Azərbaycana qarşı ekoloji terror törətməkdir. Çünki zəhərli tullantıları çaya axıtmaqla həm insanlarımızı, həm də digər canlıları zəhərləmiş olacaqlar. Buna görə də, beynəlxalq birlik Ermənistanın növbəti ekoloji terrorunun qarşısını almalıdır.
Böyük fəxr hissi ilə qeyd etməliyəm ki, bu gün Azərbaycan bütün dünyada sülhün, qardaşlığın, insan hüquq və azadlıqlarının təmin olunduğu ölkə kimi tanınır. Danılmaz həqiqətdir ki, hər gün müasirləşən, yeniləşən müstəqil dövlətimiz bundan sonra da möhtəşəm uğurlara imza atacaq. Azərbaycanın bütün sahələrində, iqtisadi və sosial sahələrdə uğurlar qazanacağıq. Cənab Prezident özü də qeyd etdiyi kimi öz vədinə sadiq qalacaq və ölkəmiz daha da böyük zirvələr fəth edəcək.
***
Dövlətimizin başçısı da daim nazirliyin strukturunun və normativ-hüquqi bazasının, maddi-texniki təchizatının təkmilləşdirilməsi, şəxsi heyətin sosial müdafiəsinin və təminatının gücləndirilməsinə xüsusi diqqət yetirir. Bu gün müasirləşmə tendensiyası DİN-in bütün orqan və hissələrini əhatə edir. Fəaliyyətin beynəlxalq standartlara uyğunlaşdırılması, o cümlədən ən müasir texnologiyalarla təchizat yüksək səviyyəyə çatdırılıb, onlarla elektron xidmət, veb-sayt, “qaynar xətt” və digər informasiya resursları yaradılıb, polisin “ASAN xidmət” mərkəzlərində fəaliyyəti təşkil olunub. Vətəndaş məmnunluğunu təmin edən innovativ təşəbbüslər orqan və hissələrdə qanunçuluğun qorunmasını, xidmətin səmərəsini və operativliyi qat-qat artırıb.
Beynəlxalq standartlara cavab verən infrastruktura və maddi-texniki bazaya malik olan Azərbaycan Polisi ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi və peşəkar kadr korpusu olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində davam edən bu inkişaf və modernləşmə vətəndaşlarımızın qanunla qorunan hüquq və mənafelərini etibarlı müdafiə etməyə, cinayətkarlığa, onun transmilli mütəşəkkil növlərinə qarşı mübarizədə adekvat cavab tədbirləri görməyə tam imkan yaradır.
Hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir. Eyni zamanda, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının müdafiəsi sahəsində üzərinə düşən funksiyaları peşəkarlıqla yerinə yetirir və hər zaman vəzifə borcuna sadiq qalaraq ona bəslənən inamı doğruldur.
Azərbaycan Polisi pandemiya dövründə vətəndaşımızın sağlamlığının qorunması üçün fasiləsiz xidmət aparırdı
Xüsusi vurğulamaq lazımdır ki, dünyada geniş yayılmış koronavirus pandemiyası ilə mübarizə dövründə də Azərbaycan Polisi üzərinə düşən öhdəlikləri ən yüksək səviyyədə yerinə yetirdi. Bu mühüm məsuliyyəti dərindən dərk edən daxili işlər orqanlarının əməkdaşları pandemiya ilə mübarizədə ön sırada dayanır və vətəndaşımızın sağlamlığının qorunması üçün gecə-gündüz fasiləsiz xidmət aparırdı. Bu çətin günlərdə Azərbaycan Polisinin nümunəvi xidmətinə ən yüksək qiyməti də məhz Prezident İlham Əliyev vermişdi: “Bizim polis əməkdaşları, Daxili Qoşunların əməkdaşları gecə-gündüz küçələrdədir, həyatlarını risk altına atırlar, camaatı başa salmağa çalışırlar. İndi onların əməyini yerə vurmamalıyıq. Pandemiya bütün dünyaya göstərdi ki, bu xəstəlik qarşısında hamı bərabərdir. Heç kimə heç bir imtiyaz verilmir və verilməyəcək. Bu, bizim siyasətimizin əsas hissəsindən biridir ki, qanunun aliliyi, bərabərlik daim bərqərar olmalıdır”.
DİN əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını şanlı İkinci Qarabağ müharibəsində də göstəriblər
Vətən müharibəsində qazanılmış tarixi zəfərdə polis orqanları və əməkdaşlarının da müstəsna xidmətləri olub. Belə ki, Azərbaycan daxili işlər orqanlarının əməkdaşları öz şücaət və qəhrəmanlıqlarını şanlı İkinci Qarabağ müharibəsində də nümayiş etdiriblər. Doğma torpaqlarımızın işğaldan azad edilməsi uğrunda çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirən Daxili Qoşunların xüsusi təyinatlıları düşmənə sarsıdıcı zərbələr vuraraq, yüzlərlə canlı qüvvəsini və döyüş texnikasını məhv edərək qəhrəmanlıq salnaməsi yaradıblar. Azərbaycanın tarixinə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətindən 66 nəfər şəhid olub, 346 hərbi qulluqçu isə yaralanıb. Doğma yurdumuzun işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşmüş Daxili Qoşunların əməkdaşlarından 1690 nəfər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin imzaladığı sərəncamlarla müxtəlif orden və medallara, o cümlədən 4 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan Polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi oldu. Ölkəmizin bütün ərazilərində, o cümlədən işğaldan azad olunan şəhər və rayonlarımızda bu mühüm məsuliyyətin öhdəsindən layiqincə gələn daxili işlər orqanlarının əməkdaşları göstərilən etimadı doğrultmaq üçün gecə-gündüz uğurla xidmət aparırlar.
DİN-in şəxsi heyəti cəmiyyətin və dövlətin mənafeyini, vətəndaşların konstitusion hüquqlarını cinayətkar qəsdlərdən qoruyur və respublikada ictimai asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanıb.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 097
- 5 500
- 10-02-2022, 10:36
- 28 408
- 244
- 7-04-2022, 11:57
- 21 572
- 207
- 26-04-2019, 16:16
- 16 135
- 45
- 18-09-2019, 10:29
- 13 649
- 119
- 12-12-2020, 12:00
- 13 377
- 92
- 11-04-2022, 16:00
- 11 848
- 12
- 15-05-2019, 20:27
- 11 070
- 54
- 24-05-2020, 23:28
- 9 980
- 3
- 26-04-2019, 15:39
- 9 467
- 99
- 27-04-2019, 10:08
- 9 041
- 2
- 23-10-2019, 21:00
- 8 056
- 1
- 29-11-2019, 09:00
- 7 904
- 3
- 13-05-2020, 22:05
- 7 762
- 0
- 28-04-2019, 20:56
- 7 528
- 2
- 23-04-2019, 21:57
- 7 296
- 2
- 11-03-2022, 12:24
- 310 097
- 5 500
- 10-02-2022, 10:36
- 28 408
- 244
- 7-04-2022, 11:57
- 21 572
- 207
- 7-11-2019, 09:36
- 6 079
- 124
- 18-09-2019, 10:29
- 13 649
- 119
- 26-04-2019, 15:39
- 9 467
- 99
- 12-12-2020, 12:00
- 13 377
- 92
- 22-12-2021, 14:22
- 4 746
- 57
- 10-02-2023, 10:54
- 4 277
- 54
- 15-05-2019, 20:27
- 11 070
- 54
- 26-04-2019, 16:16
- 16 135
- 45
- 14-01-2020, 09:33
- 6 805
- 20
- 11-04-2022, 16:00
- 11 848
- 12
- 27-03-2021, 14:25
- 4 975
- 7
- 29-11-2021, 09:36
- 4 568
- 5
- 29-09-2020, 11:15
- 4 990
- 5
- 24-09-2020, 11:41
- 5 025
- 5
- 16-05-2019, 14:19
- 6 920
- 5
- 15-05-2019, 09:47
- 5 259
- 5
SOSİAL ŞƏBƏKƏLƏR