Sabirabad rayonunda silsilə tədbirlər davam edir - ÖZƏL
- 12.09.2023, 12:07,
- Cəmiyyət
Baxılıb: 43
Facebook
Вконтакте
Одноклассники
Google+
Sabirabad rayonunda ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış tələbələrlə görüş keçirilmişdir
Sabirabad rayonunda 2022-2023-cü tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələrlə görüş keçirilib.
Tədbirdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Sabirabad rayon Təhsil sektorunun müdiri Pəhlivan Qarayev, rayon İcra Hakimiyyətinin məsul işçiləri, ümumtəhsil məktəblərinin direktorları, tələbə adını qazanmış gənclər və onların valideynləri iştirak etmişlər.
Görüşdə çıxış edən Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov yüksək bal toplayaraq ali təhsil müəssisələrinə qəbul olmuş tələbələri, onların müəllim və valideynlərini səmimi qəlbdən təbrik edib, tələbələrə yenicə qədəm qoyduqları müstəqil həyatda daha böyük uğurlar və xoşbəxtlik arzulayıb. Rayon rəhbəri bildirib ki, “Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən Ulu Öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bu gün də hiss olunmaqdadır. Heydər Əliyev siyasətinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev də ölkədə təhsil siyasətini uğurla davam etdirərək "Neft kapitalını insan kapitalına çevirək" devizi altında təhsilin inkişafına böyük önəm verməkdədir. Dövlət başçısının təhsil sahəsinin inkişafı naminə atdığı addımlar, müxtəlif illərdə qəbul olunmuş Dövlət Proqramları bir daha onu sübut edir ki, bu gün təhsil sahəsinə qoyulan investisiya Azərbaycanın gələcək inkişafına qoyulan investisiyadır. İcra başçısı təhsil sahəsinin inkişafında misilsiz xidmətləri olan Heydər Əliyev Fondunun gördüyü işlərdən də söz açıb. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı sayəsində respublikanın hər yerində təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni məktəb binalarının inşası ilə bağlı görülən işlərdən danışıb.
Daha sonra çıxış edən natiqlər ölkəmizdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən islahatlar, qəbul olunan dövlət proqramları barədə məlumat verib və tələbələri təbrik edərək, onlara gələcək təhsillərində uğurlar arzulayıb.
Tələbə adını qazanan məzunlar ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Tədbirdə 2022-2023-cü tədris ilində ali təhsil ocaqlarına qəbul imtahanlarında yüksək nəticə əldə edərək 600-dən yuxarı bal toplayan tələbələr Sabirabad Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərmanla təltif olunaraq onlara qiymətli hədiyyələr təqdim edilib.
Sonda xatirə şəkli çəkilib.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov - “44 günlük İkinci Qarabağ müharibəsi Azərbaycanın hərbi qüdrətinin təqdimatında əhəmiyyətli rol oynadı. Şanlı Qələbəmiz böyük qətiyyətin, səylərin, sabaha inamın nəticəsi idi. Müstəqilliyimizin bərpasının ilk illərində Silahlı Qüvvələrimizin torpaqların deyil, ayrı-ayrı qrupların maraqlarının müdafiəsinə xidmət etməsi ərazilərimizin işğalında əsas amillərdən biri idi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər sahələr kimi, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuzun formalaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm addımların atılması ilə tarixə yazıldı. Nizami silahlı qüvvələrin yaradılması, torpaqlarımızın müdafiə olunması üçün təxirəsalınmaz vəzifələrin həyata keçirilməsi, xalq-ordu birliyinin inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər qısa müddətdə müsbət nəticəsini göstərdi. Ulu Öndərin “Sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü ordun olmalıdır” çağırışı dövlətimizin siyasətinin əsas tərkib hissəsinə çevrildi. Artıq tarixə qovuşan Qarabağ münaqişəsinin sülh danışıqları əsasında həllində maraqlı olan Azərbaycan bu danışıqlar səmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyini istisna etmədi. Diplomatik uğurları önə çəkən dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, bildirdi ki, bununla yanaşı, hərbi gücümüzü də artırırıq. Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Ordumuz üçün nə lazımdırsa onu da edirik. Ordumuzun maddi-texniki bazası möhkəmlənir. Hərbi bazalar, şəhərciklər, hərbi hissələr yenidən qurulur, əsaslı təmir edilir. Nə qədər lazımdırsa vəsait ayrılır və ayrılacaq. O cümlədən yeni müasir silahların alınması üçün lazım olan vəsait ayrılır. Yoxsul Ermənistandan fərqli olaraq Azərbaycan öz hesabına yaşayır, o cümlədən hərbi gücünü öz hesabına artırır.
44 günün hər gününü tariximizə zəfər səhifəsi kimi yazan, ərazi bütövlüyümüzü və tarixi ədaləti bərpa edən Azərbaycan Silahlı Qüvvələri nəyə qadir olduğunu nümayiş etdirdi. Ermənistanın himayədarları tərəfindən silahlandırıldığı bir daha təsdiqləndi. 2020-ci il 10 dekabr tarixində keçirilən Zəfər paradı, həmçinin paytaxt Bakıda açıq səma altında salınan Hərbi Qənimətlər Parkı Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya təqdimatıdır.”
Dövlət başçısı İlham Əliyevin 7 sentyabr 2023-cü il tarixli “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 27 sentyabr tarixli 462 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə” Fərmanı məhz ölkənin müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılmasına və ordunun hərbi-texniki təchizatının daxili istehsal hesabına təmin edilməsinə, Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olunmasına, habelə bu sahədə fəaliyyət göstərən dövlət müəssisələrinin qabaqcıl korporativ idarəetmə təcrübəsi tətbiq edilməklə rəqabətədavamlılığının, maliyyə-təsərrüfat fəaliyyətində dayanıqlılığın artırılmasına, gəlir və xərclərinə nəzarətin daha da gücləndirilməsinə, vahid prinsiplər əsasında idarə olunmasına xidmət edir.
Müzəffər Ali Baş Komandan İlham Əliyev postmünaqişə dövrünün reallıqlarından və hədəflərindən bəhs edərkən müdafiə gücümüzün daha da artırılmasının vacibliyini, bu istiqamətdə atılan addımları xüsusi qeyd edir: “Bir faktı qeyd etmək kifayətdir ki, bu ilin dövlət büdcəsinə yenidən baxıldı, 3 milyard manatdan çox vəsait əlavə edildi. Bunun 1,8 milyard manat hissəsi Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsinə, 1,1 milyard manat isə hərbi potensialımızın güclənməsinə istiqamətləndirildi. Çünki bu gün ölkə qarşısında duran iki əsas vəzifə məhz bu məsələlərdir. Hərbi təhsillə bağlı qəbul edilmiş qərarlar yaxın gələcəkdə öz bəhrəsini verəcək. Yeni döyüş birləşmələrinin, ilk növbədə, Komando Qüvvələrinin yaradılması döyüş qabiliyyətimizin artırılması üçün önəmli amillərdən biridir. Bu gün Silahlı Qüvvələrimiz vahid proqram əsasında inkişaf edir. Belə bir əminlik ifadə edilir ki, yaxın gələcəkdə Ordumuz yeni, yüksək səviyyəyə qalxacaq. Hazırda Azərbaycan Ordusu müharibə dövründə qəhrəmanlıq və peşəkarlıq göstərmiş Azərbaycan Ordusundan daha da güclüdür. Uğurlu iqtisadi siyasətimiz ordu quruculuğuna, yeni silahların, texnikaların alınmasına, döyüş birləşmələrinin yaradılmasına lazımi dərəcədə dövlət vəsaiti ayrılmasına geniş imkanlar yaradır.”
Dövlət başçısı İlham Əliyevin imzaladığı hər bir Fərman və Sərəncam ölkəmizin gələcək inkişafı barədə aydın təsəvvür yaradır. “Gələcəkdə yerli istehsalın gücləndirilməsi ilə bağlı bizim böyük planlarımız vardır” söyləyən Prezident İlham Əliyev imzaladığı sənədlərlə, həyata keçirdiyi tədbirlərlə bu planları qısa zamanda reallığa çevirir: “Ölkəmiz artıq çox güclü hərbi sənayeyə malikdir. Azərbaycan məhsulları dünya sərgilərində nümayiş etdirilir və eyni zamanda, ixrac imkanlarımız artmaqdadır. İradə, düşünülmüş siyasət istənilən vəzifənin yerinə yetirilməsini təmin edir. Dövlətimiz ordu quruculuğunu başlıca vəzifə, davamlı proses olaraq daim diqqətdə saxlayır.”
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 086
- 5 499
- 10-02-2022, 10:36
- 28 404
- 244
- 7-04-2022, 11:57
- 21 565
- 207
- 26-04-2019, 16:16
- 16 131
- 45
- 18-09-2019, 10:29
- 13 645
- 119
- 12-12-2020, 12:00
- 13 369
- 92
- 11-04-2022, 16:00
- 11 844
- 12
- 15-05-2019, 20:27
- 11 066
- 54
- 24-05-2020, 23:28
- 9 976
- 3
- 26-04-2019, 15:39
- 9 462
- 99
- 27-04-2019, 10:08
- 9 037
- 2
- 23-10-2019, 21:00
- 8 052
- 1
- 29-11-2019, 09:00
- 7 900
- 3
- 13-05-2020, 22:05
- 7 758
- 0
- 28-04-2019, 20:56
- 7 524
- 2
- 23-04-2019, 21:57
- 7 292
- 2
- 11-03-2022, 12:24
- 310 086
- 5 499
- 10-02-2022, 10:36
- 28 404
- 244
- 7-04-2022, 11:57
- 21 565
- 207
- 7-11-2019, 09:36
- 6 075
- 124
- 18-09-2019, 10:29
- 13 645
- 119
- 26-04-2019, 15:39
- 9 462
- 99
- 12-12-2020, 12:00
- 13 369
- 92
- 22-12-2021, 14:22
- 4 742
- 57
- 10-02-2023, 10:54
- 4 273
- 54
- 15-05-2019, 20:27
- 11 066
- 54
- 26-04-2019, 16:16
- 16 131
- 45
- 14-01-2020, 09:33
- 6 801
- 20
- 11-04-2022, 16:00
- 11 844
- 12
- 27-03-2021, 14:25
- 4 971
- 7
- 29-11-2021, 09:36
- 4 564
- 5
- 29-09-2020, 11:15
- 4 986
- 5
- 24-09-2020, 11:41
- 5 021
- 5
- 16-05-2019, 14:19
- 6 916
- 5
- 15-05-2019, 09:47
- 5 255
- 5
SOSİAL ŞƏBƏKƏLƏR