• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Kərim Tahirov: Böyük Qələbəyə gedən yolun başlanğıcı

Kərim Tahirov: Böyük Qələbəyə gedən yolun başlanğıcı



M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - “27 sentyabr 2020 – ci il - böyük Qələbəmizə, torpaqlarımızın işğaldan azad və beynəlxalq ədalətin bərpa olunmasına gedən yolun başlandığı tarix. Qeyd etmək yerinə düşərdi ki, Azərbaycan, torpaqlarının işğal olunduğu müddət ərzində Ermənistanla maksimum dərəcədə humanist və səbirli davrandı, münaqişəni sülh və danışıqlar yolu ilə həll etməyə çalışdı. Lakin Ermənistan tərəfi hər zaman olduğu kimi bu dövr ərzində də vəziyyəti və ölkəmizin humanist davranışlarını düzgün dəyərləndirə bilmədi. Əlbətdə səbrin tükəndiyi və beynəlxalq hüququn işləmədiyi yerdə müharibə qaçılmaz olur. Azərbaycan öz torpaqlarını işğaldan azad və beynəlxalq ədaləti bərpa, BMT Qətnamələrini icra etmək üçün haqq savaşına başladı. Şanlı Azərbaycan Ordusu, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsində 21-ci əsrin müharibəsini apararaq, öz gücünü, qüdrətini və humanistliyini dünyaya nümayiş etdirdi. İkinci Qarabağ müharibəsi zamanı Ordumuz tərəfindən istifadə olunan döyüş taktikası dünya hərb tarixinə yenilik olaraq həkk oldu və dünyanın bir çox aparıcı ali hərbi məktəblərinin dərsliklərinə salındı.

Qeyd edək ki, Vətən Müharibəsinə qədərki müddət ərzində Prezident İlham Əliyevin rəbərliyi altında dövlətimizin tərəfindən istər hərb və ordu quruculuğu istərsə də gənclər siyasəti sahəsində böyük, ardıcıl və sistemli işlər aparılmış, tədbirlər həyata keçirilmişdir. Məhz bütün bunların nəticəsi olaraq heç zaman Qarabağı görməyən Azərbaycan gəncləri Ali Baş Komandanın bir əmri ilə səfərbər oldu, böyük şücaət göstərərək düşməni məğlub etdib, torpaqlarımızı işğaldan azad etdilər. Bax budur cənab İlham Əliyev siyasətinin gücü və unikallığı.

Bu il xalqımız Azərbaycan tarixinin ən şərəfli günlərindən biri olan 27 sentyabr – Vətən müharibəsinin başlandığı günü böyük qürür və təntənə ilə qeyd edir. Bu gün hər bir Azərbaycanlı qalib Azərbaycan dövlətinin vətəndaşı olduğu üçün fəxr hissi keçirir. Əlbətdə bütün bunlar Prezindent İlham Əliyevin həyata keçirdiyi müdrik, uzaqgörən, inkşafa və tərəqqiyə hesablanmış daxili və xarici siyasət nəticəsində mümkün olmuşdur.”

Ölkəmizdə hər zaman şəhid ailələri, qazilər və müharibə iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevin və dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunmuşlar. Müvafiq kateqoriyadan olan şəxslərin sosial şəraitinin yüksəldilməsi istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti tərəfindən bir çox tədbirlər həyata keçirilmiş, qanunlar qəbul edilmiş və Sərəncamlar imzalanmışdır. Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına olan diqqət və qayğı dünya ölkələrinə nümunədir.

Hazırda işğaldan azad olunmuş ərazilərimizdə sürətli bərpa-quruculuq işləri, böyük infrastruktur layihələri həyata keçirilir və Böyük Qayıdış planı uğurla icra olunur. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi altında işğaldan azad olunmuş ərazilərimiz ümumilikdə bölgənin hərtərəfli inkişafında mühüm rol oynayacaq və ölkəmizin gücünə güc qatacaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Bu gün, 13:10
  • 11
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 050
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 740
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter