Ramsin Abdullayev: Azərbaycan Heydər Əliyev yolu ilə irəliləyir
- 02.10.2023, 12:19,
- Cəmiyyət
Baxılıb: 53
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil – Kommunal Departamentinin Kommunal Xidmətlər Müəssisəsinin direktoru Ramsin Abdullayev - Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin dövlətimiz, xalqımız qarşısında xidmətlərinin aydın ifadəsi 15 İyun-Milli Qurtuluş Günündə tapır. Bu tarix ölkəmizin həyatında yeni mərhələnin başlanğıcı oldu.
Xalqın məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi olaraq yaşayacaq. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli Lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu vardır. Ulu Öndər Heydər Əliyev öz xilaskarlıq missiyasının öhdəsindən yüksək səviyyədə gəlmişdir.
Ümummilli Lider Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün baş çıxarırdı, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi olduğunu təsdiq etmişdir.
Daim özlüyündə yaranan “Azərbaycan dövləti, xalqı nədən xilas oldu” sualına cavab müstəqilliyimizin bərpasının ilk illərinin reallıqları fonunda bugünkü uğurlarımızdır. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri, oktyabrın 3-də isə Prezident seçilən Ulu Öndər Heydər Əliyev zəngin idarəçilik təcrübəsi, Vətənə, xalqa sevgisi, dövlət maraqlarını hər şeydən üstün tutması ilə Azərbaycanın biri-birindən əhəmiyyətli uğurlara imza atmasını təmin etdi. Ümummilli Liderin həyat amalı, zaman və məkan anlayışına sığmayan siyasi fəaliyyətinin əsas məqsədi azad və müstəqil bir dövlət qurmaq idi. O, hər zaman Azərbaycanı özünə güvənən qüdrətli bir ölkəyə çevirmək istəyirdi. Bu yolda qəti addımlar atdı, Azərbaycanın müstəqil siyasət yürüdən dövlət olduğunu hər bir sahədə atdığı addımlarında nümayiş etdirərək bugümüz və gələcəyimiz üçün möhkəm baza yaratdı. Ümummilli lider Heydər Əliyevin hakimiyyətinin birinci dövründə gördüyü işlər ölkənin formalaşdırılmasına hesablanmışdırsa, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın əsl Qurtuluşu oldu. Ulu Öndər bildirirdi ki, müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq, dönməz etmək ondan da çətindir. Bu baxımdan dövlətçiliyimizin möhkəmləndirilməsində dahi şəxsiyyət Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ümummilli Lider hələ 1969-1982-ci illərdə Azərbaycanı gələcəkdə müstəqil görərək biri-birindən mühüm addımlar atmış, zəngin iqtisadi potensial yaratmışdı. İndiki və gələcək nəsil dövlət müstəqilliyimizin daimiliyinin təmin edilməsinə görə Ulu Öndər Heydər Əliyevə borclu olduğumuzu dərk etməklə yanaşı, onun uğurlu siyasəti nəticəsində bugünkü qalib Azərbaycanın övladı olduqları üçün fəxr edir və edəcəklər. Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi üçün çox ciddi sosial-iqtisadi, siyasi islahatlar həyata keçirmiş, əhəmiyyətli addımlar atmışdır. Ümummilli Liderin səyləri nəticəsində cəbhə xəttində atəşkəsə nail olundu. Bu, Azərbaycan üçün olduqca vacib idi. Atəşkəsə nail olmaqla ölkəmizdə bütün sahələrdə tərəqqi özünü qabarıq şəkildə göstərdi.
Müstəqil Azərbaycan dövlətinin təməl prinsiplərinin müəllifi Ulu Öndər Heydər Əliyevdir. Bu təməl prinsipləri yalnız bu gün üçün deyil, eyni zamanda, gələcəyə yönəlib. Ümummilli Lider ilk gündən dünyanın harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları vahid ideya-azərbaycançılıq ideologiyası ətrafında birliyə çağırdı. Azərbaycanın müstəqilliyinin, suverenliyinin daimiliyini təmin etmək üçün bu birliyin, həmrəyliyin yaradılması vacib amillərdən biri kimi qeyd olundu. Bu gün həmin birlik tarixi Zəfərimizdə özünün aydın ifadəsini tapıb.
Ümumilkdə ölkəmizə hansı sahədən baxsaq Ulu Öndər Heydər Əliyevin xidmətlərini görürük. Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyev Ümummilli Liderin dövlətimiz və xalqımız qarşısındakı xidmətlərini belə xarakterizə edir: “Şəxsiyyətlərin tarixdəki rolu haqqında müxtəlif dövrlərdə kitablar, elmi və bədii əsərlər yaradılmışdır. Bu günə qədər həmin məsələ bəzi hallarda mübahisə mövzusudur. Ancaq Heydər Əliyevin timsalında biz əyani şəkildə görürük ki, şəxsiyyətlərin tarixdəki rolu bəzi hallarda əvəzolunmaz olur. Heydər Əliyev şəxsiyyəti, Heydər Əliyev dühası bugünkü Azərbaycanın uğurlu inkişafının təməlində dayanan bir amildir.”
Dahi şəxsiyyətin Azərbaycan dövləti, xalqı qarşısındakı ən böyük xidmətlərindən biri məhz Azərbaycanın gələcəyini düşünərək 2003-cü ildə xalqa inamın növbəti ünvanını göstərməsidir. Ulu Öndər Heydər Əliyev cənab İlham Əliyevə Özü qədər inandığını bildirdi, sona çatdıra bilmədiyi işlərin Onun həyata keçirə biləcəyinə əminliyini ifadə etdi. Ulu Öndərin ən böyük arzusu Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilərək soydaşlrımızın öz doğma yurd-yuvalarına qayıtması idi. Prezident İlham Əliyev dahi şəxsiyyətin bu arzusunu da yerinə yetirdi. Azərbaycanı Ümummilli Liderin görmək istədiyi Azərbaycan səviyyəsinə yüksəldən cənab İlham Əliyevin qətiyyəti, ədalətə və beynəlxalq hüquqa, dövlət maraqlarımızın müdafiəsinə yönələn siyasəti nəticəsində tarixi Zəfərə imza atdıq. Bu gün tarixi Zəfərimizin reallıqları əsasında işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Soydaşlarımızın qayıdışı iqtisadi və siyasi gücümüzün təqdimatıdır.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 086
- 5 499
- 10-02-2022, 10:36
- 28 402
- 244
- 7-04-2022, 11:57
- 21 564
- 207
- 26-04-2019, 16:16
- 16 130
- 45
- 18-09-2019, 10:29
- 13 645
- 119
- 12-12-2020, 12:00
- 13 369
- 92
- 11-04-2022, 16:00
- 11 844
- 12
- 15-05-2019, 20:27
- 11 066
- 54
- 24-05-2020, 23:28
- 9 976
- 3
- 26-04-2019, 15:39
- 9 460
- 99
- 27-04-2019, 10:08
- 9 037
- 2
- 23-10-2019, 21:00
- 8 052
- 1
- 29-11-2019, 09:00
- 7 900
- 3
- 13-05-2020, 22:05
- 7 758
- 0
- 28-04-2019, 20:56
- 7 524
- 2
- 23-04-2019, 21:57
- 7 292
- 2
- 11-03-2022, 12:24
- 310 086
- 5 499
- 10-02-2022, 10:36
- 28 402
- 244
- 7-04-2022, 11:57
- 21 564
- 207
- 7-11-2019, 09:36
- 6 075
- 124
- 18-09-2019, 10:29
- 13 645
- 119
- 26-04-2019, 15:39
- 9 460
- 99
- 12-12-2020, 12:00
- 13 369
- 92
- 22-12-2021, 14:22
- 4 742
- 57
- 10-02-2023, 10:54
- 4 273
- 54
- 15-05-2019, 20:27
- 11 066
- 54
- 26-04-2019, 16:16
- 16 130
- 45
- 14-01-2020, 09:33
- 6 801
- 20
- 11-04-2022, 16:00
- 11 844
- 12
- 27-03-2021, 14:25
- 4 971
- 7
- 29-11-2021, 09:36
- 4 564
- 5
- 29-09-2020, 11:15
- 4 986
- 5
- 24-09-2020, 11:41
- 5 021
- 5
- 16-05-2019, 14:19
- 6 916
- 5
- 15-05-2019, 09:47
- 5 255
- 5
SOSİAL ŞƏBƏKƏLƏR