Nizami Əhmədov: Müstəqil Azərbaycanın qurucusu
- 03.10.2023, 11:27,
- Cəmiyyət
Baxılıb: 30
Facebook
Вконтакте
Одноклассники
Google+
Oğuz rayon Suvarma Sistemləri İdarəsinin sədri Nizami Əhmədov - Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyevin həm SSRİ dönəmində, həm də müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görülüb. Başqa sözlə, ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi xidmətləri Onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir.
Məlum olduğu kimi, Ulu öndər Heydər Əliyev hələ 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikamızın tərəqqisi üçün müxtəlif sahələrin mütəmadi inkişafı istiqamətində fundamental səciyyəli tədbirlər görməyə başladı. Belə ki, sənayenin inkişafı, istənilməyən səviyyədə və vəziyyətdə olan iqtisadiyyatın yenidən dirçəldilməsi yönündə, məhz Ulu öndərin rəhbərliyi altında mühüm addımlar atılmaqla digər sahələrin inkişafına geniş şərait yaradıldı. Bu tədbirlərin fonunda isə ümummilli inkişafın təmin edilməsi naminə strateji quruculuq prosesinə başlanıldı. Heç şübhəsiz, bu proses çərçivəsində milli məfkurənin yüksəlişi və s. bu kimi təməl xarakterli məsələlər xüsusi diqqət mərkəzində dururdu. Məhz bu cür strateji mahiyyət kəsb edən vəzifə qarşısında Ulu öndərimiz Azərbaycan dilinin həqiqi dövlət dili statusu əldə etməsi yönündə yorulmaz və ardıcıl fəaliyyət göstərdi. Ümummilli lider Heydər Əliyevin sistematik səyləri və yorulmaz fəaliyyəti nəticəsində 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin sovet Azərbaycanında dövlət dili statusu təsbit olundu. Bundan sonra milli dəyərlərimizin təbliği və ideoloji əsasların gücləndirilməsi yönündə atılan addımlar ardıcıllıqla davam etdirildi. Azərbaycan dilinin idarəçilikdə geniş tətbiqi, fikir, düşüncə sahiblərinin, yaradıcı insanların keçmiş ittifaq miqyasında yubileylərinin keçirilməsi, elmi, ədəbi, mədəni abidələrin planlı şəkildə tədqiqi və nəşri Ulu öndərin milli dövlətçiliyimizin ideoloji əsaslarının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü fəaliyyətinin praktik səmərəli nəticələri idi. Ulu öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində müstəqillikdən sonra da dövlət quruculuğu sahəsində fundamental addımlar atıldı. Belə ki, mürəkkəb siyasi problemlər məngənəsində olan ölkəmizdə Ulu öndərimizin praqmatik və rasional strateji siyasi kursu sayəsində sabitlik əldə edildi. Eyni zamanda, erməni işğalının qarşısının alınması istiqamətində əhəmiyyətli strateji və taktiki gedişlər edildi. Beləliklə, 1994-cü ildə atəşkəsin əldə olunması ilə Ermənistanın işğalçı ekspansiyasi dayandırıldı. Bununla da, dövlət quruculuğu prosesinin ardıcıl surətdə davam etdirilməsi, ölkədaxili sabitliyin təmin olunması və möhkəmləndirilməsi baxımından əlverişli siyasi zəmin yaradıldı. Beləliklə, Ümummilli liderimizin siyasi bacarığı sayəsində Azərbaycanın siyasi tarixində yeni bir səhifə açıldı. Bunun ardınca bir neçə istiqamətdə paralel və ardıcıl şəkildə əhəmiyyətli işlər görüldü. İlk növbədə, siyasi sistemin struktur elementlərinin təkmilləşdirilməsi istiqamətində ciddi strateji addımlar atıldı. Belə ki, 12 noyabr 1995-ci il tarixində ümumxalq səsverməsi-referendum yolu ilə müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi. Bu akt öz növbəsində siyasi fəaliyyət və inkişafın hüquqi əsaslarının formalaşması mənasına gəlirdi. Daha sonra parlament seçkilərinin keçirilməsi dövlətçiliyin siyasi-hüquqi əsaslarının möhkəmləndirilməsinə mühüm töhfə verdi. Bu proseslərə paralel olaraq vətəndaş cəmiyyətinin formalaşdırılması və hüquqi dövlətin fundamental komponentlərinin mütləq surətdə bərqərar olunması yönündə əhəmiyyətli addımlar atıldı. Ulu öndər Heydər Əliyevin humanist siyasəti sayəsində 1995-ci ilin may ayında əfv və amnistiya təsisatları bərpa edildi. Buna paralel olaraq insan hüquqlarına riayət olunması üzərində parlament nəzarətini təşkil etmək üçün insan hüquqları müvəkkili (Ombudsman) institutu yaradıldı. Bütün bunlar isə ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqlarının təmini və gücləndirilməsi istiqamətində əhəmiyyətli faktorladan biri idi. Ulu öndər Heydər Əliyev 22 fevral 1998-ci il tarixli xüsusi Fərman imzalayaraq Konstitusiyada öz əksini tapmış insan hüquqlarının həyata keçirilməsinin asanlaşdırılmasını hüquqi əsasda təsbit etmiş oldu. Bununla yanaşı, 1993-cü ildən Ulu öndərin şəxsi təşəbbüsü ilə icrasına moratorium qoyulmuş ölüm hökmü 10 fevral 1998-ci il tarixli Qanunla tamamilə ləğv olundu. Beləliklə, insan və vətəndaş hüquq və azadlıqlarının əhatə dairəsi genişləndirildi. Bu isə demokratikləşmə prosesini olduqca sürətləndirdi. Ölkə daxilində atılan bu addımlarla yanaşı, Ulu öndər Heydər Əliyevin məqsədyönlü və uzaqgörən xarici siyasət strategiyası sayəsində Azərbaycan beynəlxalq hüququn tamhüquqlu subyektinə və beynəlxalq münasibətlər sisteminin müstəqil aktoruna çevrildi. Ümummilli liderimiz ölkəmizin sahib olduğu xarici siyasət resurslarından səmərəli surətdə istifadə edərək Azərbaycanı dünya miqyasında sayılan və istinad edilən tərəfdaş aktorlardan birinə çevirdi. Beləliklə, Azərbaycan Cənubi Qafqaz bölgəsinin hərbi-siyasi təhlükəsizliyini təmin edən lokomotivinə çevrildi. Bununla yanaşı, ölkəmiz regionda reallaşdırılan transmilli layihələrin mərkəzi təşkilatçısı qismində çıxış etməklə Cənubi Qafqazda yeni formatlı və keyfiyyətli əməkdaşlıq platformalarının gerçəkləşməsinə təkan verdi. Bir sözlə, Ümummilli lider Heydər Əliyevin praqmatik xarici siyasət strategiyası Azərbaycanı dünya siyasətinin layiqli təmsilçilərindən birinə çevirdi. Ümummilli lider Heydər Əliyev bir lider, siyasi xadim kimi hər zaman Azərbaycan iqtisadiyyatının inkişafına böyük önəm verib. Məhz bunun nəticəsidir ki, istər sovet Azərbaycanına, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə Ulu öndər iqtisadiyyatın inkişafına prioritet məsələlərdən biri kimi yanaşıb. Ümummilli liderin sovet Azərbaycanına rəhbərlik etməyə başladığı 1969-cu ildə Azərbaycan keçmiş SSRİ-də, demək olar ki, iqtisadiyyatı ən geridə qalmış respublikalardan biri idi. Ümummilli lider rəhbərliyə gəldiyi ilk gündən Azərbaycanın güclənməsini, keçmiş ittifaq daxilində olsa belə, iqtisadi baxımdan müstəqilləşməsini qarşıya məqsəd qoydu. Siyasi iradəsi, böyük təcrübəsi və inandırmaq bacarığı sayəsində Ulu öndər nəhəng sənaye müəssisələrinin Azərbaycanda tikilməsinə nail oldu. Təkcə onu demək kifayətdir ki, Ümummilli liderin respublikaya rəhbərlik etdiyi 1969-1982-ci illərdə ölkədə yüzlərlə zavod, fabrik, istehsal sahələri yaradıldı, yeni sənaye müəssisələri istifadəyə verildi. 1970-80-ci illərdə Azərbaycan dünyanın 65 ölkəsinə 350 adda məhsul ixrac edirdi. Artıq 1982-ci ildə Azərbaycan iqtisadiyyatının inkişaf səviyyəsinə görə SSRİ miqyasında qabaqcıl yerdə dayanırdı. Lakin sonrakı illərdə səriştəsiz rəhbərlərin dağıdıcı fəaliyyəti Azərbaycanın iqtisadiyyatına ağır zərbələr vurdu. Xalqın təkidli tələbi ilə Ümummilli liderin ölkə rəhbərliyinə qayıtdığı 1993-cü ildə Azərbaycan iqtisadiyyatının bütün sahələri dərin böhran içərisində idi. Bunu görən Ulu öndər iqtisadiyyatın dirçəldilməsini başlıca prinsiplərdən biri kimi müəyyənləşdirdi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, - deyən Ümummilli lider dəfələrlə vurğulayıb ki, hər bir dövlətin siyasi, hərbi gücünün əsasında möhkəm təməl üzərində qurulan iqtisadiyyat dayanır. Məhz Onun əsasını qoyduğu müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyası ilə ölkə firavan gələcəyə doğru aparan yola qədəm qoydu. Ulu öndərin həyata keçirdiyi iqtisadi tədbirlər yenicə müstəqillik əldə etmiş və müharibə şəraitində yaşayan bir ölkə olan Azərbaycan beynəlxalq aləmdə etibar qazandı. Həyata keçirilən məqsədyönlü siyasət əksər iri beynəlxalq şirkətlərin, xarici investorların diqqətini ölkəmizə yönəltdi. Ulu öndərin gərgin əməyinin və möhkəm iradəsinin bəhrəsi olan 1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın bir müstəqil dövlət kimi beynəlxalq arenadakı mövqeyini möhkəmləndirdi. “Əsrin müqaviləsi”nin imzalanması gələcəyə hesablanmış uzaqgörən siyasətin nəticəsi idi. Beləliklə, dünyanın müxtəlif ölkələri ilə qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri quran Azərbaycan iqtisadiyyatı sürətlə dünya iqtisadiyyatına inteqrasiya olmağa başladı. Ulu öndərin imzaladığı çoxsaylı fərman və sərəncamlarla ölkə daxilində fundamental iqtisadi islahatlar həyata keçirildi. Məhz bu dövrdə reallaşdırılan geniş iqtisadi layihələr, qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində iqtisadi tənəzzülün qarşısı alındı, qısa müddətdən sonra isə inkişaf göstəriciləri qeydə alındı. Azad bazar iqtisadiyyatına uğurlu keçid sayəsində ölkədə orta və kiçik sahibkarlıq sürətlə inkişaf etməyə başladı. Beləliklə, Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyası Azərbaycanın bir dövlət kimi öz ayaqları üzərində sərbəst inkişafını təmin etdi. Bu strategiyanın bu gün də uğurla davam etdirilməsi nəticəsində Azərbaycan iqtisadi baxımdan regionun lider dövlətinə çevrilib. Ulu öndərin ölkəmiz üçün misilsiz xidmətlərindən söhbət açarkən, Onun Azərbaycan gəncliyinə göstərdiyi xüsusi diqqət və qayğı mütləq şəkildə qeyd olunmalıdır. Ümummilli liderimizin gəncliyə diqqət və qayğısı barədə detallara keçməmiş onu vurğulamaq yerinə düşər ki, hazırda ölkəmizdə həyatın bütün sahələrində xüsusi fəallıqları ilə seçilən gənclər cəmiyyətin məsul və şərəfli yükünü öz çiyinlərində daşıyırlar. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyev Azərbaycanın inkişafını heç vaxt gənclərsiz təsəvvür etmir, gəncliyin parlaq zəkasını, qaynar və tükənməz enerjisini Vətənimizin hərtərəfli yüksəlişinə səfərbər edirdi. Məsələn, həmin vaxt Heydər Əliyevin təşəbbüsü ilə gənclərin yüksək elm və biliklərə yiyələnməsi üçün bir neçə yeni ali məktəb, bir çox orta ixtisas məktəbləri açılmış, minlərlə azərbaycanlı gənc oğlan və qızlarımız ən müasir ixtisaslar üzrə keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində oxumağa göndərilmişdi. Milli zabit kadrların hazırlanması üçün xüsusi hazırlıq məktəbi açılmış, ali hərbi məktəblərdə gənc soydaşlarımızın təhsil alması üçün əlverişli şərait yaradılmışdı. Ulu öndər Heydər Əliyev Azərbaycanda hakimiyyətə ikinci dəfə qayıtdıqdan sonra da gənclərə olan qayğısını davam etdirdi. 1993-cü ilin iyun ayında Azərbaycan parlamentinin sədri seçiləndən sonra ölkə gənclərinin bir qrup nümayəndəsi ilə görüşən Ümummilli liderimizin həmin görüşdəki çıxışı həm ölkə daxilindəki, həm də xaricdəki qüvvələrə təsirli bir mesaj oldu: “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”. Ulu öndərin bu çıxışını özünün fəaliyyət istiqaməti seçən, Heydər Əliyevdən böyük inam və etimad görən Azərbaycan gəncliyi tezliklə dövlətin və Ümumilli lider tərəfindən 1992-ci ilin noyabrın 21-də əsası qoyulan Yeni Azərbaycan Partiyasının ətrafında sıx birləşdi. 1994-cü ildə Heydər Əliyevin Fərmanı ilə Azərbaycanda Gənclər və İdman Nazirliyinin yaradılması isə gənclərimizin dövlət quruculuğu prosesindəki iştirakına əsaslı təkan vermiş oldu. Əslində, Heydər Əliyevin bu addımı Azərbaycanda gənclər siyasətinin sistemli şəkildə həyata keçirilməsinə təminat verirdi. Onu da qeyd etmək yerinə düşər ki, Ulu öndər Heydər Əliyevin gənclərə qayğısı geniş və əhatəli idi. Bu, həm gənclərin təhsil almasında, həm gənclərin qarşılaşdıqları problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdə, həm də gənclərin dövlət orqanlarına işə qəbulunda özünü göstərirdi. Beləliklə, həm yuxarıda sadalanan addımların atılması, həm də gənclərlə bağlı çoxsaylı layihələrin həyata keçirilməsi, müxtəlif fərman və sərəncamların imzalanması, qanunların qəbul edilməsi, Azərbaycan gənclərinin forumlarının keçirilməsi, Gənclər Gününün təsis edilməsi və cənab İlham Əliyevin 2001-ci il noyabr ayının 21-də Yeni Aazərbaycan Partiyasının II qurultayında partiya Sədrinin birinci müavini vəzifəsinə seçilməsi gənclərimizdə böyük ruh yüksəkliyi yaratdı. Gənclər dövlətin qayğısını hiss etməklə yanaşı, quruculuq prosesində daha yaxından iştirak etməyə çalışdılar. Ulu öndər Heydər Əliyev ideyalarına sədaqət nümayiş etdirərək dövlətçiliyin qorunmasında və dövlətin idarə edilməsində mühüm rol oynadılar. Ümummilli lider Heydər Əliyevin “azərbaycançılıq”, ideyasına əsaslanan Azərbaycan gəncləri gündən-günə daha mütəşəkkil şəkildə təşkilatlandılar. Bu siyasət gənclərin inkişafı və gənclərin potensialından cəmiyyətin inkişafı üçün istifadə edilməsində özünü göstərirdi. Bu ənənə Ulu öndər Heydər Əliyev siyasətinin davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilməkdədir.
Son olaraq qeyd edək ki, Ulu öndər Heydər Əliyevin misilsiz fəaliyyəti nəticəsində əsası qoyulan siyasi kurs bugünkü dinamik sosial-iqtisadi yüksəlişin, inkişafın təməl daşını təşkil edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Ulu öndər Heydər Əliyevin siyasəti Azərbaycanın hərtərəfli inkişafına indi də xidmət etməkdədir. Dövlətimizin hazırki nailiyyətlərinin əsasını Ümummilli lider tərəfindən qoyulan ideyalar təşkil edir. Ona görə də, gündən-günə yüksələn inkişaf dinamikası, hər şeydən əvvəl, Ulu öndər Heydər Əliyevin siyasətinin və ideyalarının təntənəsi sayılır. Əlbəttə ki, bütün bunlarla yanaşı, Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyevin liderlik xüsusiyyətlərini, Onun rəhbərlik manevrlərinin özünəməxsusluğunu da nəzərə almaq lazımdır. Ötən müddət ərzində Azərbaycanın nail olduğu inkişaf, tərəqqi bir daha sübut etdi ki, Ulu öndərin layiqli davamçısı, Prezident İlham Əliyev Ümummilli liderin müəyyənləşdirdiyi kursu davam etdirən siyasi xadimdir. Məhz Onun rəhbərliyilə davam etdirilən siyasi kursun nəticəsində Azərbaycan dövləti regionun liderinə çevrilib. Prezident İlham Əliyevin ayrılıqda regionların iqtisadi inkişafının sürətləndirilməsi üçün imzaladığı Dövlət proqramları, ayrı-ayrı vaxtlarda verdiyi göstərişlərin icrasına şəxsən nəzarət etmək üçün bölgələrə səfərlər etməsi, xalqın içində olması Onun yalnız ölkənin rifahı üçün bütün səylərini ortaya qoymasından xəbər verir. Ümummilli liderimiz, müasir Azərbaycanın memarı, əbədi rəhbərimiz Heydər Əliyevin misilsiz, alternativi olmayan siyasətini və ideyalarını Prezident İlham Əliyev hazırda çox böyük uğurla davam etdirir.
Bu gün Azərbaycan Respublikasının əldə etdiyi uğurlu nəaliyyətlərin şah əsəri heç şübhəsiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində Rəşadətli Azərbaycan Ordusunun doğma Qarabağımızı düşmən tapdağından azad etməsi və bundan doğan regionda yaranan reallıqlardır. Bundan əlavə qeyd edək ki, regionda sabitləşdirici aktor kimi çıxış edən Azərbaycan, eyni zamanda, beynəlxalq miqyasda əməkdaşlıq və təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirir. Ölkəmiz xarici siyasətində milli maraqlar və beynəlxalq hüquq normaları ilə yanaşı, sülh, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları da əsas götürür, beynəlxalq münasibətlər sisteminə yeni və daha mütərəqqi dəyərlər təqdim edir. Bu isə daha çox regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Hazırda Azərbaycan beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında davamlı yüksəlişə malikdir.
Ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ müharibəsindən sonra 44 günlük müharibədəki Zəfərimizi doğuran siyasi-diplomatik və hərbi kursu uğurla davam etdirmiş, car ilin sentyabr ayının 19-da start verilmiş antiterror tədbirləri üçün baza formalaşdırmışdı. Prezident İlham Əliyev çıxışlarında, dəfələrlə bu tədbirlərin bir növ anonsunu vermiş və tam əminliklə bildirmişdi ki, Azərbaycan torpaqlarında separatizm üçün meydan olmayacaq. Azərbaycan xarici təzyiqlərə baxmayaraq artıq lokal xarakterli antiterror əməliyyatı ilə Qarabağ iqtisadi rayonuna olan separatizm yuvasını məhv etdi və milli suvernliyini bərpa etdi. Cari ilin sentyabrın 20-də qondarma xunta rejimi lokal antiterror əməliyyatına qarşı müqavimət göstərə bilməyərək təslim oldu. Bu təslimiyyət regionun gələcək inkişafının əsas istiqamətlərindən birini təşkil edəcəkdir. Cari ilin sentyabr ayının 20-də Prezident İlham Əliyev xalqa müraciətində bir sıra məsələlər toxunaraq lokal xarakterli antiterror əməliyyatının zəruriliyi, qraşıya oyulan vəzifələrin 1 gün içində yerinə yetirilməsi və əməliyyat nəticəsində suverenliyimizin bərpa olunmasını qeyd etmişdir.
Şübhəsiz, bütün bunların fövqündə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyev tərəfindən davam etdirilən güclü siyasi iradəyə söykənən müstəqil strateji kurs dayanır. Məhz bu ulu öndər Heydər Əliyevin görmək istədiyi müstəqil və güclü Azərbaycandır!
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 080
- 5 499
- 10-02-2022, 10:36
- 28 400
- 244
- 7-04-2022, 11:57
- 21 561
- 207
- 26-04-2019, 16:16
- 16 128
- 45
- 18-09-2019, 10:29
- 13 643
- 119
- 12-12-2020, 12:00
- 13 366
- 92
- 11-04-2022, 16:00
- 11 842
- 12
- 15-05-2019, 20:27
- 11 063
- 54
- 24-05-2020, 23:28
- 9 974
- 3
- 26-04-2019, 15:39
- 9 458
- 99
- 27-04-2019, 10:08
- 9 035
- 2
- 23-10-2019, 21:00
- 8 050
- 1
- 29-11-2019, 09:00
- 7 898
- 3
- 13-05-2020, 22:05
- 7 756
- 0
- 28-04-2019, 20:56
- 7 522
- 2
- 23-04-2019, 21:57
- 7 290
- 2
- 11-03-2022, 12:24
- 310 080
- 5 499
- 10-02-2022, 10:36
- 28 400
- 244
- 7-04-2022, 11:57
- 21 561
- 207
- 7-11-2019, 09:36
- 6 072
- 124
- 18-09-2019, 10:29
- 13 643
- 119
- 26-04-2019, 15:39
- 9 458
- 99
- 12-12-2020, 12:00
- 13 366
- 92
- 22-12-2021, 14:22
- 4 740
- 57
- 10-02-2023, 10:54
- 4 271
- 54
- 15-05-2019, 20:27
- 11 063
- 54
- 26-04-2019, 16:16
- 16 128
- 45
- 14-01-2020, 09:33
- 6 799
- 20
- 11-04-2022, 16:00
- 11 842
- 12
- 27-03-2021, 14:25
- 4 969
- 7
- 29-11-2021, 09:36
- 4 562
- 5
- 29-09-2020, 11:15
- 4 984
- 5
- 24-09-2020, 11:41
- 5 019
- 5
- 16-05-2019, 14:19
- 6 914
- 5
- 15-05-2019, 09:47
- 5 253
- 5
SOSİAL ŞƏBƏKƏLƏR