• 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 13:57 – İlham Əliyev Xankəndidə açılışlarda - Fotolar- Yenilənib 

Komitədən Azərbaycanda din xadimlərinə avtomobil və vahid forma verilməsi ilə bağlı AÇIQLAMA - FOTO

Komitədən Azərbaycanda din xadimlərinə avtomobil və vahid forma verilməsi ilə bağlı AÇIQLAMA - FOTO


Azərbaycanda din xadimlərinin yeni forma və avtomobillə təmin olunması ilə bağlı məlumatlar yayılıb.

Bildirilib ki, artıq din xadimləri onlara verilən avtomobildən və təsis edilmiş yeni geyim formasından istifadə edirlər.

Məsələ barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, din xadimlərinə avtomobillərin təqdim edilməsi ilə bağlı yayılan görüntülər yeni deyil:

“Prezident İlham Əliyevin “Azərbaycanda dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı 11 sentyabr 2018-ci il tarixli Sərəncama əsasən həmin il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondu tərəfindən 24 dini icmaya avtomobil təqdim edilib.
Hazırda isə rəsmi dövlət qeydiyyatına alınmış dini icmalara avtomobillərin verilməsi nəzərdə tutulmayıb”.

Komitədən əlavə edilib ki, Azərbaycanda din xadimləri üçün vahid geyim forması 2014-cü ildə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təsdiq edilib:

Komitədən Azərbaycanda din xadimlərinə avtomobil və vahid forma verilməsi ilə bağlı AÇIQLAMA - FOTO


“Vahid geyim forması həmin dövrdən tətbiq olunur. Ölkəmizdə fəaliyyət göstərən məscidlərin əksəriyyətində din xadimləri bu geyim formasından istifadə edirlər. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi bu məsələnin önəmini nəzərə alaraq daim maarifləndirmə işləri aparır”.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Sabah 31 dərəcə isti olacaq

  • Dünən, 16:00
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 220
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 174
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter