Tofiq Hüseynov: Xalqa xidmətin mükəmməl örnəyi
- 16.11.2023, 12:10,
- Cəmiyyət
Baxılıb: 44
Facebook
Вконтакте
Одноклассники
Google+
“Sumqayıt-Çörək” ATSC -nin direktoru Tofiq Hüseynov - Azərbaycanın Zəfər dolu günləri biri-birini əvəzləyir. Son üç ildə xalqımız torpaqlarımızın işğaldan azad edildikləri tarixləri, eyni zamanda, qürurumuzun, kimliyimizin təqdimatı olan Zəfər Gününü böyük sevinc hissi ilə qeyd edir. 30 ildən sonra bu günün sevincini yaşamaq böyük xoşbəxtlikdir. Noyabrın 8-də- Zəfər Günündə xalqımız daha bir qürurlu anı yaşadı. Xankəndi şəhərində keçirilən hərbi parad dünyanın diqqətində oldu. Bir daha sübut olundu ki, bu torpaqların sahibi bizik, qalibiyyət rəmzi olan üçrəgli bayrağımız daim bu ərazilərdə dalğalanacaq və dünyanı heyrətləndirəcək tədbirlərə ev sahibliyi edəcək. Bir qarış torpağını belə düşmənə verməyəcəyini ən yüksək tribunalardan bəyan edən Azərbaycan üç il bundan öncə imza atdığı tarixi Zəfəri ilə bunu bir daha təsdiqlədi. Təbii ki, Zəfərdən sonrakı dövrdə Azərbaycanın atdığı hər bir addım ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsinə xidmət etdi. Dövlət başçısı İlham Əliyev hərbi paraddakı çıxışında bu məqamlara xüsusi diqqət yönəltdi. “Dörd il bundan əvvəl, bax, qarşıdakı Xankəndi şəhər stadionunda Ermənistanın baş naziri çıxış edərkən təkəbbürlə demişdi: “Qarabağ Ermənistandır və nöqtə”. Biz ona, onun kimilərinə və onların arxasında duranlara döyüş meydanında qan tökərək, şəhidlər verərək göstərdik ki, o, səhv yolda idi” söyləyən dövlət başçısı qeyd etdi ki, Qarabağın Azərbaycan olduğunu döyüşərək, vuruşaraq, heç nəyə baxmayaraq göstərdik. Bu gün hər kəs bilməlidir ki, bizimlə bundan sonra heç kim zarafat etməsin. Ermənistan rəhbərliyi əgər revanşist fikirlərlə yaşayırsa, Ermənistanın arxasında dayanan manipulyasiyaya öyrəşmiş ölkələr əgər yenə də Azərbaycan üçün hansısa məkrli plan qurursa, o, bugünkü parada bir nəzər yetirsin: “Bilsin ki, burada mindən çox igidimiz düzülübdür və bizim 100 mindən çox onlar kimi igidlərimiz var və heç bir qüvvə bizi təhdid edə bilməz. Biz istənilən müstəvidə döyüşə hazırıq, siyasi, lazım olarsa, hərbi meydanda bunu göstərmişik. XXI əsrdə heç bir ordu bizim qədər peşəkarlıq, fədakarlıq göstərməmişdir. Heç bir xalq öz doğma torpağını bu qədər əziz tutub uğrunda ölümə getməyə hazır olmamışdır. Bunu biz hamımız yaxşı bilirik, bunu dünya da bilsin.”
Cənab İlham Əliyev hər bir çıxışında bu reallığı böyük qürur hissi ilə qeyd edir ki, gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə alırlar. Gənclərimiz bizim ümidimizdir. Gələcəkdə ölkəmizi onlar idarə edəcəklər. Orduda xidmət edən gənclər Vətənə bağlı olan insanlardır.
Tarixi Zəfərimizi şərtləndirən amillər sırasında da gənclərimizin torpaq, Vətən sevgisi xüsusi qeyd edilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Hücum!” əmrini gözləyən Azərbaycan əsgəri bu çağırışı böyük ruh yüksəkliyi ilə qarşıladı. Döyüşlər zamanı canından, qanından keçən gənclərimiz milli maraqlarımız, dövlətçilik uğrunda yetişdiklərini təsdiq etdilər. Sübut etdilər ki, Azərbaycan gəncləri milli, vətənpərvərlik ruhunu yaşadaraq haqq və hüquqlarımızın keşiyindədirlər. Bundan sonra da milli maraqlarımızı, dövlətçiliyimizi, ərazi bütövlüyümüzü, ümumilikdə, suverenliyimizi qoruyacaq layiqli gənclərimiz var. Cənab İlham Əliyev hərbi paradda bildirdi: “Əlbəttə ki, ordu quruculuğu birinci nömrəli vəzifə idi. Maddi-texniki təchizat, silah-sursatla təchizat, ordumuzun döyüş qabiliyyətinin qaldırılması və ilk növbədə, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə edilməsi - budur, qələbəyə aparan əsas amillər. Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əsgərdir, zabitdir. O, sinəsini qabağa verir, o, ölümə getməyə hazırdır və biz bunu göstərmişik. Ən çətin, əlverişsiz coğrafi vəziyyətdə altı müdafiə zolağını yararaq, döşənmiş bir milyondan artıq minanın üzərindən keçərək, təpələrdə yerləşmiş düşmən mövqelərini məhv edərək, Azərbaycan əsgər və zabiti əsl qəhrəmanlıq və şücaət göstərmişdir.”
Şəhidlərimiz qanları, canları ilə Zəfər tarixini yazdılar. 30 ilin işğalına son qoyuldu. 27 il icrasını gözləyən BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirildi. Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Bütün dünyaya Azərbaycan xalqının gücünü, iradəsini, əyilməz ruhunu göstərdik. Dövlət başçısı böyük qürur hissi ilə bildirdi: “Hazırlıq işləri apararkən, bax, biz bu günü gözləyirdik. Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçiriləcək.” Bu, artıq təsdiqini tapmış təkzibolunmaz faktdır ki, cənab İlham Əliyev sözü ilə əməli vəhdət təşkil edən qətiyyətli Prezidentdir. Artıq üç ildir tarixi sahibinə qovuşmuş torpaqlarımızda Azərbaycan Bayrağının dalğalanmasından qürurla bəhs ediriksə, bu, dövlətimizin qətiyyətinin, Silahlı Qüvvələrimizin qəhrəmanlığının, fədakarlığının nəticəsidir. Düşməni əzəli torpaqlarımızdan birdəfəlik qovduq. Bu, böyük tarixi hadisədir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Qələbə olmamışdır.
Bu gün Azərbaycanın ordu quruculuğu sahəsində atdığı ardıcıl və məqsədyönlü addımlar davamlılığı ilə diqqətdədir. Prezident İlham Əliyevin Xankəndi paradında qeyd etdiyi kimi, Ermənistanda revanşist qüvvələrin baş qaldıracağını, işğalçının arxasında dayanan və erməniləri bizə qarşı hərəkətə təhrik edən xarici qüvvələrin onlara yenə də təxribatçı siqnallar verəcəklərini bilirdik. Keçirilmiş bir neçə hərbi əməliyyat nəticəsində bu gün Azərbaycan-Ermənistan sərhədində vəziyyət ölkəmizin nəzarətindədir. Bununla bərabər, Qarabağ bölgəsində həyata keçirilmiş bir neçə hərbi əməliyyat bu bölgədə də əlverişli yüksəkliklərə sahib olmaq üçün şərait yaratdı. Bu əməliyyatlar Ermənistan siyasi rəhbərliyinə bir mesaj oldu ki, kapitulyasiya aktında təsbit edilmiş bütün müddəaları icra etməlisiniz. İlk növbədə, Ermənistan silahlı qüvvələri Qarabağdan çıxmalı idi. Amma reallıqda bunun əksini gördük. Ermənistanın bu kimi təxribatçı addımları Azərbaycan Silahlı Qüvvələrinin birgünlük lokal xarakterli antiterror tədbirlərini həyata keçirməsinə səbəb oldu. Artıq separatçı-terrorçulardan tamamilə təmizlənmiş ərazilərimizdə Azərbaycan Bayrağının ucaldılmasının qürurunu yaşayırıq.
Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın həyatında yeni dövr uğurla davam edir. Tezliklə dirçəliş mərhələsi başa çatacaq, soydaşlarımız bu ərazilərə yeni nəfəs verərək Azərbaycanın dayanıqlı inkişafına verdikləri töhfələr ilə qürur duyacaqlar.
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 075
- 5 499
- 10-02-2022, 10:36
- 28 397
- 244
- 7-04-2022, 11:57
- 21 556
- 207
- 26-04-2019, 16:16
- 16 125
- 45
- 18-09-2019, 10:29
- 13 640
- 119
- 12-12-2020, 12:00
- 13 362
- 92
- 11-04-2022, 16:00
- 11 839
- 12
- 15-05-2019, 20:27
- 11 060
- 54
- 24-05-2020, 23:28
- 9 971
- 3
- 26-04-2019, 15:39
- 9 455
- 99
- 27-04-2019, 10:08
- 9 031
- 2
- 23-10-2019, 21:00
- 8 047
- 1
- 29-11-2019, 09:00
- 7 895
- 3
- 13-05-2020, 22:05
- 7 753
- 0
- 28-04-2019, 20:56
- 7 519
- 2
- 23-04-2019, 21:57
- 7 287
- 2
- 11-03-2022, 12:24
- 310 075
- 5 499
- 10-02-2022, 10:36
- 28 397
- 244
- 7-04-2022, 11:57
- 21 556
- 207
- 7-11-2019, 09:36
- 6 067
- 124
- 18-09-2019, 10:29
- 13 640
- 119
- 26-04-2019, 15:39
- 9 455
- 99
- 12-12-2020, 12:00
- 13 362
- 92
- 22-12-2021, 14:22
- 4 737
- 57
- 10-02-2023, 10:54
- 4 266
- 54
- 15-05-2019, 20:27
- 11 060
- 54
- 26-04-2019, 16:16
- 16 125
- 45
- 14-01-2020, 09:33
- 6 796
- 20
- 11-04-2022, 16:00
- 11 839
- 12
- 27-03-2021, 14:25
- 4 966
- 7
- 29-11-2021, 09:36
- 4 559
- 5
- 29-09-2020, 11:15
- 4 981
- 5
- 24-09-2020, 11:41
- 5 016
- 5
- 16-05-2019, 14:19
- 6 911
- 5
- 15-05-2019, 09:47
- 5 250
- 5
SOSİAL ŞƏBƏKƏLƏR