Ziyalılarımız Fəxrimizdir !
- 23.11.2023, 12:44,
- Cəmiyyət
Baxılıb: 352
Facebook
Вконтакте
Одноклассники
Google+
Cəmiyyətin bütün dövrlərində insanların ziyalı sözünə, ziyalı məsləhətinə, ziyalı qayğısına ehtiyacı olmuşdur. Nəzərə alsaq ki, söhbət əsl ziyalılardan, dəyişməz əqidəyə, mükkəmməl dünyagörüşə, yüksək bilik və bacarığa, idarəçilik və təşkilatçılıq qabilyətinə, kifayət qədər insani keyfiyyətlərə malik olan insanlardan gedir o halda bu gün güvənc yerimiz olan ziyalılarımızla fəxr etməyə dəyər.
Belə ziyalılarımızdan biri - hər zaman xalqına, millətinə, dövlətinə və dövlətçiliyinə ləyaqətlə xidmət edən, şərəfli həyat yolu keçmiş cəmiyyətə nümunə olan hörmətli professor Elton Arzuman oğlu Məmmədovdan söhbət açmaqistəyirik.
Elton Arzuman oğlu Məmmədov 1954-cü il dekabrın 18-də Ucar rayonununQazıqumlağ kəndində ziyalı ailəsində dünyaya göz açmışdır. 1972-ci ildə orta məktəbi bitirərək Bakı Enegetika texnikomuna daxil olmuşdur. 1973-1975-ci illərdə ordu sıralarında xidmət etmişdir.
1979-cu ildə gənc və prespektivli bir mütəxəssis təyinatla Ulu Öndər Heydər Əliyevin kadr siyasətinə uyğun olaraq Rusiya Federasiyası Tomsk şəhərinə göndərilərək əmək fəaliətinə başlamışdır. Tomsk İnşaat Mühəndisləri instutunun Mexanika fakultəsində təhsil alaraq “mühəndis-mexanik” ixtisasına yiyələnən E.Məmmədov həmin dövrlərdə şəhərin ictimai-siyasi həyatında fəal iştirak etmişdir.
2004 cü ildə “Tomsk şəhərinin fəxri sakini” adına layiq görülmüşdür. 2006-cı ildə təhsil aldığı Tomsk Dövlət İnşaat Arxitektorları universitetinin fəxri professoru seçilmiş və 04 iyul 2019 cu ildə “Fəxri məzun” adına layiq görülən professor E.Məmmədov Vilayət Partiya Komitəsinin əmək kollektivinin fəxri üzvü, qızıl döş nişanı və pul mükafatı ilə təltif edilmişdir. O, 1989-cu ildə doğma vətəni Azərbaycana qayıdaraq öz bilik və bacarığını respublikanın inkşafına sərf etmişdir. 2007-ci ildə “Maye yanacaqların istilik fiziki xassələri” mövzusunda namizədlik dissertasiyası müdafiə edərək texnika üzrə elmi dərəcə, 2014-cü ildə “Neft sənayesinin ekoloji və texniki problemlərinin nanotexnoloji aspektləri”
mövzusunda doktorluq dissertasiyası müdafiə edərək Texnika Elmləri doktoru alimlik dərəcəsi almışdır.
E.Məmmədov 2020-ci ildə “Türk dünyası Araşdırmaları Uluslararası elmlər akademiyasının” akademiki, həqiqi üzvü həmin ildə də Almaniyanın Hannover şəhərində yerləşən Avropa Akademiyasının akademiki, həqiqi üzvü seçilmişdir. Hörmətli ziyalımız Azərbaycan Milli Məclisinin II ci, III cü, və IV cü çağırış deputatı olmuş, seçildiyi bölgənin inkşafına və əhalinin maddi rifaq halının yaxşılaşdırılması istiqamətində mühüm işlər görmüşdür.
Professor Elton Məmmədov AMEA- nın işlər idarəsinin müdiri kimi bu gün də əmək fəaliyyətini davam etdirir. Bu sadaladığımız və sadalamadığımız nəaliyyətlər professor E. Məmmədovun əmək fəaliyyətinin cüzi bir hissəsidir. Onun elmi əsərləri, monoqrafiyaları ali məktəblər üçün nəzərdə tutulmuş dərslikləri elmimizə böyük töhvfədir, səmərəli ixtiraları istehsal sahələrində müvəffəqiyyətlə istifadə edilir.
Bütün bunlar öz yerində. Bir məsələ məni çox təəcüübləndirdi maraq üçün Elton sözünü mənasını araşdırdım.
Dost, səxavətli, şən, şanslı, yaradıcı, diqqətli, səxavətli, aktiv, ciddi, müasir. Çox maraqlıdır mənə elə gəlir ki, Elton müəllimi yaxından tanıyanlar bu məziyyətlərin hamısının onda cəmləşdiyinin əyani şahidi olurlar. Hesab edirik ki, belə bir ziyalı ilə fəxr etməyə dəyər. Çünki Elton Məmmədov kimi insanlara hər zaman böyük ehtiyac duyulur. O, bugün də üzərinə düşən vəzifələrin öhdəsindən şərəflə və məsuliyyətlə gəlir.
Bu yolda ona uğurlar və müvəffəqiyyətlər arzulayırıq !
AMEA-nın Sosial Xidmətlər şöbəsinin müdiri, texnika elmləri doktoru professor Elton Məmmədovun Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 ili münasibəti ilə bağlı fikirləri: - Noyabrın 21-də ölkəmizin və bütövlükdə Cənubu Qafqaz regionunun ən güclü siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradılmasının 31 ili tamam olur. Yeni Azərbaycan Partiyası ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəllərində ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Həmin dövrdə xaos və qeyri-sabitliyin hökm sürdüyü Azərbaycanın düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, o cümlədən ziyalılar Ulu öndər Heydər Əliyevə müraciət etdi. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının imzaladığı müraciətdə deyilirdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq Siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Sizin sözünüzü və qəti qərarınızı gözləyir”.
Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur. Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.
Nəticə etibarilə, 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Ulu Öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın ozamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. Ozamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Çünki bütün uzaqgörən insanlar Heydər Əliyevin rəhbəri olduğu bu qurumun xilaskar bir missiya üçün yarandığını anlayır və Yeni Azərbaycan Partiyasına dəstəklərini əsirgəmirdilər. Həmin tarixi hadisələri dəyərləndirən Ulu öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir... Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə, bir təşkilati mərkəz olmadan... ağır şəraitdə, böyük təqiblər şəraitində yaranmış bir partiyadır”.
Xalqın Ümummilli lider Heydər Əliyevə olan inamı isə tez bir zamanda siyasi səhnədə parlayan Yeni Azərbaycan Partiyasının tarixi məsuliyyəti öz üzərinə götürməsinə imkan verdi. Ümummilli liderimizin nüfuzu, Azərbaycan xalqının Ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı. Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən 6 ay sonra siyasi hakimiyyətə gəldi.
Ümumiyyətlə, tarixi faktlar və reallıqlar göstərir ki, Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yoluna malikdir. Səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 720 mindən çox üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanıb. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb.
Beləliklə, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər sistemli xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. YAP ulu öndər Heydər Əliyevin ideyaları əsasında irəliləyərək böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır.
Ümumiyyətlə, Yeni Azərbaycan Partiyası siyasi sistemin monolit gücü və avanqard siyasi institutudur. Başqa sözlə, YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu partiyasıdır. YAP, eyni zamanda, ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa, fundamental töhfələr verən ümumxalq partiyasıdır.
Partiyanın qarşısında duran taleyüklü vəzifələr ideoloji birliyi şərtləndirir. Partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını şərtləndirmiş olur.
Xüsusilə vurğulanmalıdır ki, Vətənə sadiqlik və ümummilli maraqlara sədaqət partiya üzvlərini səciyyələndirən əsas göstəricilərdir. YAP Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət və azad vətəndaş cəmiyyəti qurmaq məqsədi ilə irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, qulluq mövqeyindən, əqidəsindən asılı olmayaraq Azərbaycan vətəndaşlarını ümumi siyasi ideya və məqsəd ətrafında birləşdirən siyasi partiyadır.
Qeyd etdiyimiz kimi, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlərin ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP ötən müddət ərzində milli tərəqqiyə xidmət edən vəzifələrin yerinə yetirilməsinə layiqli töhfəsini verib, ölkəmizin qarşısında yeni inkişaf üfüqlərinin açılmasında müstəsna rol oynayıb. Bütün bunlar müasir və qüdrətli Azərbaycanın gələcəyə əmin addımlarla irəliləməsini təmin edib. Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Partiyamızın yarandığı vaxtdan etibarən Azərbaycanda keçirilən bütün ümummilli seçkilərdə parlaq qələbələr qazanması hər kəsə bəllidir. Burada diqqətçəkən məqam ondan ibarətdir ki, hər seçkidən-seçkiyə partiyamızın uğurlarının miqyası genişlənir və bu, seçkilərin nəticələrində də özünü aydın şəkildə ifadə edir. Prezident İlham Əliyev də vurğulayıb ki, partiyamız uğurla inkişaf edib və bütün seçkilərdə - həm parlament, həm prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gəlib: “Bu gün Azərbaycanda bizim partiyamıza rəqib ola biləcək hər hansı bir siyasi qüvvə mövcud deyil. Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir. Cəmiyyətimizin bütün təbəqələri partiyamızda birləşib. Buna baxmayaraq, biz həmişə qabağa baxmalıyıq və əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Uğurlarımızın səbəblərindən biri də məhz ondan ibarətdir ki, əldə edilmiş uğurlar bizə əlavə stimul verir. Çatışmayan cəhətləri aradan qaldırmaq, sosial ədaləti daha da böyük dərəcədə bərqərar etmək üçün biz bundan sonra da fəal çalışmalıyıq”.
Öz gücünü xalqın dəstəyindən alan Yeni Azərbaycan Partiyası ölkəmizdə davamlı islahatların həyata keçirilməsinə, ictimai-siyasi sabitliyin qorunmasına, Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına milsilsiz töhfələr verib. 2021-ci ilin mart ayında keçirilən VII qurultay isə partiyanın həyatında yeni mərhələnin başlanğıcıdır. Qurultayda partiyanın rəhbər strukturlarının yenidən formalaşdırılması ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. YAP-ın yeni Nizamnaməsi təsdiq olundu, İdarə Heyəti, Təftiş Komissiyası, Veteranlar Şurası seçildi və bir sıra siyasi partiyaların Yeni Azərbaycan Partiyasına qoşulmasına dair müraciətlərinə baxıldı. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev çıxışı zamanı Ümummilli Liderimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının keçdiyi tarixi inkişaf yoluna nəzər saldı, qarşıda duran vəzifələri diqqətə çatdırdı, mühüm fikirlər səsləndirdi. Dövlətimizin başçısı da qeyd etdi ki, partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir: “Partiyamızın VII qurultayı ölkəmizin ictimai-siyasi həyatında önəmli hadisədir. Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq”.
Yeni proqramında isə Yeni Azərbaycan Partiyasının siyasi dəyərlər və prinsiplər sistemində 10 strateji istiqamət müəyyən olunub. Bunlar aşağıdakılardan ibarədir: Heydər Əliyev yolu; Müstəqillik; Azərbaycançılıq; Dövlətçilik; Qanunun aliliyi; Varislik və təkamül; Konstruktiv əməkdaşlıq və dialoq; Sosial ədalət və insan amili; Multikultural cəmiyyət; Demokratik ənənələrin inkişafı.
Bütövlükdə, Yeni Azərbaycan Partiyası ötən 31 il ərzində böyük inkişaf yolu keçib. 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm zəfər, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi isə Yeni Azərbaycan Partiyasının da zəfərlər partiyası olduğunu təsdiqləyir. Əminliklə söyləmək olar ki, ümumxalq partiyası olan YAP bundan sonra da müstəqil Azərbaycanın həyatında ölkəmizin avanqard siyasi qüvvəsi olaraq mühüm rol oynayacaq!
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 069
- 5 499
- 10-02-2022, 10:36
- 28 396
- 244
- 7-04-2022, 11:57
- 21 553
- 207
- 26-04-2019, 16:16
- 16 123
- 45
- 18-09-2019, 10:29
- 13 639
- 119
- 12-12-2020, 12:00
- 13 361
- 92
- 11-04-2022, 16:00
- 11 838
- 12
- 15-05-2019, 20:27
- 11 058
- 54
- 24-05-2020, 23:28
- 9 970
- 3
- 26-04-2019, 15:39
- 9 454
- 99
- 27-04-2019, 10:08
- 9 030
- 2
- 23-10-2019, 21:00
- 8 046
- 1
- 29-11-2019, 09:00
- 7 894
- 3
- 13-05-2020, 22:05
- 7 752
- 0
- 28-04-2019, 20:56
- 7 518
- 2
- 23-04-2019, 21:57
- 7 286
- 2
- 11-03-2022, 12:24
- 310 069
- 5 499
- 10-02-2022, 10:36
- 28 396
- 244
- 7-04-2022, 11:57
- 21 553
- 207
- 7-11-2019, 09:36
- 6 066
- 124
- 18-09-2019, 10:29
- 13 639
- 119
- 26-04-2019, 15:39
- 9 454
- 99
- 12-12-2020, 12:00
- 13 361
- 92
- 22-12-2021, 14:22
- 4 736
- 57
- 10-02-2023, 10:54
- 4 264
- 54
- 15-05-2019, 20:27
- 11 058
- 54
- 26-04-2019, 16:16
- 16 123
- 45
- 14-01-2020, 09:33
- 6 795
- 20
- 11-04-2022, 16:00
- 11 838
- 12
- 27-03-2021, 14:25
- 4 965
- 7
- 29-11-2021, 09:36
- 4 558
- 5
- 29-09-2020, 11:15
- 4 980
- 5
- 24-09-2020, 11:41
- 5 015
- 5
- 16-05-2019, 14:19
- 6 910
- 5
- 15-05-2019, 09:47
- 5 249
- 5
SOSİAL ŞƏBƏKƏLƏR