• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Oqtay Əsədov: Zəfər yolunun əsasında Heydər Əliyevin ölməz ideyaları dayanır

Oqtay Əsədov: Zəfər yolunun əsasında Heydər Əliyevin ölməz ideyaları dayanır


Oqtay Əsədov - Müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqının və dövlətinin müstəqilliyi, inkişafı naminə böyük və əvəzedilməz işlər görmüş, bununla bağlı tarixi proseslərə təsir göstərmiş Heydər Əliyev hər zaman fəxr edəcəyimiz, qürur hissi ilə xatırlayacağımız dahi şəxsiyyətdir. Ulu öndər Heydər Əliyev tarixi prosesə təsir göstərməyə qadir şəxsiyyət kimi Azərbaycan xalqı və dövlətçiliyi üçün çox böyük və əvəzedilməz işlər görmüş, Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyət kimi əbədi olaraq yaddaşlara həkk olunmuşdur.
Oqtay Əsədov: Zəfər yolunun əsasında Heydər Əliyevin ölməz ideyaları dayanır

Geniş bilik və dərin təfəkkür sahibi olan Heydər Əliyev düşünülmüş və cəsarətli qərarları ilə təkcə müstəqillik dövründə deyil, bütün dövrlərdə Azərbaycan ictimaiyyətini ən ciddi şəkildə düşündürən məsələləri uğurla həll etmişdir. Ulu Öndər cəmiyyət həyatının müxtəlif sahələri arasında üzvi bağlılığı aydın görərək, müəllifi olduğu milli inkişaf strategiyasında ictimai, siyasi, sosial, iqtisadi, mədəni və digər sahələrdə qarşıda duran vəzifələri düzgün müəyyənləşdirmiş və məharətlə həyata keçirmişdir. Azərbaycanı, sözün əsl mənasında, müstəqil ölkəyə çevirib, müstəqilliyimizi daimi və dönməz etmişdir.

Ulu Öndər Azərbaycan naminə bütün fəaliyyəti zamanı milli ideologiyanın yaradılmasına xüsusi diqqət yetirmiş, dövlətçilik, milli-mənəvi və ümumbəşəri dəyərlər azərbaycançılıq anlayışının tərkib hissəsi kimi çıxış etmişdir. Onun dünya azərbaycanlılarının birinci qurultayındakı nitqi azərbaycançılığın tarixi proqram sənədidir. Buradakı əsas müddəalara nəzər salaq: “Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra azərbaycançılıq aparıcı ideya kimi həm Azərbaycanda, həm də bütün dünyada yaşayan azərbaycanlılar üçün əsas ideya olub. Biz həmişə bu ideya ətrafında birləşməliyik. Azərbaycançılıq öz milli mənsubiyyətini qoruyub saxlamaq, milli-mənəvi dəyərlərini qoruyub saxlamaq, eyni zamanda, onların ümumbəşəri dəyərlərlə sintezindən, inteqrasiyasından bəhrələnmək və hər bir insanın inkişafının təmin olunması deməkdir”.
Oqtay Əsədov: Zəfər yolunun əsasında Heydər Əliyevin ölməz ideyaları dayanır

Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dövlətçilik anlayışının milli təfəkkür tərzinə çevrilməsində, yeni dövrün tələblərinə uyğun, heç bir qüvvənin təsirindən asılı olmayan müstəqil dövlətin formalaşdırılmasında fövqəladə dərəcədə mühüm rol oynadı və bütün bunlar, əlbəttə ki, nəticə etibarilə Azərbaycanın ümumi strateji inkişafının parametrlərini özündə ehtiva edən tarixi nailiyyətlərdir. Həqiqətən də azərbaycançılıq ideologiyası bütün soydaşlarımızı vahid amal ətrafında birləşdirdi, bu ideologiya bəlli bir inkişaf mərhələsindən keçərək bizim bir millət olaraq formalaşmağımızda mühüm rol oynadı.

Bu gün Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı olan Azərbaycan Prezidenti cənab İlham Əliyev də dünya azərbaycanlılarının təşkilatlanması məsələsini daim diqqət mərkəzində saxlayır və bu sahədə dövlət siyasətini uğurla həyata keçirir.

Oqtay Əsədov: Zəfər yolunun əsasında Heydər Əliyevin ölməz ideyaları dayanır


Heydər Əliyevin dövlətçilik haqqında nəzəri-təcrübi konsepsiyasının ən mühüm cəhətlərindən biri ondan ibarətdir ki, o, bu konsepsiyanın əsas müddəalarını Azərbaycanın dövlətəqədərki dövrünə və dövlətçilik tarixinə tətbiq etmiş, onun hər bir dövrünün mühüm cəhətlərini müəyyən etməyə və ümumi dövlətçilik tarixində yerini aşkar etməyə nail olmuşdur. Ona görə də Heydər Əliyev irsini daim öyrənmək, qorumaq, təbliğ və tətbiq etmək bugünkü və gələcək nəsillərin qarşısında duran ən vacib məsələdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü ili "Heydər Əliyev İli" kimi elan etməsi azərbaycançılıq ideologiyasının daha böyük arealda, daha sistemli formada təbliğinə, Heydər Əliyev irsinin daha yaxından öyrənilməsinə xüsusi töhfələr verəcək, dahi şəxsiyyətin bizə miras qoyduğu azərbaycançılıq ideologiyasının öyrənilməsi və təbliğ edilməsi aktual olacaq.Oqtay Əsədov: Zəfər yolunun əsasında Heydər Əliyevin ölməz ideyaları dayanır

Tarixdə xalqlar və millətlər arasında çoxlu sayda müharibələr olub, elə bu müharibələr də çoxlu şücayət və qəhrəmanlıqlara şahidlik edib. Ancaq müharibəni qələbə ilə başa vurmuş xalqın qəhrəmanı əsl qəhrəmandı və onun göstərdiyi şücayət əfsanəyə çevrilir. Elə 44 günlük Vətən müharibəsində şanlı Zəfər qazanan Azərbaycan Ordusu, Ali Baş Komandan cənab İlham Əliyev kimi.
20 il əvvəl Prezident seçilmiş İlham Əliyev xalqa müraciətində Azərbaycan xalqının, Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyinə və Azərbaycanın ərazi bütövlüyünü qoruyacağına söz vermişdi. Elə də oldu.
30 il həsrətində qaldığımız işğal olunmuş ərazilərimiz 44 günlük Vətən müharibəsi ilə azad olundu.
2020-ci il sentyabrın 27-də başlayan müharibə Şuşanın işğaldan azad olunması ilə başa çatdı. Şuşanın azad edilməsi Ermənistanı məğlubiyyətini qəbul edərək üçtərəfli birgə bəyanata imza atmağa məcbur etdi.
Bəziləri hesab edirdi ki, Şuşanın azad olunmasından sonra Azərbaycan üçtərəfli birgə bəyanatla təsbit edilmiş vəziyyəti dəyişməyə cürət etməyəcək. Azərbaycanın ermənilərin yaşadığı ərazilərdə hər hansı əməliyyat keçirməyə, yaxud bu ərazilərdə Azərbaycan dövlətinin müvafiq qurum və strukturlarının nəzarətini bərpa etməyə imkan verilməyəcəyini düşünənlər də az deyildi. Ancaq Ali Baş Komandanın vurğuladığı kimi, heç bir qüvvə bizi haqq yolumuzdan döndərə bilməz. Bu dəfə də belə oldu.
Təzyiqlərə, hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörən siyasəti nəticəsində barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək, Xankəndidə Azərbaycanın dövlət bayrağının ucaldılacağı günü tamamilə tam yaxınlaşdırmağa nail oldu.
Bu il sentyabrın 20-də Azərbaycan bir gündən də az müddətdə, cəmi 23 saat 44 dəqiqə ərzində Ermənistan silahlı birləşmələrini tamamilə təslim olmağa məcbur etdi. 15 oktyabr tarixində isə Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bunun özü isə Zəfər Günümüzə bərabər uğur, 2020-ci ildə qazanılan Şanlı Zəfərimizi tamamlayan tarixi hadisədir.
Bu gün - Zəfər gününün 3-cü ildönümü münasibətilə Xankəndidə möhtəşəm parad keçirildi. Paradı Ali Baş Komandan, cənab Prezident İlham Əliyev qəbul etdi.
Oqtay Əsədov: Zəfər yolunun əsasında Heydər Əliyevin ölməz ideyaları dayanır

İndi heç vaxt enməyəcək üçrəngli bayrağımız işğaldan azad olunmuş bütün ərazilərimizdə dalğalanır. İlham Əliyev Prezident seçildiyi gün dogma Azərbaycan xalqına verdiyi hər hər bir sözə əməl etdiyi kimi, ərazi bütövlüyümüzün bərpasını da təmin etdi, Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq nailiyyətlərə imza atdı.
Bu gün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpa olunması ən böyük arzusu olan Heydər Əliyevin ruhu şaddır. Bu gün İlham Əliyev ata vəsiyyətini yerinə yetirdiyi üçün xoşbəxtdir.
Bu gün Azərbaycan Zəfər Gününü qeyd edir. Zəfər Günü Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin, gücünün və qüdrətinin rəmzidir. Cənab Prezidentin də dediyi kimi, bu, Zəfər bayramıdır, bu, rəşadət bayramıdır, bu, ədalət bayramıdır, bu, milli qürur, milli ləyaqət bayramıdır.
Eşq olsun bu günü bizə yaşadan Azərbaycan Ordusuna, Ali Baş Komandan İlham Əliyevə, eşq olsun Azərbaycan xalqına. Zəfərə qanı-canı bahasına imza atan bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 044
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 734
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter