Vahid Yaqubov: Sən elə bir zirvəsən…
- 14.12.2023, 11:44,
- Cəmiyyət
Baxılıb: 64
Facebook
Вконтакте
Одноклассники
Google+
Azəristilik təchizat ASC -nin RİQ -2 rəisi Vahid Yaqubov - Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan edilməsi Ulu Öndərin Azərbaycan dövlətinin və xalqının qarşısında xidmətlərinin aydın ifadəsidir. Xalqımız hər an Heydər Əliyev siyasətinin uğurlarını görür və bundan qürur hissi keçirir. Azərbaycanı belə güclü, qüdrətli görmək, dünyaya Günəş kimi doğmasını reallaşdırmaq, ərazi bütövlüyünü təmin etmək Ümummilli Liderin ən böyük arzusu idi. Məhz Onun yaratdığı möhkəm təməl üzərində Azərbaycan bugünkü inkişaf səviyyəsinə gəlib çıxıb. Dahi şəxsiyyətin hakimiyyətinin hər iki dövrü dövlətə, xalqa xidmət nümunəsidir. Ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir.
Ümummilli Lider hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır. Azərbaycan gənclərinin keçmiş İttifaqın ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi, hərbi kadrların yetişdirilməsi üçün Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılması, azərbaycançılığın əsas tərkib hissəsi olan dilimizin, ədəbiyyatımızın, milli-mənəvi dəyərlərimizin, tariximizin qorunması və inkişaf etdirilməsi istiqamətində atdığı addımlar bu gün böyük fəxr hissi ilə qeyd edilir. Ulu Öndər hakimiyyətinin birinci dövründə Azərbaycanı keçmiş İttifaqın ən geridə qalmış respublikasından qabaqcıl ölkəyə çevirdi. Onun hakimiyyətinin hər iki dövrü xilaskarlıq missiyasını uğurla yerinə yetirməsi ilə xarakterizə olunur. Həmin dövrdə qoyulan möhkəm təməl sonrakı illərdə, Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etdikdən, daha dəqiq desək, ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ölkəmizin inkişafında mühüm rol oynadı. 1969-1982-ci illərdə qoyulan möhkəm iqtisadi təməl bugünümüz üçün əsas oldu. Ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışandan sonra müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı çətinliklər fonunda hakimiyyətinin birinci dövrünü belə xarakterizə edirdi ki, o dövrlərdə yaranmış iqtisadi potensial bizim böyük sərvətimizdir. Bu sərvət də Azərbaycanın tam sərbəst, heç bir dövlətdən asılı olmayaraq yaşamasına imkan verir. Biz müstəqilliyimizi tam bərpa etdikdən və qarşıda duran vəzifələri həyata keçirdikdən sonra ölkəmizin bu iqtisadi potensialının bəhrələrini Azərbaycanın hər bir vətəndaşı görəcək və bunun sayəsində şən, firavan yaşayacaqlar.
Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkəmizin iqtisadi inkişaf dinamikasına diqqət yetirmək kifayətdir ki, bu fikirlərin reallıqda öz təsdiqini tapdığını əminliklə qeyd edək. Azərbaycana rəhbərliyinin birinci dövründə ulu öndər Heydər Əliyev özünün böyük idarəçilik bacarığı, polad iradəsi və yüksək vətənpərvərliyi sayəsində, uzaqgörən və məqsədyönlü qərarları ilə çox qısa müddətdə respublikamızda sosial-iqtisadi, elmi-texniki və mədəni sahələrin inkişafında böyük sıçrayışa nail olub. Ümummilli Lider bildirirdi ki, milli azadlığa nail olmaq üçün xüsusən xalqımızda milli oyanış, milli dirçəliş, milli ruhun canlanması lazımdır. Ümummilli Lider bütün varlığı ilə sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş, respublikamızın malik olduğu bütün imkanlardan onun inkişafı üçün istifadə etmişdir.
Zamanın hökmü ilə ötən əsrin 90-cı illərin başlanğıcında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini tamamilə itirmək təhlükəsi ilə qarşılaşdı. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirdi, düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanı inkişaf yoluna çıxardı. Müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir.
Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub. Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə müstəqil dövlətimizin inkişaf strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirib. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbə ilə Ulu Öndərin layiqli davamçısı olduğunu bir daha təsdiqlədi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi. Azərbaycanın bugünkü qələbəsinin banisi Ulu Öndər Heydər Əliyev, reallaşdıranı isə onun yetişdirdiyi vətəninə, xalqına bağlı olan Prezident İlham Əliyev oldu.
“Millətin məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyevin Azərbaycan tarixindəki yeri misilsizdir. Ona görə də O, Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, Ümummilli Lider və xalq məhəbbətini qazanan öndər kimi qalacaqdır. Heydər Əliyevin əziz xatirəsi qədirbilən xalqımızın yaddaşında özünə əbədi məskən salıb. Xalqımızın böyük oğlu Heydər Əliyevin vəfatından illər ötsə də, onun əziz xatirəsi həmişə Azərbaycan xalqının qəlbində yaşayacaq və hər yerdə xalqımız tərəfindən hörmətlə yad ediləcək”,
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 067
- 5 499
- 10-02-2022, 10:36
- 28 394
- 244
- 7-04-2022, 11:57
- 21 551
- 207
- 26-04-2019, 16:16
- 16 120
- 45
- 18-09-2019, 10:29
- 13 637
- 119
- 12-12-2020, 12:00
- 13 359
- 92
- 11-04-2022, 16:00
- 11 836
- 12
- 15-05-2019, 20:27
- 11 056
- 54
- 24-05-2020, 23:28
- 9 968
- 3
- 26-04-2019, 15:39
- 9 452
- 99
- 27-04-2019, 10:08
- 9 028
- 2
- 23-10-2019, 21:00
- 8 044
- 1
- 29-11-2019, 09:00
- 7 892
- 3
- 13-05-2020, 22:05
- 7 750
- 0
- 28-04-2019, 20:56
- 7 516
- 2
- 23-04-2019, 21:57
- 7 284
- 2
- 11-03-2022, 12:24
- 310 067
- 5 499
- 10-02-2022, 10:36
- 28 394
- 244
- 7-04-2022, 11:57
- 21 551
- 207
- 7-11-2019, 09:36
- 6 064
- 124
- 18-09-2019, 10:29
- 13 637
- 119
- 26-04-2019, 15:39
- 9 452
- 99
- 12-12-2020, 12:00
- 13 359
- 92
- 22-12-2021, 14:22
- 4 734
- 57
- 10-02-2023, 10:54
- 4 261
- 54
- 15-05-2019, 20:27
- 11 056
- 54
- 26-04-2019, 16:16
- 16 120
- 45
- 14-01-2020, 09:33
- 6 793
- 20
- 11-04-2022, 16:00
- 11 836
- 12
- 27-03-2021, 14:25
- 4 963
- 7
- 29-11-2021, 09:36
- 4 556
- 5
- 29-09-2020, 11:15
- 4 978
- 5
- 24-09-2020, 11:41
- 5 013
- 5
- 16-05-2019, 14:19
- 6 908
- 5
- 15-05-2019, 09:47
- 5 247
- 5
SOSİAL ŞƏBƏKƏLƏR