• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Mirdamət Seyidov: “Seçimimiz qalib xalqın qalib Lideri İlham Əliyevdir!”

Mirdamət Seyidov: “Seçimimiz qalib xalqın qalib Lideri İlham Əliyevdir!”


Bakı Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyinin direktoru Mirdamət Seyidov - Cənab İlham Əliyev bütün vədlərini yerinə yetirərək xalqın sevgisini, etimadını, rəgbətini qazanıb və söz verdiyi kimi, hər bir azərbaycanlının Prezidenti olmağı bacarıb. Qarşıdan gələn prezident seçkiləri haqlı olaraq cəmiyyətimiz tərəfindən Zəfər seçkisi kimi dəyərləndirilir. Çünki bu seçki müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazisində keçiriləcək. Bu seçkini digərlərdən fərqləndirən, əlamətdar edən məhz bu amildir. Ulu Öndərin layiqli varisi, ən yaxın silahdaşının andiçmə zamanı xalqa verdiyi vədlərin hamısı tək-tək reallığa çevrilir. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin president seçilməsinin 20-ci ildönümündə Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərlərində və Əsgəran qəsəbəsində müqəddəs üçrəngli bayrağımızı ucaltdı. Bu tarixi hadisə, oktyabrın 15-i 20 illin gərgin, məqsədyönlü fəaliyyətin zəfər təntənəsi olmaqla yanaşı, düşmənin iki yüz illik məkrli planının – Cənubi Qafqazın erməniləşdirilməsi siyasətinin birdəfəlik puç olması demək idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev ənənəvi olaraq yerli televiziya kanallarına verdiyi müsahibədə ictimaiyyəti maraqlandıran, beynəlxalq ictimaiyyətə ünvanlanmış vacib mesajlar verilib. Ölkəmizin başçısı Azərbaycanın prioritet sahələrdə qazandığı nəaliyyətlər, icra olunan layihələr barəsində əhatəli məlumat verdi. Eyni zamanda qarşıdan duran hədəflərlə əlaqədar prioritet istiqamətlər də ölkə ictimaiyyətinə açıqlandı. Cənab Prezident müsahibəsidə sözsüz ki, həm xarici, həm də daxili auditoriya üçün mühüm mesajlar ünvanladı.
Mirdamət Seyidov: “Seçimimiz qalib xalqın qalib Lideri İlham Əliyevdir!”


Mürəkkəb proseslərin getdiyi vaxtda Azərbaycanda bütün sahələri əhatə edən, davamlı inkişafa hesablanmış addımlar atılır. Bu mənada Prezident İlham Əliyevin qətiyyəti və liderliyi vacib amil kimi mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident müsahibə zamanı jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə görülən işlər, növbədənkənar Prezident seçkiləri, Azərbaycanla Ermənistan arasındakı münasibətlərə, işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri, ölkəmizin xarici siyasəti və digər vacib məsələlərlə dair suallarını tam əhatəli və dolğun bir şəkildə yüksək səviyyədə cavablandırıb. Ölkəmizin başçısı Prezident seçkiləri ilə əlaqədar olaraq, ilk dəfə suveren ərazilərimizdə keçiriləcək seçkilərin əhəmiyyətinə toxunub. Dövlət başçısının vurğuladığı kimi “Prezident seçkiləri bütün digər seçkilərlə müqayisədə ən vacib seçkilər olduğu üçün bütün ərazilərdə keçiriləcək birinci seçkilər prezident seçkiləri olmalıdır”. Azərbaycan öz suverenliyini tam bərpa edib və bu baxımdan seçkilər bir dövrə yekun vuran mühüm bir proses olacaq.
Azərbaycanın 30 il işğal altında qalmış ərazilərini azad etməsi və suverenliyini tam bərpa etməsi, burada yaradılan infrastruktur, salınan müasir yaşayış məntəqələri möhtəşəm hadisədir. Məhz bu kontekstdən fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkiləri Azərbaycan üçün yeni bir dövrün başlanğıcı olacağı şübhəsizdir. Eyni zamanda dövlətimizin başçısının müsahibəsində xüsusilə vurğuladığı məqamlardan biri də Azərbaycanla Ermənistan arasında sülh, sərhədlərin delimitasiya və demarkasiya məsələsi ilə bağlı idi. Cənab Prezident bildirib ki, hələ də işğal altında olan səkkiz kənd daim gündəlikdədir. Ölkə başçısı vurğuladı ki, bu məsələ ətrafında davamlı olaraq müzakirələr aparılır. Həmçinin delimitasiya ilə bağlı komissiyaların gündəliyində də bu məsələnin olduğu qeyd edilib. Azərbaycan torpaqlarının XX əsrdə hissə-hissə Ermənistana verilməsi faktını önə çəkən ölkə başçısı 1918-ci ildə Azərbaycan Demokratik Respublikası yaranandan bir gün sonra, əfsuslar olsun ki, İrəvan şəhəri Ermənistana verildi. Halbuki bunun heç bir əsası yox idi. Bu, qədim Azərbaycan şəhəridir. Azərbaycan xalqı əsrlər boyu orada yaşayıb və İrəvanın tarixi, yəni, bu gün silinməkdə olan tarixi görkəmi Azərbaycan memarlıq abidəsinin mövcudluğunu, çoxəsrlik mövcudluğunu təsdiqləyir. İrəvan o şəhərlərdəndir ki, sanki orada köhnə şəhər yoxdur, sadəcə olaraq, Azərbaycan şəhəri olub, o da sökülüb, dağılıb”. Bununla bağlı danılmaz, inkarolunmaz faktlar, xəritələr mövcuddur. Çünki tarixi torpaqlarımız 1920-ci il xəritələrində Zəngəzur Azərbaycan ərazisi olduğunu öz əksini tapıb. Azərbaycandan Ermənistana keçmiş sovet dövründə sonuncu torpaq hədiyyəsi 1969-cu ilin may ayında olunub. Amma həmin vaxta qədər Azərbaycan torpaqları hissə-hissə Ermənistana verilirdi və təxminən 100 min kvadratkilometrdən 86,6 min kvadratkilometrə qədər düşmüş oldu. Tarix sübut edib ki, Azərbaycandan Ermənistana torpaq hədiyyə verilməsinə məhz Ulu Öndər Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəldikdən sonra son qoyulub.
Cənab Prezidentin vermiş olduğu bu mesajlar sözsüz ki. vətəndaşın dövlət inamına, xalq-dövlət birliyinə, həmrəyliyinin sarsılmazlığına əsaslanır. Bu gün Azərbaycan öz tarixinin yeni dövrünü yaşayır. Təbii ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü ildən başlanılıb. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşma tam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davam etdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz, xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hər halda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki, güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə, xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər. Məhz bu kontekstdə bugünkü Azərbaycan sözün əsl mənasında dünya miqyasında güclü ölkələr sırasındadır. Bu, həm beynəlxalq aləmdə, həm regionda, eyni zamanda, daxili siyasət prioritetlərinin düzgün seçilməsində bir çox ölkələr üçün nümunə ola bilər. Təbii ki, bu gün ölkə qarşısında duran yeni vəzifələr yeni dövrün vəzifələridir. Ölkəmizin suverenliyini tam bərpa edilib. Bu mənada sentyabr hadisələri, əlbəttə ki, ümumi kontekstdən çıxarıla bilməz. Ölkə başçısının da vurğuladığı kimi “Yəni, sentyabra qədər getdiyimiz yol məqsədyönlü yol idi, məqsədə hesablanmış yol idi, düzgün yol idi. İstər siyasi müstəvidə, istər hərbi müstəvidə, istər ölkəmizdə gedən proseslər nöqteyi-nəzərindən bu hadisə bütün işlərimizin, elə bil ki, son nidası idi. Bu gün biz 2024-cü ilə suverenliyini tam bərpa etmiş ölkə kimi, xalq kimi başlayırıq. Hesab edirəm ki, müasir tariximizin yeni dövrü məhz sentyabrın 20-dən sonra başlayır.”
Azərbaycan özünün bildiyi doğru yolda qətiyyətlə addımlayır. Artıq “Böyük Qayıdış dövlət proqramının icrası uğurla icra olunur. Ölkəmizin başçısı da Laçın, Füzuli şəhərlərinin, Ağalı, Talış və Zabux kəndlərinin sürətlə dirçəldiyini bura artıq ilk sakinlərin qayıtdığını bildirib. Həmçinin 2024-cü il ərzində Qarabağda və Şərqi Zəngəzurda infrastruktur layihələrinin hamısının davam etdiriləcəyi vurğulanıb. Nəticədə bu il Şuşa, Cəbrayıl, Kəlbəcər, Xankəndi və Xocalı şəhərləri də öz keçmiş sakinlərini qarşılayacağını bəyan edən cənab Prezident bunun Azərbaycan xalqına verilmiş çox böyük bir müjdə olduğunu da qeyd edib.
Qanlı Yanvar hadisələrindən 34 il keçir. 20 Yanvar faciəsi Azərbaycan xalqının öz azadlığı və suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. O tarix ki, Azərbaycan xalqı 34 il əvvəl baş verən hadisələri təkcə ağrı-acı ilə deyil, həm də qürur və şərəf günü kimi xatırlayır. 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub, milli müstəqillik, azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilib. Təpədən-dırnağadək silahlanmış keçmiş sovet ordusunun cəza tədbirlərinə məruz qalan xalqımız azadlıq əzmini itirməmiş, əksinə, haqq səsini daha ucadan bəyan etmişdi. Düz 34 il əvvəl doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin müdhiş gecədə canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından uzun illər keçməsinə baxmayaraq, xalqımız o dəhşətli günlərin ağrı-acısını unutmur, öz vətəndaşlarına divan tutan sovet imperiyasının o vaxtkı rəhbərlərinə və onların Azərbaycandakı nökərlərinə dərin nifrətini bildirir.
1990-cı ilin yanvar hadisələri nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi Bu epoxal hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olub. Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilib, dönməz xarakter alıb, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görüb. Keçmiş SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, əzəli torpaqlarımıza iddia edən təcavüzkar Ermənistanı açıq-aşkar dəstəklənməsinə və respublikanın o zamankı rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun iri hərbi birləşmələrinin yeridilməsi Azərbaycanda, xüsusilə Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların həlak olması ilə nəticələndi. Sanki, bunları görməyən Azərbaycanın o vaxtkı səriştəsiz, kölə psixologiyalı rəhbərlərinin yenə də xalqla bir olmağa cəsarəti çatmadı və onlar sovet rəhbərliyinin ətəyindən yapışmaqda davam etdilər.
Əslində, ermənilərin fitvası ilə törədilmiş bu cinayət Azərbaycan xalqının iradəsini qıra, azadlıq eşqini söndürə bilmədi. Xalqımız qanı bahasına da olsa istəyinə - azadlıq və müstəqilliyinə qovuşdu və bu nailiyyəti heç vaxt əlindən verməyəcək.
1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib.

Mirdamət Seyidov: “Seçimimiz qalib xalqın qalib Lideri İlham Əliyevdir!”


1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi MixailQorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib. Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusiqəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə – yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Ermənistanın Azərbaycanın tarixi torpaqlarına qarşı təcavüzkar siyasətinin keçmiş SSRİ rəhbərliyi tərəfindən dəstəklənməsinə, onların ölkəmizə qarşı ermənipərəst və qərəzli siyasətinə etiraz edən dinc, mülki azərbaycanlıların səsini boğmaq, həmçinin müstəqillik arzularını gerçəkləşdirmələrinin qarşısını almaq məqsədilə bu qanlı hadisə törədilmişdir. Sovet imperiyası tərəfindəngünahsız insanlara qarşı vəhşi terror aktı törədilməsinə baxmayaraq Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmamışdır.
Bakı və Sumqayıt şəhərləri ilə yanaşı, Azərbaycanın bir neçə rayonunda keçmiş Sovet İttifaqının qoşun hissələri tərəfindən insanlıq əleyhinə törədilən bu cinayət nəticəsində 150 nəfər dinc mülki şəxs, o cümlədən uşaqlar, qadınlar və ahıl şəxslər amansızcasına öldürülmüş, 744 insan yaralanmış, 841 nəfər qanunsuz olaraq həbs edilmiş, onlardan 112 nəfər SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilmişdir.
Qan yaddaşımız olan 20 Yanvar hadisələri yaxın keçmişimizdə yaşamış olduğumuz ən faciəvi günlərdən biri olsa da, xalqımızın yaddaşına şərəfli qəhrəmanlıq tarixi kimi həkk olundu.
Faciədən dərhal sonra – 1990-cı il yanvarın 21-də ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib: “...Azərbaycanda baş vermiş hadisələri mən hüquqa, demokratiyaya zidd, humanizmə və hüquqi dövlət quruculuğu prinsiplərinə zidd hesab edirəm...Dağlıq Qarabağ hadisələrinin ilkin mərhələsində ölkənin ali partiya siyasi rəhbərliyi tərəfindən vaxtında zəruri tədbirlər görülsə idi, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə çoxlu insan qırğını ilə nəticələnən hərbi müdaxilə üçün zəmin də yaranmazdı. Qırğın törədənlərin hamısı layiqincə cəzalandırılmalıdır!”. Elə həmin il noyabrın 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında ümummilli lider Heydər Əliyev Yanvar faciəsini Azərbaycan xalqının suveren hüquqlarına qəsd kimi qiymətləndirib: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin, şəxsən Qorbaçovun böyük günahının nəticəsidir, onun diktatorluq meyillərindən əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan rəhbərlərinin xalqa xəyanəti və cinayətinin nəticəsidir. Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.
Xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı. 20 Yanvar Ümumxalq Hüzn Günü elan edildi.
1994-cü il martın 29-da ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. Milli Məclisin həmin qərarında deyilir: “Azərbaycanda vüsət tapmış milli azadlıq hərəkatını boğmaq, demokratik və suveren bir dövlət yaratmaq amalı ilə ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və belə bir yola qədəm qoyan hər hansı xalqa sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədilə 1990-cı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsi, nəticədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarcasına qətlə yetirilməsiAzərbaycan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təcavüz və cinayət kimi qiymətləndirilsin”.
20 Yanvar hadisələri zamanı dinc əhaliyə qanlı divan tutulması, yüzlərlə insanın öldürülərək yaşamaq haqqının əlindən alınması və ya yaralanması, qurbanlar arasında qadınlar, ahıllar və uşaqların olması,digər şəxslərin informasiya blokadası şəraitində saxlanılmaqla baş verən hadisələr haqqında düzgün məlumat almaq imkanlarından məhrum edilməsi faktları beynəlxalq hüququn ən mühüm prinsiplərindən birinin – insan hüquq və azadlıqlarına hörmət edilməsi prinsipinin kobud və kütləvi pozuntusu idi.
Baş vermiş faciə nəticəsində BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin müddəaları kobud şəkildə pozulmuşdur.
20 Yanvar hadisələri zamanı törədilən əməllər insan hüquqlarını kobud və kütləvi şəkildə pozan, beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarına açıq-aşkar hörmətsizliklə yanaşılan və Azərbaycanın suverenliyi, müstəqilliyi əleyhinə yönəlmiş silahlı təcavüz aktı olmaqla yanaşı, eyni zamanda, insanlıq əleyhinə cinayətdir.
20 Yanvar faciəsi tariximizin hüznlü səhifələrindən biri olmaqla yanaşı, həm də xalqımızın vətən, millət sevgisinin, milli ideallar üçün birləşməsinin əvəzsiz nümunəsidir. Bu hüznlü günü bizə həm də qürurla xatırladan bir sıra məqamlar var ki, bunlardan biri də Xəzər dəniz gəmiçilərinin göstərdiyi qəhrəmanlıq nümunəsidir. Hadisədən dərhal sonra gəmiləri Bakı buxtasına istiqamətləndirən dənizçilər hərbi gəmilərin Bakıya yaxınlaşmasının qarşısını almaqla şəhəri yeni qırğından xilas etdilər. Bütün təzyiq və hədələrə baxmayaraq, mövqelərini tərk etmədən dünyaya Bakıdakı faciəni çatdırmağa çalışdılar. Hər 30 dəqiqədən bir “Diqqət! Mən Bakıyam, məni yandırırlar!”, “Diqqət! Bakı yanır!” məzmunlu “SOS” siqnalı göndərən gəmiçilərimizin səyləri nəticəsiz qalmadı. Məhz onların nümayiş etdirdiyi bu birlik və fədakarlığın nəticəsində dünyanın bir çox ölkələri hadisədən qısa müddət ərzində xəbər tutdular.
20 Yanvar və Azərbaycan tarixində ondan əvvəlki faciəli hadisələr XX əsr boyu xalqımıza qarşı yeridilən düşünülmüş siyasətin növbəti təzahürü idi. Azərbaycan xalqına qarşı soyqırımı, sovet hakimiyyəti illərində Azərbaycan ərazilərinin tədricən ilhaq olunması, nəticədə ölkənin ərazisinin 125 min kvadratkilometrdən 87 min kvadratkilometrədək azalması, sovet rəhbərliyinin havadarlığı ilə başlayan Dağlıq Qarabağ hadisələri, azərbaycanlıların Ermənistan ərazisindəki əzəli torpaqlarından qovulması bu siyasətin mərhələləridir.
1990-cı ilin yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan Vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Vətən yolunda şəhidlik əsl qeyrət, hünər, şərəf və ləyaqət zirvəsidir. Ulu Öndər Heydər Əliyev 1990-cı ilin 20 Yanvar gecəsi məhz belə bir zirvəni fəth edib əbədiyaşarlıq hüququ qazanan Vətən oğullarının fədakarlığını yüksək qiymətləndirərək demişdir: “20 Yanvar şəhidlərinin qəhrəmanlığı Azərbaycan xalqı üçün, Azərbaycan gəncləri üçün örnəkdir. Azərbaycanın bugünkü nəsli də, gələcək nəsilləri də bu şəhidlərin qəhrəmalığından nümunə götürəcəklər. Azərbaycan xalqının milli azadlığını qorumaq üçün, müstəqilliyini qorumaq üçün daim mübarizə aparacaqlar. Daim qəhrəmanlıq nümunələri, vətənpərvərlik nümunələri göstərəcəklər. Ona görə də bu şəhidlərin həlak olması bizim üçün nə qədər qəm-qüssə doğurursa, nə qədər ağır itkidirsə, o qədər də xalqımız üçün qəhrəmanlıq nümunəsi kimi, örnək kimi bizim milli sərvətimizdir, milli iftixarımızdır
İllər keçir, nəsillər dəyişir, qanımıza, canımıza hopmuş vətənpərvərlik, azərbaycançılıq ideologiyası isə dəyişməz olaraq qalır. Bugün Azərbaycan oğulları tarixi qəhrəmanlarımızın, şəhidlərimizin bizə miras qoyduğu əqidəyə sahib çıxırlar.
90-cı illərdən arxada qoyduğumuz 2020-ci ilə qədər hər bir azərbaycanlının Qarabağ adlı qanayan yarası var idi. 30 il ərzində xalqımız işğalla barışmır, doğma Qarabağa qovuşmağı səbrsizliklə gözləyirdi.
Qanlı 20 Yanvar hadisələrinin 31-ci ildönümü ərəfəsində Müzəffər Ali Baş komandan cənab İlham Əliyevin məqsədyönlü siyasəti və qətiyyəti, xalqımızın vəhdəti və Silahlı Qüvvələrimizin rəşadəti nəticəsində 30 ilə yaxın əsirlikdə qalan doğma torpaqlarımız azad olundu. 44 günlük Vətən müharibəsi dövründə cəbhənin bütün istiqamətlərində düşməni darmadağın edən qəhrəman əsgər və zabitlərimizin qanı bahasına ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Sadalananlar xalqımızın qəhrəmanlıq ənənələrinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canımızdan belə keçməyə hazır olduğumuzu bir daha sübut etdi.
27 sentyabr 2020-ci ildə Ermənistan tərəfinin hücum cəhdi məsələnin sülh yolu ilə həllini səbrlə gözləyən Azərbaycan üçün səbr kasasını daşıran son damla oldu. Əks-hücum əmri ilə şanlı ordusumuz doğma torpaqlara doğru irəliləməyə başladı. Misilsiz qəhrəmanlıqlar göstərən, qanının son damlasına qədər vuruşan igidlərimiz 44 gün içərisində illərdir davam edən işğala son qoydular.Müzəffər ordumuzun ardıcıl olaraq Cəbrayıl (4 Oktyabr), Füzuli (17 Oktyabr), Zəngilan (20 Oktyabr), Qubadlı (25 Oktyabr), Şuşa (8 Noyabr) kimi əzəli Azərbaycan torpaqlarını işğalçılardan təmizləməsi ilə Ermənistan 10 Noyabrda təslim olmağa məcbur oldu. Bu Azərbaycan tərəfinin işğalçı üzərindəki tarixi qələbəsi idi. Bizi bu haqq savaşında qələbəyə aparan Ali Baş Komandanımız cənab İlham Əliyev , bir yumruq kimi birləşməyimiz və öz igidlikləri ilə dastana dönən oğullarımız oldu.
Tarixin səhifələrinə qızıl hərflərlə yazılan Qarabağ zəfəri bugün hər birimizin qürur mənbəyidir. Həm bu zəfəri bizə bəxş edən qəhrəmanlar, həm də 20 Yanvar şəhidləri odlar yurdunun övladlarının qorxmazlığının, mərdliyinin, heç bir işğalla barışmayıb, daim müstəqil yaşamaq istəməsinin tarixi və bariz nümunəsidir. Nəsildən-nəslə ötürüləcək bu nümunələr Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü əbədi edəcək, onu bəşər tarixinə silinməz mürəkkəblə yazacaqdır. 8 noyabr xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazıldı. Hər zaman “Qarabağ Azərbaycandır və nida işarəsi” –söyləyən Prezident İlham Əliyev bütün dünyaya sübut etdi ki, Azərbaycan bir qarış torpağını belə heç kəsə güzəştə gedən deyil.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 037
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 727
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter