• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

“İti də özümlə poliklinikaya gətirməliydim?” – Poliklinikadakı təbibdən TƏBİB-ə ŞİKAYƏT

“İti də özümlə poliklinikaya gətirməliydim?” – Poliklinikadakı təbibdən TƏBİB-ə ŞİKAYƏT


Mütəxəssislər it dişləmələri zamanı vətəndaşların mütləq şəkildə ixtisaslaşmış tibb müəssisəsinə müraciət etməsini və quduzluq əleyhinə peyvəndlər vurdurmasını tövsiyə edirlər.

KONKRET.az-a şikayət məktubu göndərmiş vətəndaşın başına gələnlər isə bu sahədə kifayət qədər boşluqların olduğundan xəbər verir.

Hadisə 30 mart tarixində Ucar rayonunda baş verib. Küçə iti onu dişlədikdən sonra icbari tibbi sığortası olan vətəndaşımız Ucar rayonu TƏBİB-in təcili tibbi yardım stansiyasına müraciət edib.

“Məni qeydiyyata alıb, iynə vurdular. Növbəti profilaktik doza olan iki iynəni 3 gün sonra vurdurmalı olduğumu dedilər və mənə cədvəl verdilər”, – deyə şikayətçi vurğulayıb.

Bakıya qayıdacağını deyən pasiyent paytaxtdakı tibb işçilərinin növbəti iynə vurulan zaman istəyə biləcəyi arayışın yazılmasını xahiş edib. Ucardakı tibbi personal arayış zəmanəsinin geridə qaldığını söyləyərək, xəstənin adının məlumat bazasına düşdüyünü və TƏBİB-in istənilən müəssisəsində iynənin vurulacağına onu arxayın edib.

Mərəkə bundan sonra qopub. TƏBİB sisteminin “mükəmməlliyi”ndən vəcdə gələn və özünü az qala Avropadakı kimi hiss edən şikayətçi 3 aprel tarixində Bakının Xəzər rayonundakı 14 saylı birləşmiş şəhər xəstəxanasının poliklinikasına müraciət edib. Amma Ucardan fərqli olaraq paytaxt Bakıda ondan “kartoçka” və arayış tələb ediblər.

Pasiyent “hamısı bazada qeyd olunub” sözünə “nə baza? Biz bilməliyik sizi hansı it tutub, ağ-qara, quduz, quyruqlu, qulaqlı və sair” cavabını eşidib.

Müasir texnologiyalar dövründə Bakıda eşitdiyi cavabdan şoka düşən pasiyent bu gülünc durumla bağlı TƏBİB-in qaynar xəttinə 2 dəfə zəng vuraraq ətraflı məlumat verib. Amma bunun da köməyi olmayıb. Bir saat poliklinikada gözlədikdən sonra işə gecikdiyindən zəruri hesab edilən ikinci iynəni vurdurmadan çıxıb getməli olub.

“Bir vətəndaş kimi xəcalət çəkirəm ki, TƏBİB-ə müraciət edib, bu cür halla qarşılaşdım. Axı söhbət insan həyatından gedir. Məndən soruşulanların cavabları məlumat bazasında olmalı idi. Pasiyent hər iynə vurduranda eyni suallarla qarşılaşmalı deyil. Belə çıxır ki, adam özü ilə iti də poliklinikaya gətirib deməlidir ki, baiskar budur. Çox gülməli, ağlamalı və acınacaqlı vəziyyətdir”, – şikayətçi əlavə edib.

Şikayətçi bildirib ki, müvafiq orqanlar TƏBİB-in hansı mərkəzləşmiş bazadan istifadə etdiyini, vətəndaşlara bu istiqamətdə niyə narahatlıq yaradıldığını, müasir dövrün tələblərinə uyğun kompüter texnologiyalarından niyə istifadə etmədiyini araşdırmalıdır: “Kütləvi informasiya vasitələrinin əksəriyyəti TƏBİB-in yeni müasir texnologiyalara malik olduğundan, bu sahəyə investisiyalar qoyulduğundan yazır. Hanı o sistem? Çox təəssüf edirəm”.

Qeyd edək ki, mütəxəssislər it dişləməsi zamanı vətəndaşları son dərəcə diqqətli olmağa çağırırlar. Çünki cədvəl üzrə profilaktik iynələr vurulmasa, 40 gün sonra xəstəlik pik həddə çatır və bundan sonra xəstəni xilas etmək mümkün olmur.

Xatirə SADİQ,
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 024
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 713
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter