BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Bakıda keçirilməsi, dünyanın 200-ə yaxın ölkəsindən rəsmi şəxslərin bu tədbirdə iştirak etməsi mühüm hadisədir. Tədbir çərçivəsində keçirilən görüşlər, qəbul olunan qərarlar və əldə olunan razılaşmalar dünyanın ekoloji problemlərinin həllinə yönəlib ki, bu razılaşmada rəsmi Bakının rolu böyükdür. SABAHİNFO.AZ saytı olaraq bu mötəbər tədbirin əhəmiyyəti, ölkəmiz üçün verdiyi imkanlar və digər məsələlərlə bağlı AMEA Sosial Xidmətlər şöbəsinin müdiri, professor Elton Məmmədovla söhbətləşdik.-Hörmətli Elton müəllim COP29-un Bakıda keçirilməsi, bu tədbirin əhəmiyyəti ilə bağlı nə deyə bilərsiniz?-Bildiyiniz kimi, Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına tərəf olmaqla qlobal iqlim dəyişmələrinə qarşı mübarizəyə qoşulub. Ölkəmiz 1990-cı illə müqayisədə 2030-cu ilə qədər istixana qazlarının miqdarını 35 faiz azaldılmasını hədəfləyir. 2030-cu ildən sonra isə daha iddialı hədəf müəyyən edilib ki, bu da 2050-ci ilə qədər istixana qazlarının miqdarını 40 faiz azaldılmasından ibarətdir. Azərbaycanın dünyanın ən böyük və mühüm dövlətlərarası tədbirlərindən biri olan COP29-a ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir. Bu, Qoşulmama Hərəkatına sədrliyimiz və Təhlükəsizlik Şurasına üzvlüyümüzdən sonra xarici siyasətimizin təntənəli qələbəsidir. Eyni zamanda, son zamanlar Azərbaycana qarşı çirkin kampaniya aparan bəzi dairələrə tutarlı cavabdır.
Cənab Prezident Liderlər Sammitinin aşılış mərasimində çıxış etdi. Dövlətimizin başçısı çıxışında bir sıra mühüm məqamlara toxundu. Bildirdi ki, ötən ilin dekabrında təxminən 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək şərəfi verildi. Biz bu qərarı ölkəmizə olan hörmətin əlaməti, beynəlxalq arenada oynadığımız fəal rolun dəyərləndirilməsi kimi görürük.
Azərbaycan Şimal ilə Cənub, Qərb ilə Şərqin qovuşduğu ölkə olduğunu bildirən Prezident qeyd etdi ki, Azərbaycan müxtəlif beynəlxalq iştirakçılar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərini sala bilərik. Azərbaycanın başladığı meqalayihələr artıq Avrasiyanın enerji və daşımalar yollarını dəyişib və məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulması ilə nəticələnib.
Azərbaycanın Yaşıl gündəliyi haqqında məlumat vərən dövlət başçısı bərpaolunan enerjidə texniki potensialımız barəsində də önəmli məlumatları diqqətə çatdırdı. Həmçinin qeyd olundu ki, COP29 çərçivəsində Birləşmiş Krallığın bp şirkəti ilə 240 meqavatlıq Günəş enerjisi stansiyasının dörd il əvvəl erməni işğalından azad edilmiş Cəbrayıl rayonunda tikilməsi ilə bağlı saziş imzalanacaq. Bu layihə sayəsində dünyanın ən iri neft və qaz terminallarından biri olan Səngəçal terminalında dekarbonlaşma təmin ediləcək.
Bu gün əsas diqqətin istehsalla yanaşı İxrac bazarlarına yönəldiyini bildirən Prezident İlham Əliyev Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün mühüm işlərin görüldüyünü qeyd etdi. Təbii ki, belə bir addımın atılması bizə Avropaya yaşıl enerjini ixrac etmək imkanı verəcək və bu onu da vurğulamaq lazımdır ki, bu kabelin texniki potensialı dörd giqavatdır. Azərbaycanın Yaşıl gündəliyi müxtəlif bölgələrini əhatə edir. Azərbaycanın Naxçıvan, Qarabağ və Şərqi Zəngəzur regionları yaşıl enerji zonaları elan edilib və bu, ərazimizin, demək olar ki, dörddəbir hissəsidir.
Mən bir məsələni xüsusi vurğulamaq istəyirəm. Dövlət başçısı İlham Əliyev Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach”/“BRICS+” formatında çıxışı zamanı Azərbaycanın loqistik imkanlarından danışdı. Qeyd etdi ki, Öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq. Bütün bunlar və COP29 zamanı əldə olunan uğurlar nəinki Azərbaycanın, eyni zamanda regionun inkişafına töhfə verəcək.
-Elton müəllim COP29 çərçivəsində qərb mediasının Azərbaycana qarşı qərəzinin də şahidi olduq. Bu yöndə sizin fikirləriniz maraqlıdır.-Dövlət başçısı İlham Əliyev öz çıxışında bu məsələyə toxundu. Qeyd etdi ki,Qərbin yalan xəbər mediası, dırnaqarası müstəqil QHT-ləri və bəzi siyasətçiləri sanki ölkəmiz haqqında dezinformasiya və səhv məlumatın yayılmasında yarışa çıxıblar. Neftimizin olmasında bizi ittiham etmək bir növ Bakıda il ərzində 250-dən artıq günəşli günün olmasında bizi suçlamağa bənzəyir. Ölkələrə qiymət başqa meyarlara görə verilməlidir. Məsələn, Azərbaycanda işsizliyin səviyyəsi 5,4 faiz, yoxsulluğun səviyyəsi 5,2 faizdir. Yaşıl gündəliyimizə gəldikdə, mən planlarımızı artıq təsvir etdim. Ölkələr öz xarici borcunu necə idarə edirlər? Azərbaycanın xarici borcu ÜDM-in cəmi 7,5 faizini təşkil edir. Beləliklə, ölkə göstəricilərinin qiymətləndirilməsində əsas götürülməli bu və bir çox digər mühüm meyar bunlardır, Tanrının bəxş etdiyi təbii sərvətlər meyar kimi götürülməli deyil. Əfsuslar olsun ki, ikili standartlar, digər ölkələrə dərslər vermək adəti və siyasi riyakarlıq bəzi qərb ölkələrindəki bir sıra siyasətçilər, dövlət nəzarətində olan QHT-lər, yalan xəbər mediası üçün fəaliyyət metoduna çevrilib.
-Hətta bu tədbiri baykot etməyə təşviq edənlər də oldu. Ancaq onlar öz arzularına çata bilmədilər...-Bəli. Azərbaycanın uğurlarını görməyən, onu həzm edə bilməyən qüvvələr əllərində olan bütün vasitələrdən istifadə edərək istəyirdilər ki, bu tədbir Bakıda keçirilməsin. Ancaq onların arzuları gözlərində qaldış 70 mindən artıq iştirakçı, onların sırasında 80 prezident, vitse-prezident və Baş nazirlərdə var idi. Dünya 14 günlük Bakıya toplaşdı. Bu Cənab Prezident İlham Əliyevin növbəti təntənəli qələbəsidir.
-Fransanın Azərbaycana qarşı həyata keçirdiyi siyasət və bu tədbirdə iştirak etməməsi bu ölkənin Azərabaycana qarşı qərəzindən xəbər verir. Sizcə Fransa bu addımlarla nəyə nail olmaq istəyir?-Prezident İlham Əliyev inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammitində çıxışı zamanı Fransanın kolonial siyasətinin bu ölkələrə vurduğu böyük zərərdən danışdı. Bildirdi ki, əsrlər boyu Paris onların təbii sərvətlərini talan etdiyi kimi, əhalisinə də zülm edib və zülm etməyə davam edir. Buna misal olaraq, Fransanın Əlcəzair əhalisini necə məhv etdiyini və sərvətlərini talan etdiyini göstərmək olar. Ancaq Yeni Kaledoniyada qanuni etirazların 100-dən çox iştirakçısını öldürən Prezident Makron rejiminin cinayətlərini və mindən çox adamın həbs olunduğunu yada salmasaq, Parisin cinayətləri bununla məhdudlaşmır. Qvadelupa və Martinikada da kütləvi həbslər baş verib. Bütün bunlardan sonra Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də Avropa Şurası tərəfindən ittiham olunmayıb. Bu, siyasi riyakarlığın göstəricisidir. Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası siyasi korrupsiyanın rəmzidir. Göründüyü kimi, Fransa, Niderland kimi ölkələrin hökumətləri Azərbaycana qarşı çirkin kampaniyaları bəzi QHT və media resurslarının vasitəsilə həyata keçirir. Bu ölkələrin rəsmiləri Azərbaycan Prezidenti ilə görüşlərində çirkin kampaniyada istifadə etdikləri tezisləri dilə gətirmirlər, barəmizdə xoş sözlər deyirlər, amma pərdəarxasında iyrənc siyasətlərini davam etdirirlər
-“Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans zamanı Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva çıxışı etdi gənclərin iqlim dəyişmələrində rolunun artırılması məsələsinə toxundu. Sizcə Azərbaycan gəncliyi bu yöndə nə kimi işlər görür?- Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva çıxışında bir sıra məqamlara toxundu. Əhatəli və konseptual çıxışı zamanı Mehriban xanım Əliyeva qeyd etdi ki, Azərbaycan ətraf mühit məsələlərindən xeyli uzaq olan mülahizələr hesabına ədalətsiz hücum dalğası, yalan hekayətlər və ikili standartlar ilə üzləşib.
Həmçinin onu da bildirdi ki, Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır. Məqsədimiz bu məsələnin həllinə verdiyimiz töhfəni ortaq gələcəyə verəcəyimiz töhfəyə çevirməkdən ibarətdir. Bununla belə, bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik. Məlumdur ki, həmin media əvvəlcədən cızılmış ssenariyə uyğun getməyən və ya qoyulmuş qaydalarla oynamayan, müstəqil siyasət yürüdən və öz milli maraqlarını qoruyan ölkələri gözdən salmaq üçün alətə çevrilib. Müəyyən ölkələrin təsiri altında olan bəzi iri media platformaları əmr ilə Azərbaycan haqqında mənfi hekayətləri yaymağa başlayırlar. Əslində, bəs bunun arxasında dayanan nədir? Bu cür çirkin kampaniyanın sponsorları hansı məqsədləri güdürlər? Əslində, biz cavabı bilirik.
Vətəndaşlarımızın öz ölkəsini beynəlxalq səhnədə ədalətli və düzgün şəkildə təmsil etmək hüquqları var. Onların Azərbaycanın müstəqil mövqeyini təhdid kimi görən dairələrin təzyiqinin və manipulyasiyanın qurbanına çevrilməmək hüququ var. Nailiyyətlərimiz və işimiz bəzi dövlətlərin geosiyasi maraqları uğrunda səhv təsvirə deyil, hörmətə layiqdir.
Riyakarlıq, həmçinin müxtəlif ölkələr tərəfindən öz iqlim öhdəliklərinə necə yanaşmasında özünü büruzə verir. Əsrlər boyu çirklənmənin əsas mənbəyi və sərvətlərin məsuliyyətsiz istehlakçısı olmuş inkişaf etmiş ölkələr hazırda sərt hakim rolunda çıxış edir. Onlar hamı üçün sərt məhdudiyyətləri təşviq edir və eyni zamanda, öz siyasətində iddialı məqsədlərini güdür, öz maraqları uğrunda işini davam etdirir. Onlar digər ölkələrdən transformasiyanı tələb edir, lakin bununla belə, maliyyə və ya texnoloji baxımdan yardım etməyə tələsmirlər. Azərbaycan manipulyasiya və təzyiq deyil, səmərəli fəaliyyət, real həll variantları və ədalətli əməkdaşlığı arzulayan ölkədir.
-Son olaraq təmsil etdiyiniz AMEA-da iqlim dəyişikliyinin qorunması istiqamətində nə kimi addımlar atılır?-AMEA-nın bu yöndə planlı fəaliyyəti mövcuddur. COP29 beynəlxalq tədbirləri cəmiyyətin bütün sahələrində, o cümlədən elmdə də yeni təfəkkür və yeni sivilizasiya yaradır. Biz də faəliyyətimizi bu istiqamətdə qururuq.
Ədil Ədilzadə