• 09:40 – İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 

Saxta məlumat yayaraq xaosa səbəb olanları hansı cəza gözləyir? – Qanun

Saxta məlumat yayaraq xaosa səbəb olanları hansı cəza gözləyir? – Qanun



Xəbər verdiyimiz kimi “Niquş” ləqəbli bir şəxs sosial şəbəkələrdə səs yazısı yayaraq koronavirusun Azərbaycanda da yayıldığının bildirib. Ancaq rəsmi qurumlar bunu təkzib edərək yayılan məlumatın yanlış olduğunu açıqlayıblar.

Bəs bu cür saxta məlumatlarla cəmiyyətdə xaosa səbəb olanlar məsuliyyətə cəlb oluna bilərmi? Bu barədə qanun nə deyir?

Hüquqşünas Şəmsəddin Əliyev məsələ ilə əlaqədar “Yeni Sabah”a açıqlamasında belə şəxslərin məsuliyyətə cəlb oluna biləcəyini bildirib:

“Ümumiyyətlə, sosial şəbəkələrdə insanları narahat edən, vahiməyə səbəb olan yalan məlumatlar dərc olunanda bu məsələlər araşdırılıb hüquqi baxımdan qiymət verilir. Əgər sübut olunsa ki, bu məlumatların əsası yoxdur, mənbəyi bəlli deyil və cəmiyyətdə xaos yaratmaq məqsədi daşıyır, o zaman həmin şəxslər saxlanıla bilər. KİV haqqında qanun var, həm də jurnalistlərin özünün və çalışdığı orqanın reputasiyasını qorumaq niyyəti olduğu üçün mətbuat nümayəndələri saxta məlumat yaymaqdan çəkinir. Ancaq sosial şəbəkə çox genişdir və buraya nəzarət etmək daha çətindir. Ona görə də Azərbaycan vətəndaşı belə məsələlərə daha məsuliyyətlə yanaşmalıdır”.

Hüquqşünas saxta məlumat yayaraq çaşqınlıq yaradan şəxsləri hansı cəzanın gözlədiyi barədə isə bunları deyib:

“Bunu demək çətindir. Araşdırma aparıldıqdan sonra artıq o, Cinayət Məcəlləsi və yaxud da İnzibati Məcəllənin müvafiq maddələri ilə cəzalandırla bilər. Əgər burada həqiqətən cinayət məsuliyyətli faktlar tapılarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən hüquq mühafizə orqanları dərc olunmuş məlumatlarla bağlı araşdırma apara bilərlər”.

Xatırladaq ki, yerli mətbuat koronavirusla bağlı saxta məlumat yayan şəxsin saxlanıldığını və ifadəsi alındıqdan sonra sərbəst buraxıldığını yazıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bazar gününün havası açıqlandı

  • 23-11-2024, 15:30
  • 48
  • 0

Azərbaycanda zəlzələ olub

  • 23-11-2024, 13:10
  • 48
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 088
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 786
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter