• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Xalası oğlu Ağası Hüseynovu belə ALDATDI - Misli görünməmiş DƏLƏDUZLUQ

Xalası oğlu Ağası Hüseynovu belə ALDATDI - Misli görünməmiş DƏLƏDUZLUQ


Hüseynov Ağası Hüseynağa oğlu BIA.az-a müraciət edərək xalası oğlu və uşaqlıq dostu İbrahimov Fuad Maarif oğlu tərəfindən dələduzluga məruz qalaraq dogma ölkəsinə qayıda bilməmək məcburiyyətində qaldıgını bildirir. O, redaksiyamızdan şikayətini ictimailəşdirməyi və aidiyatı qurumların nəzərinə catdırmagı xahiş edir.

Yasamal Məhkəməsinin SON QƏRARI

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 oktyabr 2019-cu il tarixli, 2(004)-3554/2019 nömrəli qətnaməsi ilə ilk iddia ərizəsi təmin edilmiş, cavabdehlər Hüseynov Ağası Hüseynağa oğlu, Hüseynova Nurlanə Əfsələddin qızı, Hüseynov Hüseynağa Əbdülhüseyn oğlu və Məmmədova Sədaqət Arif qızı, övladları Hüseynov Elnur Ağası oğlu və Hüseynov Hüseyn Ağası oğlu əşyaları ilə birlikdə iddiaçı İbrahimov Fuad Maarif oğluna məxsus olan Bakı şəhəri, Yasamal Rayonu, Akademik Şəfayət Mehdiyev küçəsi, 1054-cü məhəllə, 60 saylı mənzildən çıxarılması və həmin mənzil boşaldılaraq iddiaçı İbrahimov Fuad Maarif oğluna təhvil verilməsi qət edilmiş, Hüseynov Ağası Hüseynağa oğlunun cavabdeh İbrahimov Fuad Maarif oğluna qarşı “müqavilənin etibarsız sayılması və çıxarışın ləğv edilməsi tələbinə dair” qarşılıqlı iddia ərizəsi təmin edilməmişdir.

Bildiyiniz kimi, Bakı şəhəri Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Ruslan Əsgərovun “Borcluya məxsus əmlakın borc əvəzi tələbkara verilməsi haqqında” 26.02.2019-cu il tarixli Qərarı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4960/2017 nömrəli, 17.10.2018-ci il tarixli icra sənədinin icrası ilə bağlı borclu Hüseynov Ağası Hüseynağa oğluna məxsus Bakı şəhəri, Ə.Ələkbərov küçəsi 1054 (indiki Ş.Mehdiyev 1054) ünvanında yerləşən 18 mərtəbəli yeni tikili binanın J (2-ci blok) 60 saylı mənzili tələbkar İbrahimov Fuad Maarif oğlunun adına rəsmiləşdirilməsi “Tamam” firmasına həvalə edilmiş, halbuki həmin yaşayış sahəsi borclu və onun ailə üzvlərinin yeganə yaşayiş yeridir.

Xalası oğlu Ağası Hüseynovu belə ALDATDI - Misli görünməmiş DƏLƏDUZLUQ


Lakin, hər şey görsəndiyi kimi deyil. Məhz bu səbəbədən də, bu işin qısaca tarixcəsini, yəni faktiki halları nəzərinizə çatdırmaq istəyirəm.

Belə ki, yeni mənzil almaq niyyətində olduğumdan Xalam oğlu və uşaqlıq dostum Fuad İbrahimov mənə bildirdi ki, qohumu Günel Nəbiyeva pulunu ödəyə bilmədiyi üçün evini satır və həmin evi almağımızı təklif etdi. Biz həmin mənzili bəyəndik və mənzilə görə tələb olunan 144 min dollar məbləğini tam ödəyərək "xala oğlu" dan xahiş etdik ki, həmin mənzilin bizim adımıza rəsmiləşdirməsini öz üzərinə götürsün. Bundan sonra, yoldaşım Nurlana təhsil almaq üçün ABŞ-a getməli oldu və təbii ki, mən də onunla getdim. Məhz bizim uzunmüddətli başqa ölkəyə getməyimiz “xala oğlu”nun çirkin əməlləri üçün siqnal oldu.

F.İbrahimov qumar oyunlarına meylli idi. 2012-2014-cü illərdə C.Cabbarlı küçəsində özünə məxsus Forex ofisi var idi. Həmin birjada səhmlərdə böyük itkilərə məruz qaldıqdan sonra həmin itkiləri nəyin bahasına olursa olsun, hətta bu cür dələduzluq yolu ilə də olsa bərpa etmək qərarına gəlmişdir. Beləliklə də, Fuad İbrahimov, mənzilin köhnə sahibindən TAMAM şirkətinə mənzilin dəyərinin müəyyən hissəsini daxil etməsi ilə bağlı bir neçə qəbz götürmüş və gələcəkdə iddialarının əsasını da həmin qəbzlər təşkil etmişdir. Təəssüflər olsun ki, nə mən nə də ki, yaşlı atam həmin məhkəmələrdə iştirak edə bilməmişik. Azərbaycanda formalaşan təcrübəyə əsasən, vətandaşlar yeni tikilən binalar dövlət reyestrindən çıxarış almadan yaşayırlar. Nə mənim, nə də ki, evin digər sakinlərinin mənzilə dair çıxarışımız yox idi. TAMAM firmasının jurnalında olan qeyd bütün sakinlərin ayrı-ayrılıqda həmin binadan mənzil almasını və müvafiq məbləğlərdə pulun ödənilməsini təsdiq edir. Lakin "xala oğlu" mənzil üçün bütün məbləğin onun tərəfindən ödənildiyini iddia edərək, mənim tərəfimdən ümumi 144.000 dollar borcundan yalnız 59.000 dolları qaytarıldığını vurğulayaraq, bu səbəbdən də məndən guya yerdə qalan 85 min dolları tələb edirdi. Bir neçə məhkəmə qələbəsindən sonra isə Fuad həvəslənərək iddiasının həcmini 300 min dollara qədər artırdı. Bununla bağlı bəzi məqamları açıqlamağı zəruri hesab edirəm. Belə ki,mənim həqiqətən də, xala oğluma guya ki ortaq biznesə görə 36.500 dollar borcum yaranmışdır (Fuad mənə yüksək faizlə pul vermişdi). Borcun əvəzi olaraq atam, Fuada 60.000 dollar dəyərində olan Mercedes 250S verdi və bunun müqabilində Fuadın mənə qarşı heç bir iddia və tələbinin olmadığı barədə notarial ərizəni tələb etdi. Lakin, Fuad maşını götürsə də öz çirkli planından imtina etmədi. Belə ki, o, avtomobilin öz qayınatası Vaqif Quliyevin adına rəsmiləşdirilməsini xahiş etdi, mən də aldanaraq buna icazə verdim. Ağlıma da gəlməzdi ki, Fuad və qaynatası məni bu cür aldadıb tələyə sala bilərlər. Belə ki, Fuadın qaynatası Vaqif məhkəmədə bilə-bilə yalan ifadə verərək, guya ki, mən avtomobili onun özünə olan borcumun əvəzi olaraq verdiyimi bildirdi. Məhkəmələr məlum səbəblərdən Fuadın yalançı şahidlərinin - qayını Rəşad Quliyevin və qayınatası Vaqif Quliyevin ifadələrini mötəbər sübüt kimi qəbul etdilər. Mənim isə bütün vəsatətlərimə ötəri baxılırdı.

Xalası oğlu Ağası Hüseynovu belə ALDATDI - Misli görünməmiş DƏLƏDUZLUQ


Fuad İbrahimov

Mənim təqdim etdiyim sübutlara diqqət yetirilsə idi, həqiqət üzə çıxacaqdır.

Belə ki, Fuadın Beynəlxalq Bankın Xətai filialı sədrinin müavini olan qardaşı Rəşad İbrahimov özü də mənim hər şeydə haqlı olduğumu etiraf etdiyi və hətta məhkəmələrdə bu işi necə uduzduğumu soruşduğu barədə bir telefon danışığının audio yazısı da var. Rəşad, mənim, yəni haqqın yanındadır, sadəcə ailəsi ilə baş başa gəlmək istəmir. Fuadın özü də 144.000 dollar deyil, yalnız 36.500 dollar borcundan danışdığı başqa bir telefon danışığının audio yazısı da var. Lakin, məhkəmələr bu audioyazılara əhəmiyyət vermədilər.Məhkəmələrdə inamlı qələbə qazandıqdan sonra Fuad Yasamal Rayon İcra və Probasiya Şöbəsini də eyni qaydada işə qoşdu. Belə ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsi qanunsuz olaraq, özü özbaşna mənim əmlakımın tələbkara borc əvəzi verilməsi barədə qərar qəbul etdi. TAMAM firması isə mübahisəli mənzilə olan bizim müqavilə ləğv olunmadan yeni “alqı-satqı” müqaviləsini Fuad İbrahimovla bağladı.

Hazırda həm icra məmurunun qərarından şikayət, həm də mənzildən çıxarılma və alqı-satqı müqaviləsinin etibarsız sayılmasına dair mülki iş mahiyyəti üzrə baxılma mərhələsindədir. Lakin, görünən odur ki, məhkəmələr hələ də qanuni qərarlar qəbul etmək istəmirlər, qanunsuz qərarları isə ümumi islahatların fonunda qəbul etməyə cürət etmirlər. Bu səbəbdən də, tərəfləri barışığa çağırırlar. Hətta Fuad İbrahimov məhkəmə qətnaməsi ilə tutulan məbləğin yarısını güzəşt etməyə də hazırdır.

Nəzərinizə bir daha çatdırım ki, həmin mübahisəli mənzil mənim və ailəmin yeganə yaşayış yeridir. Halbuki, Fuad İbrahimovun təkcə öz adına Mətbuat prospekti 40, Həsənbəy Zərdabi prospekti 89, Z.G. Məmmədov -3s, 124 nömrəli mənzil, akademik Ş.Mehtiyev küçəsindəki 1054 nömrəli evdə 60, 142, 23 və 278 saylə mənzillərə sahibdir. Eyni evdə başqa bir mənzil atası Maarifin adına, Nəsimi rayonu A.Hüseynov küçəsi 7, 352 saylı mənzil isə qayınatası Vaqif Quliyevin adına qeydiyyata alınmışdır. Bundan başqa Sabunçu rayonu, Ramana kəndində də torpağı var. Bu cür imkana sahib olan adamın təbii ki, avtomobil kolleksiyası da var. Qeydiyyat nişanlarının hamısı da 309-la bitir. Mercedes GL 500 (90 GB 309), Audi Q7 (910 VH 309), Ford Mustang Sport (99 CB 309), Nissan (90 MM 309) və BMV X6 (90 VE 309). Bu unikal kolleksiyanı Pontiac (10 HL 292) və Mersedes E250 (99 GG 550), bir az korlayır, son rəqəmləri kolleksionerin həyatındakı bir sıra digər vacib faktlarla əlaqələndirilə bilər.

Xalası oğlu Ağası Hüseynovu belə ALDATDI - Misli görünməmiş DƏLƏDUZLUQ


Bəs, bu qədər mülkə sahib olan Fuad İbrahimov kimdir?

Oliqarx, yüksək vəzifəli məmurun oğlu deyil. Fuadın atası Maarif İbrahimov sovet illərində peşə məktəbində işləyib və son 30 ildə işsiz qalıb. Fuad özü isə özünü sintezator şahzadəsi kimi tanıdaraq toylarda sintezatorda ifa etməklə dolanışığını təmin edirdi. Keçmiş ekologiya naziri Hüseynqulu Bağırovun əlinə keçdikdən sonra Fuadın həyatında hər şey dəyişdi - əvvəl köməkçisi, sonra isə şöbə müdiri oldu. Şıltaqlığı ilə tanınan sabiq nazirin sağ əli bütün meşələri və qara kürüləri idarə edir, hörmətli qonaqları qarşılayır və görür, ən "çətin" işlərini həll edirdi. Ancaq nədənsə nazirini (şayələrə görə 3 milyon dollar məbləğində) atdı, buna görə də işdən qovdu.

Keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun cinayətkar dəstəsinin generalları Fuadı məşhur “sahibkar podvalına” da salmışdılar. Düzdür, tezliklə Fuad onlarla “razılaşaraq” sərbəst buraxıldı. Ancaq bir müddət sonra Fuad yenidən problemlərlə qarşılaşdı. Bütün qonşuların gözü qarşısında Fuad kasıb bir Azərişıq fəhləsinin başına tapançanı dirəyərək, ona cavab qaytardığına görə öldürəcəyi ilə hədələmişdir. Lakin, bununla da “Xala oğlu” polisdə çox qalmadı. Bu qeyri-adi karyerasını Fuad İbrahimov məşhur Təzə Bazar ticarət mərkəzinin direktoru vəzifəsində çalışmaqla başa vurdu.

Mən isə hər yerdə axatarışa verildiyimə görə heç öz ölkəmə də qayıda bilmirəm.Yuxarıda qeyd edilənləri nəzərə alaraq,şikayətimin təmin edilməsini xahiş edirəm.

İmza Hüseynov Ağası Hüseynağa oğlu
04.08.2020-ci il
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ədalət Verdiyev həbs edildi

  • Bu gün, 18:18
  • 4
  • 0

Əli Əsədov qərar imzaladı

  • Bu gün, 12:37
  • 12
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 094
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 792
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter