“İnsan təbiətdən öyrənir, onun havası ilə pərvəriş tapır, ağıla dolur, zənginləşir, təzələnir, təmizlənir”.
Heydər Əliyev
Təmiz Şəhər" ASC-nin sədri Etibar Abbasov - Abşeron regionundakı mövcud ekoloji problemlərin planlı surətdə həll edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən 28 sentyabr 2006-cı il tarixində «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün Kompleks Tədbirlər Planı» təsdiq olunmuşdur. Bakı və Abşeron yarımadasının ekoloji durumunun sağlamlaşdırılmasında bu tədbirlər planının böyük əhəmiyəti vardır.Kompleks Tədbirlər Planında ətraf mühitin mövcud vəziyyətinin bərpasına yönəldilmiş bütün əsas fəaliyyət istiqamətləri öz əksini tapmışdır. Belə ki, Bakı Buxtasının, Bibi Heybət zonasının, H. Əliyev adına Beynəlxalq Hava Limanının ətrafının, Abşeron yarımadasının göllərinin, neftlə çirklənmiş torpaqların, lay suları altında qalmış sahələrin və digər istehsal tullantıları ilə çirklənmiş ərazilərin ekoloji vəziyyətinin yaxşılaşdırılması və digər məsələlər tədbirlər planında əks olunmuşdur. Kompleks Tədbirlər Planı üzrə təsdiq olunmuş vəzifələr üzrə Abşeron yarımadasında məişət tullantılarının yığılması, daşınması, yerləşdirilməsi ilə bağlı məsələlərin həll olunması da bu vəzifələr arasındadır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2008-ci il 6 avqust tarixli “Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi haqqında” sərəncama görə Bakı şəhərinin ərazisində əmələgəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının yığılması, daşınması Bakı Şəhər İcra Hakimiyyətinə səlahiyyətində qalır. Sərəncama əsasən təsis olunan “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyəti isə Bakının ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sistemini müasir standartlara uyğun qurmaq və idarə etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir. 12 mart 2009-cu ildə “Təmiz Şəhər” ASC dövlət qeydiyyatına alınmış və öz fəaliyyətinə başlamışdır. “Təmiz Şəhər” ASC dövlət müəssisəsi olmaqla, öz təsərrüfat fəaliyyətini müstəqil qurmuşdur, onun ümumi idarəetmə və fəaliyyətinə nəzarət səlahiyyətləri təsisçi qismində Əmlak Məsələləri üzrə Dövlət Komitəsi və İqtisadi İnkişaf Nazirliyi, həmçinin İqtisadi İnkişaf Nazirliyinin formalaşdırdığı Müşahidə Şurası tərəfindən həyata keçirilir. Cəmiyyətə tullantıların yerləşdirilməsini və utilizasiyasını müasir standartlara cavab verən şəkildə qurmaq və idarə etmək, bu prosesi mütəşəkkil qaydada həyata keçirmək, həmçinin şəhərin ekoloji vəziyyətini yaxşılaşdırmaq və qeyd olunan sahənin gələcəkdə mərhələlərlə bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etdirmək həvalə olunmuşdur.
Təmiz Şəhər" ASC-nin sədri Etibar Abbasov - Hər zaman ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutan Prezident İlham Əliyev
Pandemiyanın bütün dünya iqtisadiyyatında yaratdığı qlobal problemlərə baxmayaraq ölkədə aparılan uğurlu siyasət dövlətlər üçün təqdirəlayiq nümunəyə çevrilmişdir
Bütün bəşəriyyətin həyati təhlükə ilə sınağa çəkildiyi bir dövrdə karonavirus pandemiyasının dünyada yaratdığı qlobal problemlərə baxmayaraq Azərbaycanda həyata keçirilən effektiv qabaqlayıcı tədbirlərin, ilk gündən bugünkü günə qədər düşünülmüş dövlət siyasətinin, operativ qərarların qəbulu yolu ilə gərginliyin qarşısı önəmli ölçüdə alınmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə qeyd etdiyi kimi, artıq üç həftədir ki, ölkəmizdə müsbət dinamika müşahidə edilir. COVID-19 infeksiyası yayılmağa başladığı ilk günlərdən ölkə səhiyyəsi koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılmış, müasir tibbi laboratoriyalar, xüsusi avadanlıqlar alınmış, qoruyucu və dezinfeksiya vasitələrinin istehsalı təşkil olunmuşdur. Ən qısa müddət ərzində koronavirusla birbaşa mübarizə üçün 10 mindən artıq çarpayı yeri hazırlanmış, digər ölkələrdən böyük təcrübəyə malik olan həkim personalı Azərbaycana gətirilmiş, 9 modul tipli xəstəxana istismara verilmişdir. Bu gün Respublikada 46 xəstəxana bu istiqamətdə fəaliyyət göstərir. Son dövrdə, əsasən, iyunun 21-dən etibarən ölkəmizdə xəstəlik çoxalmağa başlamış, lakin bütün resurslar xəstəliyə yönəlmiş, görülmüş preventiv tədbirlərin və həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Pandemiya şəraitində sosial və iqtisadi məsələlərin həlli istiqamətində də ardıcıl tədbirlər həyata keçirilmiş, bu dövrdə 5 milyona yaxın insan geniş sosial paketlə əhatə edilmiş, 760 min sahibkara lazımi maliyyə dəstəyi göstərilmiş, 600 min işsiz və aztəminatlı təbəqəyə aid olan insan dövlət tərəfindən qayğı ilə əhatə olunmuşdur. Heç təsadüfi deyil ki, ölkə Prezidenti cənab İlham Əliyevin son müşavirədə verdiyi tapşırığa əsasən, xüsusi karantin rejimi tətbiq edilən 13 rayonun həssas sosial təbəqədən olab insanlarına ayqust ayında da birdəfəlik ödəmənin verilməsi qərara alınmışdır. Pan¬demiyanın hökm sürməsinə və dünya bazarında neftin qiymətinin aşağı olmasına baxmayaraq, ölkəmizdə çox böyük sosial layihələr həyata keçirilir və 2020-ci ildə rekord sayda məcburi köçkün ailəsi evlərlə, ordu sıralarında qüsursuz xidmət etmiş 400-dən çox hərbçi dövlət tərəfindən pulsuz mənzillərlə təmin olunacaqdır. Respublikamızda həyata keçirilən sosial siyasətin mühüm istiqamətlərindən birini şəhid ailələrinin, Qarabağ müharibəsi veteranları və əlillərinin müdafiəsi təşkil edir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə iyulun 21-də şəhid ailələrinə, müharibə əlillərinə mənzillərin və avtomobillərin təqdim olunması mərasiminin keçirilməsi də bunun bariz ifadəsidir. Qlobal böhranın iqtisadiyyata mənfi təsirlərinə baxmayaraq bu kateqoriyadan olan vətəndaşlar üçün yeni mənzillər tikilir, onlar avtomobillərlə təmin edilirlər. İndiyədək şəhid ailələrinə və müharibə əlillərinə 8142 mənzil və fərdi ev, müharibə əlillərinə 6900 avtomobil təqdim olunmuşdur. Eyni zamanda, özünəməşğulluq proqramının əhatə dairəsi genişləndirilmiş, ünvanlı sosial yardımdan istifadə edənlərin sayında da artımlar qeydə alınmışdır. Koronavirus pandemiyası bu gün qlobal iqtisadiyyatda kəskin azalmalara gətirib çıxarmış, dünya iqtisadiyyatında, eləcə də aparıcı ölkələrin ümumi daxili məhsulunda azalma müşahidə edilmişdir. Pandemiyanın bütün dünya iqtisadiyyatında yaratdığı qlobal problemlərə baxmayaraq ölkədə aparılan uğurlu siyasət dövlətlər üçün təqdirəlayiq nümunəyə çevrilmişdir. Ölkə başçısı son müşavirədə qeyd etdi ki, bu gün ölkəmizdə bütövlükdə iqtisadiyyatın liberallaşdırılması ilə bağlı ölkənin iqtisadi blokuna məsul dövlət qurumları durum dəyərləndirmələri aparır, planlar qurur, özəlləşdirmə sahəsində də daha geniş islahatların aparılması gözlənilir. Cənab prezidentin tapşırığına əsasən, bu ilin sonuna qədər görüləcək işlər, xüsusilə, sahibkarlıqla bağlı olan işlər, eyni zamanda, dövlət şirkətlərinin idarə edilməsi istiqamətində atılacaq addımlar iqtisadi canlanmanı təmin edəcək, itkiləri azaldacaqdır. Bu gün Azərbaycanın iqtisadi gücü, maliyyə durumu ən mürəkkəb hallarda belə mühüm qərarlar qəbul etməyə və onun səmərəsini təmin etməyə imkan verir. Azərbaycanda pandemiyanın yayılması sahəsində vəziyyətin yaxşılaşma istiqamətində inkişaf etdiyini nəzərə alaraq, Operativ Qərargah yaxın zamanlarda bir sıra yumşalma proseslərinə də hazırlıq işləri görür. Lakin, insanlarımız maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməlidir. Çünki, xəstəlik yoxa çıxmayıb, xəstəliyə qarşı mübarizə aparılır. COVİD-19 bu gün dünyanın bir nömrəli bəlasıdır. Şükür olsun ki, Azərbaycanda koronavirusla bağlı mövcud vəziyyətin nəzarətdən çıxmaması üçün bütün qüvvələr səfərbər edilib. Biz də vətəndaş olaraq qaydalara əməl etməklə dövlət tərəfindən görülən tədbirlərə dəstək olmuş olarıq.