Əhəd Abıyev: Biz, daşkəsənlilər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasətini və diplomatiyasını hamılıqla dəstəkləyirik "
- 05.09.2020, 11:49,
- Cəmiyyət
Baxılıb: 165
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün dünyada gedən siyasi proseslər əlbəttə ki, ayrı-ayrılıqda götürülmüş heç bir ölkənin də ictimai-siyasi həyatına təsirsiz ötüşmür. Qloballaşan dünya şəraitində
xüsusilə də mövcud olduğu geosiyasi regionun aparıcı dövlətləri həmin proseslərin bu və ya digər şəkildə iştirakçısı olmağa məhkumdurlar. Məhz bu baxımdan da Azərbaycan Cənubi Qafqazda önəmli söz sahibi olan bir dövlət kimi, daima digər aparıcı dünya dövlətlərinin diqqət mərkəzindədir. Məlumdur ki, bu gün Azərbaycan Cənubi Qafqazda sülhün və əmin-amanlığın qorunub saxlanması yönümündə ən çox səy göstərən ölkədir. Ölkə Prezidenti cənab İlham Əliyevin yürütdüyü xarici və daxili siyasətdə də məhz bu istiqamət əsas prioritetlərdən biri kimi müəyyən edilmişdir. Təbii ki, Azərbaycanın bu günkü iqtisadi gücü, getdikcə artan hərbi qüdrəti və ümumiyyətlə regionda sahib olduğu lider dövlət mövqeyi xarici düşmənlərimizi narahat etməyə bilməz. Məhz elə bu səbəbdən də həmin düşmənlər tərəfindən ara-sıra ölkəmizdə sabitliyin pozulmasına, xaos və hərc-mərclik yaradılmasına yönəlmiş cəhdlərinin şahidi oluruq. Lakin bu qaçılmaz bir reallıqdır ki, həmin cəhdlərin qarşısı hər zaman qətiyyətlə alınıb və bundan sonra da alınacaq. Azərbaycan xalqının öz dövləti, öz Prezidenti ilə birliyi isə hər zaman sarsılmaz olaraq qalacaq.
Təbii ki, bu gün ölkəmizin ictimai-siyasi həyatı sadəcə paytaxtda deyil, həmçinin bütün regionlarda da aktiv şəkildə cərəyan etməkdədir. Xüsusən də Azərbaycanın
işğalçı erməni dövləti ilə faktiki müharibə şəraitində yaşamalı olduğu bir dövrdə region sakinlərinin ictimai-siyasi aktivliyi vacib şərtdir. Eyni zamanda da bu aktivliyin məhz dövlətimizin mənafeylərinə uyğun istiqamətə yönəldilməsi, əhalinin siyasi cəhətdən maarifləndirilməsi baxımından yerli icra orqanlarının və siyasi partiya təşkilatlarının rolu böyük önəm kəsb edir. Məhz bu baxımdan Daşkəsən Rayon İcra Hakimiyyətinin və YAP Daşkəsən rayon təşkilatının fəaliyyəti xüsusilə diqqətəlayiqdir. Belə ki, bu mövzuda mütəmadi olaraq keçirilən tədbir və yığıncaqlarda ölkədə yürüdülən dövlət siyasətinin əsas mahiyyətinin geniş kütlələrə düzgün şəkildə çatdırılması, Prezident İlham Əliyevin siyasi və diplomatik uğurlarının təbliği, xalq-dövlət birliyinin daha da gücləndirilməsi istiqamətində hər zaman səmərəli iş aparılır. Təbii ki, Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin bu yönümdə şəxsi nümunəsi də bir rəhbər kimi, rayon sakinlərinin siyasi
baxışlarının formalaşmasında önəmli rol oynayır. Bu baxımdan, avqust ayının 5-də Daşkəsəndə keçirilmiş və Yeni Azərbaycan Partiyasının Lideri, Prezident cənab İlham Əliyevə və Milli Ordumuza YAP rayon təşkilatının fəallarından ibarət yerlərdə dəstək qruplarının yaradılmasına həsr olunmuş müşavirədə Əhəd Abıyevin söylədiyi nitq də böyük maraq doğurmuşdur.
Sözügedən müşavirəni giriş nitqi ilə açan Əhəd Abıyev bu gün Daşkəsəndə müşahidə olunan ictimai-siyasi sabitlik və iqtisadi inkişafdan bəhs edərək, ölkəmizdə hərc-mərclik salmaq istəyənlərə qarşı barışmaz mövqedə olmağın hər bir vətəndaş üçün vacibliyini qeyd etmişdir. Öz çıxışında RİH başçısı demişdir: " Möhtərəm Prezident cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün Daşkəsən rayonunda sabitlik olmaqla ölkənin bütün sahələrində olduğu kimi rayonumuz da özünün inkişaf dövrünü yaşayır. Belə uğurlarla yanaşı çox təəssüf ki, ölkədəki inkişafa, sabitliyə məkrli niyyətləri lə maneçilik törədib iqtidara qarşı təxribatyönümülü şayiələr yaymaqla qarşıdurma yaratmaq istəyən bəzi ünsürlər vardır. Belə şərəfsiz hərəkətlər edənlərə qarşı YAP fəalları və rayon ictimaiyyəti barışmaz mübarizə aparmaqla, tədbirlər görəcəkdir. Bildiyiniz kimi Daşkəsən rayonunun ermənilərlə həmsərhəd olan cəbhə bölgəsinə yaxın ərazilərində təhlükəsizliyin, asayişin qorunması xüsusilə vacib olmaqla, rayon ərazisində qanunazidd hərəkətlər yolverilməzdir. Həmin çıxışın sonunda isə Əhəd Abıyev bir daha dövlət başçımızın bütün Daşkəsən sakinləri tərəfindən dəstəkləndiyini vurğulayaraq bunları deyib: Daşkəsənlilər hər zaman Ulu Öndər Heydər Əliyevin ideyalarına və bu ideyaları bu gün yaradıcılıqla yüksək səviyyədə davam etdirən Prezident cənab İlham Əliyevin siyasətinə sonsuz inam, sədaqət nümayiş etdirirlər. Biz, daşkəsənlilər möhtərəm Prezidentimiz cənab İlham Əliyevin koronavirus pandemiyasının dünyanı cənginə aldığı bugünkü ağır şəraitdə də ölkəmizin inkişafı naminə bütün sahələrdə, o cümlədən Dağlıq Qarabağ probleminin həlli istiqamətində apardığı uğurlu siyasətini və diplomatiyasını hamılıqla dəstəkləyirik. Həqiqətən də bu gün Azərbaycan dövlətinin gücü və qüdrəti xalq – dövlət birliyindən qaynaqlanır, ölkəmizin dinamik inkişafı isə Ölkə Prezidenti cənab İlham Əliyevin müdrik və uzaqgörən siyasəti ilə təmin edilir.
Şərh yaz
- 11-03-2022, 12:24
- 309 932
- 5 493
- 10-02-2022, 10:36
- 28 353
- 244
- 7-04-2022, 11:57
- 21 484
- 207
- 26-04-2019, 16:16
- 16 076
- 45
- 18-09-2019, 10:29
- 13 597
- 119
- 12-12-2020, 12:00
- 13 311
- 91
- 11-04-2022, 16:00
- 11 796
- 12
- 15-05-2019, 20:27
- 10 999
- 54
- 24-05-2020, 23:28
- 9 927
- 3
- 26-04-2019, 15:39
- 9 406
- 99
- 27-04-2019, 10:08
- 8 988
- 2
- 23-10-2019, 21:00
- 8 003
- 1
- 29-11-2019, 09:00
- 7 851
- 3
- 13-05-2020, 22:05
- 7 710
- 0
- 28-04-2019, 20:56
- 7 476
- 2
- 23-04-2019, 21:57
- 7 244
- 2
- 11-03-2022, 12:24
- 309 932
- 5 493
- 10-02-2022, 10:36
- 28 353
- 244
- 7-04-2022, 11:57
- 21 484
- 207
- 7-11-2019, 09:36
- 5 992
- 120
- 18-09-2019, 10:29
- 13 597
- 119
- 26-04-2019, 15:39
- 9 406
- 99
- 12-12-2020, 12:00
- 13 311
- 91
- 22-12-2021, 14:22
- 4 685
- 56
- 15-05-2019, 20:27
- 10 999
- 54
- 10-02-2023, 10:54
- 4 189
- 50
- 26-04-2019, 16:16
- 16 076
- 45
- 14-01-2020, 09:33
- 6 753
- 20
- 11-04-2022, 16:00
- 11 796
- 12
- 27-03-2021, 14:25
- 4 923
- 7
- 29-11-2021, 09:36
- 4 516
- 5
- 29-09-2020, 11:15
- 4 936
- 5
- 24-09-2020, 11:41
- 4 973
- 5
- 16-05-2019, 14:19
- 6 867
- 5
- 15-05-2019, 09:47
- 5 207
- 5
SOSİAL ŞƏBƏKƏLƏR