Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədova
- 12.09.2020, 15:36,
- Cəmiyyət
Baxılıb: 21
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Respublikası Zaqatala rayonunda fəaliyyət göstərən “Mağara” Şəxsi (Kəndli) Fermer Təsərrüfatının təsisçisi Hacıbəy İsaq oğlu Zakatalski tərəfindən
MÜRACİƏT
Hörmətli Fikrət müəllim ! Sizin çox qiymətli vaxtınızı aldığım üçün üzr istəyirəm. Mən Azərbaycan vətəndaşıyam. Hökümət rəhbərliyinə böyük hörmətim var. Mərhum Prezidentimiz H.Əliyev cənabları vətənimizə rəhbər təyin olunandan ölkəmiz əminamanlıq görüb. Mən heç vaxt onları unutmaram.
Hörmətli Fikrət müəllim! Mən xeyriyyəçiyəm. Mən hər şeyi Allah yolunda etmişəm. Deputat olmaq üçün yox. Amerika yazıçısı Qreyk Kopitas özünün “Politbüro ayı ovunda” adlı kitabının 8-ci fəslini mənim həyatıma həsr etmişdir. Azərbaycan hökümətimizin dövlət məmurları mənimlə fəxr etməyin əvəzinə mənə qarşı cinayətlər törətmişlər, iş ahəngimi pozmuşlar. Keçmiş prokurorluq, məhkəmə hakimləri, keçmiş polis şöbə əməkdaşları mənə qarşı çox iyrənc haqsızlıqlar etmişlər. Xüsusən məhkəmə hakimləri elə fəaliyyət göstərmişlər artıq Ədliyyə Nazirliyi özəlləşdirilmişdir. Artıq 3 ildir mənə qarşı törədilən cinayət işləri keçmiş Zaqatala rayon Prokuroru, Zaqatala və Şəki rayon, həm də Apellyasiya Məhkəmlərinin hakimləri dövlətimizi gizlənpac oynuna çevirmişlər. Azərbaycanda Şəki-Zaqatala zonasında cinayət baş verəndə keçmiş Prokurorluq, müstəntiq və hakimlər rəqs edərdilər. Gəlir mənbəyi gəldi deyə. 3 ilə yaxındır Şəki Kiçik Dəhnə sakinləri mənim qışlağımda cinayət törətmişlər. Mən onları Şəki rayon məhkəməsinə verdim. Məhkəmə hər şeyi araşdırdıqdan sonra ədalətli qərar verdi. Sonra Apellyasiya Məhkəməsinə verdilər. Apellyasiya məhkəməsinin hakimi özünü çoxbilmiş sayaraq 5000 manatlıq cəriməni 3100 manata endirdi. Sonralar 4 müxtəlif instansiya məhkəmələri oldu. Axırda, bundan bir neçə gün əvvəl 04 sentyabr 2020-ci il tarixində Şəki rayon İcra və Probasiya şöbəsinin əməkdaşı mənim işimi aparan Elbrus müəllim cinayətkarı Ali Məhkəməsinin təsdiqi olan 3100 manat cərimənin ödəniş müddəti keçdiyi üçün işi protokollaşdırıb Şəki rayon Məhkəməsinə verib. Məni də Zaqataladan Şəkiyə çağırıb. Şəki rayon Məhkəməsinin hakimi Pərviz Hacıyev protokola heç baxmadan Elbrus müəllimə qaytarır, ağlına gələn sözlər danışırdı. Mən, Ədliyyə Naziri Fikrət Məmmədova şikayət edəcəyimi bildirdim. Mənə gülərək: -“Bilirsənmi Fikrət müəllim, Zaqatalalı deyil, Şəkilidir, bizim adamdır, səni eşitməyəcək” dedilər.
Hörmətli Fikrət müəllim! Belələrinə cəzanı versəz, xalqımız bilər ki, doğrudanda Azərbaycan dövlətində qanuni Ədliyyə Nazirliyi fəaliyyət göstərir. Mənim 72 yaşım var. Heç olmasa ömrümün axırında Azərbaycan vətəndaşının qeydinə qalan dövlət məmurunu görmək istərdim. Mən inanıram ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi qanunların aliliyinə, xalqın mənafeinə qulluq edir. Ona görə də Sizə müraciət edərək bu işin araşdırılması üçün komissiya göndərmıəyinizi Sizdən xahiş edirəm. Əgər mən yalan danışıramsa, mənə ömürlük həbs cəzası verin.
Hörmətli Fikrət müəllim ! Əgər Sizin mərhum Prezidentimiz Heydər Əliyevə hörmətiniz varsa belə yırtıcı quldurlardan ölkəmizi təmizləyin. Hansı dövlət məmuruna şikayət məktubu yazırıq, cavabları belə olur : -“Biz Sizin məktubunuzu almışıq, aradırmısıq, orada cinayət tərkibi yoxdur. Ona görə də şikayətinizi rədd edirik”. Yalan, doğru, fakt, sübut yoxdur. Şikayətçinin də heç nədən xəbəri yoxdur. Ancaq mən belə deyərəm Azərbaycan vətəndaşlarının hamısı hərif deyil.
Hörmətli Fikrət müəllim ! Bir ağsaqqal kimi Sizdən xahiş edirəm, öz imzanızla mənə cavab verin. Mən Azərbaycan vətəndaşıyam. Siz də Azərbaycan vətəndaşına xidmət etməyi öz borcunuz hesab edirsiniz.
Hörmətlə Ağsaqqal, sahibkar Hacıbəy İsaq oğlu Zakatalski
Şərh yaz
- 11-03-2022, 12:24
- 310 208
- 5 504
- 10-02-2022, 10:36
- 28 453
- 244
- 7-04-2022, 11:57
- 21 629
- 207
- 26-04-2019, 16:16
- 16 182
- 46
- 18-09-2019, 10:29
- 13 690
- 119
- 12-12-2020, 12:00
- 13 434
- 92
- 11-04-2022, 16:00
- 11 889
- 12
- 15-05-2019, 20:27
- 11 114
- 54
- 24-05-2020, 23:28
- 10 021
- 3
- 26-04-2019, 15:39
- 9 520
- 100
- 27-04-2019, 10:08
- 9 082
- 2
- 23-10-2019, 21:00
- 8 099
- 1
- 29-11-2019, 09:00
- 7 947
- 3
- 13-05-2020, 22:05
- 7 803
- 0
- 28-04-2019, 20:56
- 7 569
- 2
- 23-04-2019, 21:57
- 7 341
- 2
- 11-03-2022, 12:24
- 310 208
- 5 504
- 10-02-2022, 10:36
- 28 453
- 244
- 7-04-2022, 11:57
- 21 629
- 207
- 7-11-2019, 09:36
- 6 147
- 128
- 18-09-2019, 10:29
- 13 690
- 119
- 26-04-2019, 15:39
- 9 520
- 100
- 12-12-2020, 12:00
- 13 434
- 92
- 10-02-2023, 10:54
- 4 348
- 59
- 22-12-2021, 14:22
- 4 796
- 58
- 15-05-2019, 20:27
- 11 114
- 54
- 26-04-2019, 16:16
- 16 182
- 46
- 14-01-2020, 09:33
- 6 847
- 20
- 11-04-2022, 16:00
- 11 889
- 12
- 27-03-2021, 14:25
- 5 017
- 7
- 29-11-2021, 09:36
- 4 609
- 5
- 29-09-2020, 11:15
- 5 032
- 5
- 24-09-2020, 11:41
- 5 067
- 5
- 16-05-2019, 14:19
- 6 961
- 5
- 15-05-2019, 09:47
- 5 301
- 5
SOSİAL ŞƏBƏKƏLƏR