• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

WhatsApp-la sizi güdə bilərlər - XƏBƏRDARLIQ

WhatsApp-la sizi güdə bilərlər - XƏBƏRDARLIQ



WhatsApp messencerinin sistemində olan ciddi boşluq hakerlərin istifadəçiləri güdmək üçün onların telefonlarına ziyanverici proqramlar yazmasına imkan verib.

Beş.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda mobil messencer xidmətinin rəsmisi BBC-yə açıqlama verib.

Kiberhücumun kütləvi hal almadığı, yalnız "seçilmiş istifadəçilərin" ona məruz qaldığı bildirilir. "Facebook"un sahib olduğu messencerin texniki şöbəsi boşluğu yalnız cümə günü aradan qaldıra bilib.

"Financial Times"ın yazdığına görə, virtual hücum İsrailin "NSO Group" təhlükəsizlik şirkəti tərəfindən təşkil olunub.

Bazar ertəsi, "WhatsApp" ehtiyat tədbiri olaraq 1,5 milyard istifadəçisini tətbiqi yeniləməyə çağırıb.

Hücumun ayın əvvəli qeydə alındığı və bu barədə Amerikanın hüquq mühafizə orqanlarının və təhlükəsizlik ekspertlərinin məlumatlandırıldığı bildirilir.

Deyilənə görə, gizli müdaxilə aşağıdakı kimi olub: seçilmiş istifadəçinin telefonuna WhatsApp zəngi gəlib. İstifadəçi "dəstəyi qaldırmasa" belə onun mobil telefonuna zərərli proqram yazılıb.

Həmin haker proqramı istifadəçinin hərəkətlərini smartfonun kamerası ilə güdməyə imkan verib. Həmçinin kibercinayətkarlar mikrofonla danışıqlarını dinləyə biliblər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 19
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 058
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 748
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter