• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsi ilə bağlı qərarda nə yazılıb? - MƏTNDƏN ÇIXARIŞ

Türkiyənin Azərbaycana hərbi qüvvələr göndərməsi ilə bağlı qərarda nə yazılıb? - MƏTNDƏN ÇIXARIŞ


Türkiyə Böyük Millət Məclisinin Azərbaycana qoşun göndərilməsi haqqında qəbul etdiyi qərar "Rəsmi Qəzetdə" dərc edilib.
"Rəsmi Qəzet"dəki TBMM qərarında atəşkəsə əməl olunmasını yoxlamaq üçün işğaldan azad edilmiş Azərbaycan ərazilərində “Ümumi Mərkəz” yaradılacağı vurğulanıb.

Qərarda dost və qardaş ölkə Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək uğrunda apardığı mübarizənin illərdir davam etdiyi ifadə edilib.

"Azərbaycanın özünümüdafiə hüququndan istifadə edərək sentyabrın 27-də başlatdığı əks-hücum əməliyyatları nəticəsində işğal altındakı ərazilərinin azad edilməsi istiqamətində önəmli uğurlar qazanıb".

Qərara əsasən, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər.

Qeyd edək ki, Türkiyənin Azərbaycana hərbi qüvvə göndərməsi iki ölkə arasında 16 avqust 2010-cu il tarixində imzalanan “Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”yə uyğun olaraq həyata keçirilir. (Baku.ws)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Paşinyanın referendum XOFU

  • Dünən, 16:00
  • 7
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 238
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter