• 13:21 – Prezidentdən göstəriş: geniş islahat paketi hazırlanır 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 

"Like et, like görmə" — "Facebook"dan yeni qərar

  • 07.10.2019, 10:45,
  • Dünya
  • Baxılıb: 75
"Like et, like görmə" — "Facebook"dan yeni qərar

Facebookun yeni qərarı istifadəçilərin narazılığına səbəb ola bilərmi?
"Ölkə.Az" istinadən yazını təqdim edir.

Facebook-da yerli istifadəçilərimizin məşhur "like et, like gör" devizi zaman-zaman tarixə qovuşur. Belə ki, ən məşhur sosial media platforması olan Facebook da İnstaqram kimi bəyənmə sayını gizlətmək niyyətindədir. İlk təcrübə bu günlərdə Avstraliyada tətbiq edilməyə başlayıb. Sosial mediadakı mükəmməliyyətçilik təzyiqi platformaların artıq bu sahədə hərəkətə keçməsinə səbəb olub.
İnstagram-ın ardından eyni addımı atan Facebook, Avstraliyada başlatdığı təcrübədə paylaşımların bəyənmə saylarını və aldığı rəyləri gizləməyə başlayıb. Bundan sonra istifadəçilər öz paylaşımlarının nə qədər bəyənmə topladığını, sadəcə özləri görə biləcək. Ceyn Mançun Vonq adlı istifadəçi deyib ki, çox güman, Facebook adıçəkilən funksiyanı tədricən tətbiq edəcək. Əgər bu, istifadəçilərə ciddi şəkildə mane olsa və reklamdan əldə edilən gəlirləri azaltsa, funksiya ləğv olunacaq. Platformanın Avstraliya və Yeni Zelandiyadakı məsul şəxsi Mia Garlick, sosial təzyiqi azaltmaq məqsədilə bu qərarı aldıqlarını söyləyib. Garlick bildirib ki, beləliklə, insanlar "like" sayına deyil, paylaşımların keyfiyyətinə əhəmiyyət vermiş olacaq. O bildirib ki, bu dəyişikliyi etməzdən əvvəl psixiatr və digər mütəxəssislərlə məsləhətləşiblər.
Buna baxmayaraq, bu addım bəziləri tərəfindən müsbət qiymətləndirilsə də, sosial media fenomenləri tərəfindən sərt neqativ münasibətlə qarşılanıb. Onu da qeyd edək ki, İnstaqram iyul ayından bəri Avstraliya, Braziliya, Kanada, İrlandiya, İtaliya, Yaponiya və Yeni Zelandiyada bəyənmə sayını gizlədib.
Ölkəmizdə də kifayət qədər İnstaqram və Facebook istifadəçisi olduğunu nəzərə alaraq, məsələni araşdırmaq qərarına gəldik. Çünki bəzilərimiz sosial medianı təkcə əylənmək məqsədilə istifadə etsək də, bu sahədən gəlir əldə edənlərin də sayı kifayət qədərdir. Bəs görəsən yerli istifadəçilər bu dəyişikliyə hazırdırmı? Belə bir yenilik Azərbaycanda da tətbiq edilə bilərmi?

Rəqəmsal marketinq mütəxəssisi, technote.az saytının yaradıcısı Fərid Pərdəşünas deyir ki, hələlik bu təcrübə bəzi ölkələrdə test mərhələsindən keçir və tam olaraq öz təsdiqini tapmayıb: "Belə bir addımı əvvəllər İnstaqram da tətbiq edib. Əsas məqsəd sırf bəyənmə sayına görə paylaşılan postların qarşısını almaqdır. Düşünürəm ki, bu addım daha çox bloqqerlərə və influencerlərə təsir edə bilər. Facebook layk sayını gizlətməklə daha keyfiyyətli məzmunların yaranmasına çalışır. Amma dediyim kimi, bu qərar hələlik test mərhələsindən keçir. Nəticələr əsasında bunun bütün dünyada tətbiq edilib-edilməməsinə qərar veriləcək. Yəqin ki, bunun üçün 1-2 il vaxt lazımdır. İnstaqramda əksər ölkələrdə bu funksiya tətbiq edilir, qısa müddət ərzində hər kəs üçün bu funksiya tətbiq olunacaq. Düşünmürəm ki, layk sayının gizlədilməsi bu sahədən gəlir əldə edənlərin gəlirinə təsir edə bilər. Layk sayının gizlədilməsi saxta xəbərlərin yayılmasının qarşısının alınmasına kömək edəcək. Bəzən insanlar layk sayına əsasən hansısa paylaşımı oxuyub-oxumamağı qərarlaşdırırlar. Gəlir məsələsi arxa fonda işləyən alqoritmdən asılıdır".

İT üzrə ekspert Rəşad Əliyev bildirdi ki, son dövrlərdə sosial media istifadəçiləri demək olar ki, layk xəstəliyinə tutulub: "İnsanlar daha çox bəyənmə toplamaq üçün müxtəlif üsullara əl atır. Bu mənada belə bir addımın atılmağı müsbət qiymətləndirilməlidir. Bundan sonra artıq paylaşımlar layk xətrinə olmayacaq. Məsələ burasındadır ki, bu boşluğu doldurmaq üçün insanlar başqa sosial şəbəkələr axtarışına çıxacaq. Ona görə də bunun əvəzində hansısa funksionallıq tətbiq edilməlidir. İndiki dövrdə hər şey rəqəmlərdən asılıdır. Biznes statistikanı və rəqəmləri sevir. Layk və izləyici sayı statistik göstəricilərdir. İndi artıq bu funksiyanın gizlədilməsi istifadəçilər tərəfindən mənfi qarşılana bilər. Amma yəqin ki, bu tətbiqdən sonra paylaşımların keyfiyyəti nisbətən arta bilər".

Mütəxəssis Şaiq Muradov söylədi ki, hal-hazırda facebook bu layihəni müəyyən ölkələrdə pilot layihə kimi təcrübədən keçirir. Əgər hər şey yolunda gedərsə, daha sonra bütün dünyada, o cümlədən Azərbaycanda da bu funksiya tətbiq olunacaq: "Əgər nəticələr uğursuz olsa, təbii ki, buna görə müvafiq qərar veriləcək. Hələlik ilkin təəssüratlar onu göstərir ki, bu təcrübə uğurlu addımdır. Sosial mediada əksər insanlar layk sayı çox olan şəkillərə bənzər paylaşımlar edirlər. Məsələn, kimsə kofe ilə şəkil paylaşıb çox layk alırsa, digərləri də bu addımı atır. Daha az bəyənmə alanlar isə daha çox paylaşım etməyə başlayır. Facebook bütün psixoloji məqamları nəzərə alaraq belə bir qərar verib. Həmçinin rəhbərlik bu qərarı influencerlik məsələsinə görə verib. Onların etdiyi reklama görə ödənilən pula Facebook rəhbərliyi nəzarət edə bilmir. Bu yaxınlarda İnstaqramda vegeterianlıqla bağlı postların, pullu reklamların yayılması qadağan edildi. Həmin məhsulların istehsalçıları buna görə də influencerlərin xidmətindən istifadə etməyə məcbur oldu. İnfluencerlərin bu haqda yaratdığı reklam xarakterli post və paylaşımlar aşkar edildikdə, bu paylaşımlar görünmədi. Facebook rəhbərliyi hər şeyə nəzarəti özü etmək istəyir. Düşünürəm ki, əgər tendensiya müsbət qarşılansa, tezliklə bütün dünyada tətbiq olunacaq. Yəqin ki, Azərbaycanda da bu məsələyə münasibət birmənalı olmayacaq. Bu qərar daha çox influencerlərə təsir edəcək. Çünki reklam verənlər artıq onların paylaşımlarına gələn reaksiyaları özləri görmədiklərinə görə müəyyən inamsızlıq yaranacaq. Buna görə də reklam verməkdən imtina ediləcək. Məsələyə digər tərəfdən yanaşdıqda, orijinal paylaşımların artması baxımından bu qərar müsbət haldır. Facebook və İnstaqramın çox böyük alternativi və rəqibi yoxdur. Buna görə də istifadəçilər narazı qalsa da, ciddi seçimləri olmayacaq. Digər tərəfdən, şirkət özü də bu məsələyə həssas yanaşır. Ona görə də bu qərarı müəyyən ölkələrdə tətbiq edir. Əgər nəticələr müsbət olmasa, təbii ki, bu funksiya ləğv olunacaq. Əvvəllər də müəyyən yeniliklər tətbiq olunarkən istifadəçilər zaman-zaman narazı qalıb. Amma vaxt ötdükcə istifadəçilər bu yenilikləri qəbul etməli olur. Bu yenilikləri tətbiq etməzdən əvvəl ciddi araşdırmalar aparılır. Kütlənin psixologiyası bu məsələlərdə mütləq nəzərə alınır. Düşünürəm ki, bu yenilik tətbiq olunsa, istifadəçilər daha əvvəl olduğu kimi gec-tez buna da öyrəşəcək". (kaspi.az)
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 011
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 698
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter