Baydendən etiraf: “Dəyişilməliyik, yeni problemlə üz-üzəyik”
- 01.09.2021, 11:02,
- Dünya
Baxılıb: 15
Facebook
Вконтакте
Одноклассники
Google+
"ABŞ Rusiya və Çinlə əlaqəli problemlər də daxil olmaqla yeni çağırışlara diqqət yetirməlidir".
NBC xəbər verir ki, belə bir bəyanatla ABŞ prezidenti Co Bayden çıxış edib.
"Dünya dəyişir. Biz Çinlə ciddi rəqabət içindəyik, Rusiyadan gələn bir çox cəbhədə çətinliklərlə, kiber təhdidlərlə və nüvə silahlarının yayılması problemi ilə üz-üzəyik ", - Bayden qeyd edib.
O əlavə edib ki, terror təhdidi hələ də təhlükəli bir həddədir: “Terrorizm formasını dəyişib digər ölkələrə yayıldı. Ona görə də strategiyamız da dəyişməlidir".