Rusiyaya gedənlərin nəzərinə: Miqrantlarla bağlı vahid sənədin təfərrüatları açıqlanıb
- 22.10.2021, 10:29,
- Dünya
Baxılıb: 20
Facebook
Вконтакте
Одноклассники
Google+
Miqrantlar üçün vahid sənəddə əcnəbinin şəxsi məlumatlarını əks etdirən çip olacaq.
Bu barədə Rusiya Daxili İşlər Nazirliyi Miqrasiya Məsələləri Baş İdarəsinin rəis müavini Kirill Adzinov açıqlayıb.
“Belə bir sənəddə qonağın biometrik məlumatları, habelə hazırkı statusu, ona verilən viza, etibarlılıq müddəti kimi şəxsi məlumatlarının olduğu elektron daşıyıcı (çip) olacaq”, - deyə Adzinov bildirib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, belə ID kartının olması miqrantların dövlət xidmətlərinə çıxışını asanlaşdıracaq. Bu həmçinin onların Rusiya ərazisində olmalarının qanuniliyinin təsdiqini də asanlaşdıracaq.