Ukrayna sərhədinə 30 min əsgər yığıldı: "soyuq müharibədən bəri ən böyük toplaşma..." - FOTO
- 07.02.2022, 11:07,
- Dünya
Baxılıb: 42
Facebook
Вконтакте
Одноклассники
Google+
Müharibə astanasında olan Rusiya ilə Ukrayna arasında gərginlik davam edərkən Belarus sərhədindəki hərəkətlilik diqqət çəkib.
Xarici KİV xəbər verir ki, 10-20 fevral tarixlərində Belarus və Rusiya arasında keçiriləcək "Müttəfiqlərin qətiyyəti-2022" təlimi çərçivəsində 30 min rus əsgəri də iştirak edəcək.
Ukrayna sərhədindən 50 kilometr aralıda keçiriləcək təlim üçün Rusiya Belarusa S-400 hava hücumundan müdafiə sistemləri, Pantsir-S hava hücumundan müdafiə raket sistemləri və Su-35 döyüş təyyarələri ilə yanaşı əsgərlər göndərib.
NATO-nun baş katibi Yens Stoltenberq sözügedən peyk görüntülərini "soyuq müharibədən bəri regionda ən böyük yerləşdirmə" adlandırıb.