Səudiyyə şahzadələri “dolanmaq üçün” yaxta və mülklərini satırlar
- 25.04.2022, 13:03,
- Dünya
Baxılıb: 44
Facebook
Вконтакте
Одноклассники
Google+
Səudiyyə Ərəbistanında hakim sülalədən olan bəzi şahzadələr maliyyə problemləri səbəbindən ABŞ və Avropada daşınmaz əmlak və yaxtalarını satırlar.
Oxu.az xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzeti yazıb.
Qəzetin məlumatına görə, vəliəhd şahzadə Məhəmməd bin Salman onların bir çox pul mənbələrini kəsib.
Nəşr yazır ki, şahzadələr “dolanmaq üçün” son illər ərzində dəyəri 600 milyon dollardan çox olan daşınmaz əmlak, yaxtalar və sənət əsərləri satıblar. Bu pullar onlara vergiləri ödəmək və əmlakın saxlanması, həmçinin təyyarə və gəmilərin parklanması xərclərini ödəmək üçün lazımdır.
Həmçinin bildirilir ki, bəzi hallarda kral sülaləsinin üzvləri vəliəhdin çox diqqətini cəlb etməmək üçün “daha az dəbdəbəli aktivlərə” sahib olmaq istəyi ilə hərəkət edirlər.