• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Rusiyaya qarşı yeni sanksiyalar: 100 milyard dollaradan artıq ziyan

  • 04.05.2022, 13:31,
  • Dünya
  • Baxılıb: 49
Rusiyaya qarşı yeni sanksiyalar: 100 milyard dollaradan artıq ziyan


Avropa İttifaqı Rusiyaya qarşı 6-cı sanksiyalar paketini müzakirə edir. Gündəlikdə olan əsas məsələlərdən biri də Rusiya neftinin idxalına qadağanın tətbiq edilməsi ilə bağlıdır. Bu məsələdə ümumi razılıq olmasa da, Brüssel tədricən Rusiyanın enerji asılılığını tam aradan qaldırmaqda israrlı görünür: bunun qitə üçün neqativ iqtisadi nəticələrə səbəb ola biləcəyinə baxmayaraq. Bir sıra Mərkəzi və Şərqi Avropa ölkələri, xüsusən də Macarıstan, Qərbdən isə Almaniya Rusiya ilə enerji əməkdaşlığını davam etdirməkdə maraqlı dövlətlərdir. Aydındır ki, neft idxalının 25%-ni təşkil edən Rusiyadan asılılığı qısa zamanda tam aradan qaldırmaq Avropa İttifaqı üçün hətta texniki baxımdan da asan addım deyil. Bununla yanaşı, Avropanın siyasi paytaxtında məsələlərə yalnız texniki və iqtisadi baxımdan deyil, həmçinin daha çox təhlükəsizlik aspektindən yanaşırlar.

Bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, neft embarqosu reallaşarsa, bu, Rusiyanın valyuta gəlirlərinin kəskin azalmasına səbəb olacaq. Belə ki, xam neft və neft məhsulları Rusiya ixracatının 37%-ni təşkil edir və bu məhsulların da 70%-i ABŞ və Avropa bazarlarına ixrac olunurdu. Ötən il Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollar olub.

"Avropa Rusiya neftindən imtina edəcəyi halda rubla təzyiqlər yenidən arta bilər. Hazırda, daha çox daxili qaydalar hesabına milli valyutanın məzənnəsini stabilləşdirən Rusiya Mərkəzi Bankı Qərbin sanksiyaları enerji sektorunu əhatə edəcəyi halda daha məhdud strateji alətlərə malik olacaq. Digər tərəfdən, əsas valyuta ehtiyatları dondurulmuş Rusiya üçün xüsusən yay aylarında dollara artan tələbi tam qarşılamaq heç də asan olmayacaq", - deyə iqtisadçı vurğulayıb.

V. Bayramovun sözlərinə görə, Avropada Rusiya neftinin ən böyük alıcısı Almaniyadır. Berlin neft üçün Moskvaya ildə 23,6 milyard dollar ödəyirdi. Rusiya neftinə görə hər il Polşa 14,7 milyard, Niderland isə 11,4 milyard dollarından keçirdi. Finlandiya, Belçika və Böyük Britaniya isə ayrı-ayrılıqda ildə Rusiyaya neft idxalına görə 7 milyard dollara yaxın valyuta ödəyirdi. Deməli, embarqo qərarı Rusiya üçün ən azı 100 milyard dollaradan artıq ziyana başa gələcək. Mövcud qiymətlər ilə bu daha böyük rəqəmlə ifadə olunur. Aydındır ki, infrastruktur və eləcə də sanksiyaların sərtliyi baxımdan nəinki qısa və hətta orta müddətdə də Rusiyanın alternativ bazarlar tapması real deyil.

"Rusiya yeni və daha sərt sanksiyalar astanasındadır. Qarşılıqlı sanksiyalar qısa müddətli dövrdə Avropa üçün mənfi iqtisadi təsirlərə malik olsa da, Rusiya üçün strateji çətinliklər yaradacağı gözləniləndir. Moskva isə hələlik sanskiyalar ilə “yaşamağa” alışmağa çalışır. Bu isə heç də asan hədəf deyil", - deyə millət vəkili əlavə edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Əli Əsədov qərar imzaladı

  • Bu gün, 12:37
  • 5
  • 0

Bazar gününün havası açıqlandı

  • 23-11-2024, 15:30
  • 50
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 090
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 788
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter