Ərdoğan NATO sammitində bu kompromisləri RƏDD EDƏCƏK
- 14.06.2022, 10:25,
- Dünya
Baxılıb: 53
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Madriddə keçiriləcək NATO sammitində İsveç və Finlandiya ilə bağlı kompromisdən imtina edəcək.
Milli.az xəbər verir ki, Türkiyə prezidentinin kommunikasiya şöbəsi sammit ərəfəsində iyunun 17-də Brüsseldə NATO-nun Ukraynadakı müharibədən sonrakı gələcəyini müzakirə etmək üçün panel müzakirəsi keçirəcək. Türkiyə diplomatları dünyaya baxışlarını çatdırmağa çalışacaqlar. Bundan əlavə, iyunun 28-də keçiriləcək sammitdən əvvəl Madriddə daha bir panel keçiriləcək.
"Prezident Ərdoğanın NATO sammitində Türkiyənin terrora və terror təşkilatlarına dəstək verən ölkələrə münasibətdə mövqeyindən güzəştə getməyəcəyini vurğulaması gözlənilir", - "Anadolu" yazıb.
Xatırladaq ki, daha əvvəl Madriddə keçiriləcək sammitdən sonra İsveç və Finlandiya ilə bağlı danışıqların davam edəcəyi bildirilmişdi.
Türkiyə Finlandiya və İsveçdən silah ixracına qoyulan məhdudiyyətləri aradan qaldırmaq və NATO-ya daxil olmasına razılıq verməzdən əvvəl PKK nümayəndələrinə dəstəkdən imtina etmək üçün yazılı təminat tələb edir.