Ukraynanın ravvin Moşe Reuven Asman İsrailin Ukraynaya açıq yardım edə bilməməsinin şok detallarını açıqlayıb.
İsrail Ukraynaya hər cür kömək etmək istəyir, lakin öz təhlükəsizliyi baxımdan yardım edə bilmir.
Bu barədə ukraynalı ravvin Moşe Asman yutub kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, müəyyən səbəblərdən Rusiyanın bir neçə ildir ki, Suriya boyunca İsraillə sərhədi var: “Rusiya ilə yanaşı, orada İran, Hizbullah da var. Onlar orada İsraili təhdid edir”.
O deyib ki, İsrail açıq münaqişə istəmir, çünki Hizbullahın orada İsrailə uça bilən raketləri var.
“İran isə onlara raket göndərməyə davam edir. Rusiya da orada nəsə edir. Ona görə də İsrail Rusiya ilə açıq münaqişə istəmir. Çünki Rusiya İsraili şantaj edir. İsraili başa düşə bilərsiniz. Mən İsrail cəmiyyətinin fikrini dəyişdirmək üçün əlimdən gələni etdim, baş nazir Benyamin Netanyahu ilə üç dəfə görüşdüm və ona Ukrayaya kömək etməyin nə qədər vacib olduğunu izah edə bildim”, - o qeyd edib.
O əlavə edib ki, bu gün Rusiya İranın yanındadır: “İran açıq şəkildə bəyan edir ki, yəhudi dövlətini məhv etmək istəyir. Rusiya indi onunla strateji müttəfiqdir. İranın pilotsuz təyyarələri isə Ukraynada İsraili vurmaq üçün sınaqdan keçirilir. Təbii ki, bütün bunlar pulsuz həyata keçirilmir. Bəzi məlumatlara görə, Rusiya İrana nüvə texnologiyası verir. Bu çox təhlükəli məqamdır. Əminəm ki, İsrail kəşfiyyatı bütün bunları bilir. Yəni Rusiya açıq şəkildə təkcə Ukraynaya deyil, İsrailə də qarşı çıxır”.