Rusiyada Azərbaycan və Ermənistan liderlərinin görüşü planlaşdırılmır - Peskov
- 26.11.2022, 10:40,
- Dünya
Baxılıb: 76
Facebook
Вконтакте
Одноклассники
Google+
Yaxın vaxtlarda Azərbaycan və Ermənistan liderlərinin Rusiyada görüşü planlaşdırılmır.
Bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Yaxın vaxtlarda belə görüş gözlənilmir", - Peskov Ermənistan və Azərbaycan liderləri ilə yaxın gələcəkdə Rusiyada görüşmək planları barədə sualı cavablandırarkən deyib.
Peskov əlavə edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin tezliklə normallaşması, o cümlədən sülh müqaviləsinin hazırlanması üzərində işi daim davam etdirir.
Bundan əvvəl Azərbaycan prezidenti İlham Əliyev Ermənistanın baş naziri Nikol Paşinyanla dekabrın 7-də Brüsseldə nəzərdə tutulan görüşün baş tutmayacağını bildirib. İrəvanın Fransa prezidenti Emmanuel Makronun görüşdə iştirakı ilə bağlı şərti onu qane etməyib.
Peskov Rusiyanın öz platformasını danışqılar üçün təklif etməyə hazır olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib: “Rusiya nəinki hazırdır, Rusiya daim münaqişənin tənzimlənməsində... və sülh müqaviləsinin imzalanmasında iki dövlətə kömək etmək üçün işini davam etdirəcəyini bəyan edir”.