“British Petroleum (BP) Azərbaycanın təkcə enerji sektoruna 80 milyard dollara yaxın sərmayə qoyub. Bundan əlavə olaraq Azərbaycanın digər sektorlarına qoyulan on milyardlarla investisiyalar yatırıb. Bura Mərkəzi Asiyaya, o cümlədən enerji sahəsinə on milyardlarla dollarlıq Britaniya sərmayəsi də əlavə edilməlidir. Məhz bunun üçün də Böyük Britaniyaya Rusiya və İrandan yan keçəcək türk dünyasını iqtisadi cəhətdən birləşdirəcək Zəngəzur dəhlizinə ehtiyacı var”.
Bunu erməni politoloq Stepan Danielyan öz facebook səhifəsində yazıb.
Onun sözlərinə görə, Fransaya gəldikdə isə “Total” şirkəti Azərbaycana cəmi 1 milyard, digər sektorlarla birlikdə cəmi 3 milyard sərmayə qoyub, Azərbaycan isə Fransaya yatırdığı sərmayələrin həcmi təxminən 6 milyard təşkil edir.
“Bundan əlavə, Fransa 2017-ci ildə Total Trampın İranın nüvə proqramı razılaşmasını tərk etməsindən sonra İrana 4,8 milyard sərmayə qoyub. İndi isə Fransa özünü qurban hesab edir”, - o qeyd edib.
Erməni politoloq əlavə edib ki, Böyük Britaniya Aİ-dən çıxandan sonra Fransa-Britaniya rəqabəti daha da güclənib və indi Fransa Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasının qarşısını almaqla Britaniyaya cavab zərbəsi endirmək istəyir: “Buna görə də Fransa Senatı fəallaşıb. Fransa Azərbaycandan nəsə qoparmayanadək, yəqin ki, sakitləşməyəcək. Rusiya da öz maraqlarını rəhbər tutur, bu da təbiidir, amma indi məğlubiyyət mərhələsindədir.
Burada başqa bir şey yoxdur, sadəcə biznes. Qeyri-adi heç nə yoxdur, insanlar bizneslə məşğuldurlar, amma bunu həyatı oriyentasiya baxımından qəbul edən kütləyə necə izah etmək olar...”, - deyə o bildirib.