Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.
Bu barədə “Hurriyet” nəşri məlumat yayıb.
Qeyd olunub ki, baş vermiş iki zəlzələ nəticəsində 300-ə yaxın insan xəsarət alıb, 18 nəfərin vəziyyəti isə ağırdır.
Xatırladaq ki, Hatay vilayətinin Defne rayonunda fevralın 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl təkan baş verib. Bir neçə şəhərdə binalar uçub. Yeraltı təkanlar Yunanıstan, Misir, İsrail, Livan, Suriya və Kiprdə hiss olunub.
***
Türkiyədə baş verən iki zəlzələdə 3 nəfər ölüb, 213 yaralanıb.
Ölkə.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib.
Onun sözlərinə görə indiyə qədər 6 nəfər dağıntılar altından çıxarılıb.
***
Türkiyənin Hatay vilayətində baş verən iki güclü zəlzədən (6,4 və 5,8 bal) sonra yaralılar var.
Bunu Türkiyənin Vitse-prezidenti Fuat Oktay bildirib.
Onun sözlərinə görə, zəlzələ nəticəsində xəstəxanaya yerləşdirilən 8 yaralı var.
***
Türkiyədə axşam saatlarında baş verən 6,4 bal gücündə zəlzələ zamanı dağıntılar altında qalanlar var.
Bu barədə “CNN Türk”ün müxbiri Fulya Öztürk ölkənin daxili işlər naizi Süleyman Soyluya istinadən məlumat yayıb.
İlkin məlumata görə, Hatayın Defne rayonunda 4 nəfər dağıntılar altında qalıb, onlardan biri xilas edilib. Digərlərinin xilas edilməsi üçün işlər davam etdirilir.
Samandağda isə bir qadının başına düşüb və o, hadisə yerində ölüb.