Mən erməni şərhçilərdən daha çox azərbaycanlılara hörmət edirəm, onlar reallığı daha yaxşı başa düşüb, ona uyğun hərəkət edirlər.
“Bunu “News.am”a müsahibəsində politoloq Artur Xaçikyan deyib.
“Ancaq azərbaycanlılar vəziyyətin necə olduğunu bilirlər. Real düşünürlər, bizim kimi qeybət eləmirlər. Onların keçmiş xarici işlər naziri deyib ki, Rusiya indi zəifdir. Bəzi şərhçilərimizdən daha çox onlara hörmət edirəm. Başa düşürlər ki, bu dünyada məsələlər zorla həll olunur. Bir il əvvəl Ukraynada müharibə başlayanda mən demişdim ki, Azərbaycandan hücum gözləyin və belə oldu. Təbii ki, bu gün ruslar bizim üçün müharibəyə başlaya bilməzlər. Xüsusən də bizim anti-Rusiya hökumətimiz var ki, bizdə boş oturub hər şeyə kənardan baxır və bəyan edir ki, “bizim üçün bunu da et, etməsən də, deyəcəyik ki, pissən. Bu, sadəcə, gülünc vəziyyətdir”, - Xaçikyan qeyd edib.
Politoloq hesab edir ki, Qərb istəsəydi və Ermənistan onun üçün vacib olsaydıq, o zaman Azərbaycana qarşı hansısa sanksiyalar tətbiq edə bilərdi, amma bu, baş vermir.
“Biz nə bu, nə də digər tərəfə, yəni heç kimə lazım deyilik. Bizim heç bir rıçağımız yoxdur. Biz heç kimə heç nə təklif edə bilmərik. Bundan öncəkilərin günahları çox idi, amma onların xarici siyasəti belə deyildi, bizim Rusiya ilə yaxşı münasibətlərimiz var idi, Rusiya Federasiyası bizim təhlükəsizliyimizi təmin edirdi, eyni zamanda Qərblə də yaxşı münasibətlərimiz var idi. İndi nə bu var, nə də digəri”, - deyə Artur Xaçikyan yekunlaşdırıb.