• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Samvel Babayanın sülh planının altında nə yatır? - görünəni odur ki...

  • 25.07.2023, 14:22,
  • Dünya
  • Baxılıb: 19
Samvel Babayanın sülh planının altında nə yatır? - görünəni odur ki...


Deyəsən, Qarabağın erməni əhalisini rəsmi Bakı ilə danışıqlarda təmsil edə biləcək yeni diplomat peyda olub.

Qarabağdakı qanunsuz rejimin silahlı qüvvələrinin keçmiş “komandanı” və qondarma qurumun “təhlükəsizlik şurasının” keçmiş katibi Samvel Babayan “qarşılıqlı etimad yaradılması üçün Bakı ilə dialoqa getmək” barədə təkliflərini bir daha təsdiqləyib. Bu barədə Ermənistan mediası xəbər yayıb.

Babayan bildirib ki, onun əlində “Azərbaycanla razılığa gəlmək üçün konkret addımlar paketi” var.

Onun sözlərinə görə, “müdafiə ordusu”nun buraxılması barədə Bakının tələbi müzakirə oluna bilər. Lakin bunun üçün Bakı Qarabağda erməni əhalinin yaşadığı ərazilərin ətrafında “yaşıl zona” yaratmalıdır. Görünür, “yaşıl zona” deyəndə o, Azərbaycan ordusunun hazırkı mövqelərindən geri çəkilməsini nəzərdə tutur.

“Ermənistan hakimiyyəti hesab edir ki, Dağlıq Qarabağ hökuməti və onun tərəfdaşları nə etdiklərini özləri bilirlər, mən bu barədə məlumatlı deyiləm. Bəlkə də oturaq etiraz aksiyasından sonra Araik Arutyunyanın son addımı aclıq aksiyası olacaq, lakin mən belə ağılsız mübarizə formalarını dəstəkləmirəm. O ki qaldı Ağdam vasitəsilə daşımalara, biz, nəhayət, göydən yerə enib, anlamalıyıq ki, 2020-ci il noyabrın 9-dan sonra yaranmış şəraitin içərisindəyik, ona qədər vəziyyət başqa idi”, – Babayan deyib.

Qeyd etməyə dəyər ki, Babayan artıq bir neçə həftədir bu tipli fikirlər səsləndirir. Onun bu konstruktivliyinin kökündə nə dayanır, aydın deyil. O, hazırda separatçı qurumun rəhbərliyində təmsil olunmur. Lakin əvvəllər olub və oradakıları heç də pis tanımır. Mümkündür ki, Bakı Samvel Babayaı hansısa səbəblərə görə uyğun fiqur hesab edib və onunla əlaqəyə girərək, onu Bakı ilə danışıqlarda erməni əhalini təmsil etməyə razı sala bilib. Hətta o da ola bilər ki, bu missiyanı uğurla yerinə yetirəcəyi təqdirdə müəyyən vədlər verilib – məsələn, yerli administrasiyada hansısa vəzifə… Lakin mühüm olan bu deyil. Mühüm olan odur ki, Babayan yerli erməni əhali arasında ciddi avtoritet sahibidirmi? Bu amil, onun çətin həll prosesində təkliflərinin əksəriyyət tərəfindən dəstəklənməsi üçün çox vacibdir. Doğrudan da belədirsə, onda dialoq da, erməni əhalinin Bakı ilə münasibətlərində dönüş də asan olacaq.

Lakin bir sıra suallar hələ də qalır. Bütün bunlara Qarabağdakı digər siyasi klanlar necə yanaşacaqlar? Onlar Babayanın bu prosesdə üstün roluna və ən əsası, Bakı ilə dialoqun vacibliyinə razılaşacaqlarmı? Və Moskva regiondakı hərbi kontingentinin rəhbərliyi vasitəsilə prosesə necə müdaxilə edəcək?

Tanınmış rusiyalı ekspert, “Radio Svoboda”nın əməkdaşı Vadim Dubnov (Praqa) məsələ ilə bağlı fikirlərini Press Klubla bölüşüb.

O, düşünmür ki, Babayanın hərəkətlərinin kökündə mümkün danışıqlar məsələsi dayanır. “Bu mövzu, məncə, Qarabağ məsələsi ilə eyni müstəvidə deyil. Bu suallar Azərbaycanın və Ermənistanın xarici işlər nazirləri səviyyəsində həll olunur. Fikrimcə, onların arasında Bakı ilə Xankəndinin müzakirə edə biləcəyi bütün məsələlər danışılır”.

Babayanın dediklərinə gəlincə, Dubnov hesab edir ki, bu, Qarabağdakı ermənilərin daxili məsələsidir: “Onun dərdi nə xarici siyasət məsələsidir, nə də danışıqlar. Bakı bu prosesi maraqla müşahidə edə bilər, bundan artıq heç nə. Düşünürəm ki, Samvel Babayan bütün bunlarla özünün siyasi görüşləri üçün əlverişli mühit axtarır. Belə bir elektoral baza var və o, tədricən güclənəcək. Hesab etmirəm ki, dominant olacaq, lakin artıq var. Fikrimcə, Babayanın hərəkətlərini bu aspektdən dəyərləndirmək lazımdır. Hətta Xankəndi-İrəvan kontekstdində də baxmaq olar, çünki belə düşünən insanlar hazırda İrəvan üçün vacibdir. Bu baxımdan, Babayanın hərtəkətlərini daha çox daxili siyasi kontekstdə qiymətləndirmək düşgün olardı”, – Dubnov deyir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Bakıda sabiq rəis həbs edildi

  • Bu gün, 12:49
  • 10
  • 0

Ədalət Verdiyev həbs edildi

  • Dünən, 18:18
  • 26
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 113
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 810
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter