Məşhur bloqer HƏBS OLUNACAQ
- 05.12.2019, 14:10,
- Dünya
Baxılıb: 51
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyəli instagram fenomeni, DJ Kerimcan Durmaz üçün məhkəmə azadlıqdan məhrum etmə cəzası çıxarıb.
Məhkəmənin qərarına əsasən məşhur bloqer 10 ay müddətinə həbs olunacaq. Bundan əlavə Durmaz 5 min lirə (təxmini 1400 manat) təzminat ödəyəcək.
Məhkəmədə çıxış edən bloqer çox peşman olduğunu dilə gətirib:
“Həssas və diqqətli bir insanam. Düşünürəm ki, insanlar tərəfindən səhv başa düşülmüşəm. Əslində, o videonu 2 dostumun olduğu qrupa atacaqdım. Amma səhvən “İnstagram” hesabımın hekayə bölümündə paylaşmışam. Özümü çox pis hiss edirəm. Səhv etdiyimi qəbul edirəm. Amma bağışlanmağımı xahiş edirəm”.
Proses zamanı prokuror Kerimcan Durmazın 6 aydan 3 ilə qədər həbs olunmasını istəmişdi.
Qeyd edək ki, təyyarə tualetində çəkdiyi etik olmayan videosunu “Instagram” hesabında paylaşıb.