Şirazda törədilən hücuma görə məsuliyyəti İŞİD terrorçuları öz üzərinə götürüb
- 14.08.2023, 09:16,
- Dünya
Baxılıb: 29
Facebook
Вконтакте
Одноклассники
Google+
İŞİD terror qruplaşmasının üzvləri İranın Fars əyalətinin Şiraz şəhərində Şah-Çerağ məqbərəsinə edilən hücuma görə məsuliyyəti öz üzərinə götürüblər.
“Report” xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.
Press TV-nin məlumatına görə, hücum edənlərin sayı 2 nəfər olub. Onlardan biri hücumdan dərhal sonra saxlanılıb, ikincisi isə ərazidən uzaqlaşıb.
Xatırladaq ki, İran KİV-də 4 nəfər öldüyünə dair məlumat yayılsa da, yerli orqanlar hələlik ancaq bir itkini təsdiqləyiblər. İran rəsmiləri bu hücumu terror aktı kimi qiymətləndiriblər.