• 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

Fransa Azərbaycana müharibə elan etdi! - Tarix: 30 avqust 2023, saat 10.00

  • 28.08.2023, 16:00,
  • Dünya
  • Baxılıb: 28
Fransa Azərbaycana müharibə elan etdi! - Tarix: 30 avqust 2023, saat 10.00


Məşhur bir söz var: “Diplomatiya bitən yerdə müharibə başlar”. Bu gün Fransanın Azərbaycana qarşı apardığı siyasət bu aforizmi yada salır. Belə ki, Fransa prezidenti Emmanuel Makron son müsahibələrindən birində Laçın dəhlizi ilə bağlı məsələdə artıq diplomatik yolun bitdiyini bildirib. Belə çıxır ki, Fransa prezidenti Azərbaycana qarşı açıq-aşkar müharibə elan edib.

Müharibənin bəhanəsi

Fransa özünün müharibə niyyətinə legitimlik donu geyindirmək barədə də düşünür. O, Laçın dəhlizi məsələsini yenidən BMT TŞ-nın toplantısına çıxarmaq və Azərbaycana qarşı sərt qətnamə qəbul olunmasına nail olmaq istəyir. Hər halda Fransanın dünyaca məşhur “Le Figaro” qəzeti bu barədə yazır. Nəşrin iddiasına görə, Fransanın təqdim etməyə hazırlaşdığı qətnamə layihəsində Azərbaycanın Laçın dəhlizinin blokadası səbəbindən aclıqdan ölmək ərəfəsində olan 120 minlik Qarabağ ermənisinə yardım göstərilməsi bəhanəsi yer alır. “2022-ci il dekabrın 12-də Azərbaycan ordusu Qarabağı bütün dünya ilə birləşdirən yeganə yolu bağlayandan bəri onun əhalisi, demək olar ki, yalnız ermənilər sınaqdan keçirilir”, - yazan məqalə müəllifi vurğulayır ki, Qarabağ sakinləri demək olar ki, hər gün Azərbaycan mərmisi altında, mühasirədədir və 3000 kvadrat kilometrlik əraziyə girmək, yaxud çıxmaq imkanından məhrumdurlar.

Qarabağ 2500 ildən çox imiş ki, erməni torpağıymış

Müəllif daha sonra xeyli irəliyə gedərək, Qarabağın 2500 ildən artıqdır ki, erməni torpağı olduğunu qeyd edərək yazır: “İki min il yarımdan çox tarixə malik bu erməni torpağı 1923-cü ildə Azərbaycan Sosialist Respublikasının tərkibinə daxil oldu. Qayğıdan, dərmandan, benzindən, yeməkdən, bəzən də işıqdan, sudan və internetdən məhrum olan, mütəmadi olaraq ətrafdakı azərbaycanlılar tərəfindən Qarabağa giriş-çıxışları əngəllənən erməni sakinləri ölürlər. Artıq bir neçə ölüm faktı qeydə alınıb: Artsax əhalisinin vəziyyəti bundan ibarətdir və onlar bu gün belə bir şəraitdə yaşamağa məcburdurlar”.

İlk həmlənin tarixi

Nəşrin iddialarından belə anlaşılır ki, Fransa Azərbaycana qarşı başlatdığı hibrid müharibəsində ilk addımı bu ayın son günlərində atacaq. Məqalədə deyilir: “Paris və Fransanın əsas regionları gələn həftə Ermənistana humanitar karvan göndərəcək”. Paris meriyası da nəşrin iddialarını təsdiqləyib və yük maşınlarının artıq Fransadan çıxdığını və sentyabrın sonunda Laçın dəhlizinə çatacağını bildirib.

Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) isə “X” sosial şəbəkəsi vasitəsilə yaydığı bəyanatda daha dəqiq vaxt qoyub: “Humanitar yüklər sentyabrın 30-da, saat 12:00-da Laçın dəhlizində olacaq”.

Azərbaycan Fransaya qalib gələ bilərmi?

Bir sözlə, Fransanın Azərbaycana qarşı başlatdığı hibrid müharibənin ilk ciddi həmləsinin vaxtı belə müəyyənləşdirilib. Bəs, rəsmi Bakı bu hücuma hazırdırmı?

Əslində Azərbaycanın bu hibrid müharibəsində Fransaya qalib gəlmək şansları da az deyil. Rəsmi Bakının əlində iki güclü silahı var: beynəlxalq hüquq normalarının ölkəmizin xeyrinə olması və BMT TŞ-da təmsil olunan bir çox dövlətləri öz tərəfinə çəkmək potensialı.

Belə ki, 16 avqust tarixində BMT TŞ-da keçirilən müzakirələr zamanı Avropa ölkələrinin Zəngəzur dəhlizinə yerləşməsinin qarşısını almaq üçün Rusiyanın bizə daha yaxın mövqedən çıxış etdiyini hər kəs gördü. Rusiya böyük ehtimalla yenə eyni mövqeyini qoruyacaq.

Bundan əlavə, erməni mediasının iddiasına inansaq, ABŞ da həmin müzakirələr zamanı məxfi kulis söhbətlərində öz tərəfdaşlarına Azərbaycanın əleyhinə hər hansı qətnamə və bəyanatın çıxarılmamasına dair məsləhətlər və təlimatlar veribmiş.

Prinsip etibarilə, Çin də belə məsələlərdə adətən öz ağrımayan başına dəsmal bağlamaq niyyətində olmur. Çünki özünün də Tayvan kimi “Qarabağ problemi” var.

BMT TŞ-nın digər üzvü Böyük Britaniyanın da 44 günlük müharibə dövründə Fransanın bənzər təşəbbüsünü gözündə qoyduğu da bəllidir və yəqin ki, London yenə eyni mövqedən çıxış edə bilər.
Məlum olduğu kimi, BMT TŞ-da bütün qərarlar konsensus yoluyla qəbul edilir və Azərbaycan diplomatiyasının bu münbit şəraitdən faydalanaraq, Fransanın bəd niyyətini beşikdəcə boğmaq imkanları mövcuddur. Və yəqin ki, bu imkanlardan yetərincə istifadə də olunacaq. Ancaq onu da etiraf etməliyik ki, bu diplomatik uğurlar bizim öz qabiliyyətimizin nəticələri deyil. Hələ ki, bir çox ölkələrin maraqları bizimlə eyni nöqtədə birlədiyindən bəzi kövrək qələbələr qazana bilirik.

Fəqət erməni diplomatiyası gecə-gündüz dayanmadan əleyhimizə iş aparır və beynəlxalq arenada əleyhimizə rəylər formalaşdırır. Əslində Fransanın Azərbaycana qarşı planlaşdırdığı son hücumu da bu məqsədə qulluq edir. Bu isə gələcəkdə beynəlxalq birliyin mövqeyinin dəyişməsinə gətirib çıxara bilər və rəsmi Bakı öz tərəfdaşlarının gündəlik himayəsinə bel bağlamamalıdır. Atalar demişkən, “qonşuya ümid olanın şamsız qalma” ehtimalı da var.

Heydər Oğuz - ovqat.com
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ədalət Verdiyev həbs edildi

  • Dünən, 18:18
  • 20
  • 0

Əli Əsədov qərar imzaladı

  • Dünən, 12:37
  • 26
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 107
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 804
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter