• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Rəisinin Əliyevə dediyi bu sözlər erməniləri dəli etdi

  • 10.11.2023, 10:44,
  • Dünya
  • Baxılıb: 28
Rəisinin Əliyevə dediyi bu sözlər erməniləri dəli etdi


Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti İbrahim Rəisi arasında Daşkənddə görüş keçirilib.

Görüşdə İbrahim Rəisi “Biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır” sözlərini işlədib.

Rəisi Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etdiyini vurğulayaraq, Qarabağın bərpasında Azərbaycana yardım etməyə hazır olduqlarını da xüsusi qeyd edib.

Bu barədə yayılan məlumat isə erməni sosial şəbəkə istifadəçiləri və mediasını ciddi şəkildə narahat edib. Erməni mediasının iddiasına görə, İbrahim Rəisi çıxışında “Biz, həmçinin çox sevinirik ki, Qarabağ uzun illərdən sonra öz əzəli ərazisinə qovuşdu. Bu, Azərbaycandır” sözlərini işlətməyib. Bunun sübutu kimi isə İranın rəsmi mediasında görüşlə bağlı gedən xəbərlər göstərilib.

Qeyd edək ki, həqiqətən də İranın rəsmi xəbər agentlikləri Əliyev-Rəisi görüşü haqda məlumat dərc etsələr də, təfərrüatı işıqlandırmayıblar və çıxışlardan sitatları dərc etməyiblər. Diqqətçəkən məqamdır ki, Rəisinin çıxışlarına xüsusi önəm verən İran mediası nədənsə bu görüş haqda “xəbərlə” kifayətlənib.

Buna baxmayaraq, İran Prezidenti Rəisinin rəsmi saytında görüşlə bağlı nisbətən daha müfəssəl məlumat var. Burada da çıxışların tam mətni verilməyib, ancaq Rəisinin “Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini dəstəkləyirik”, “Qarabağda bərpa işlərində yardıma hazırıq” kimi sözləri əksini tapıb.

Görünür, İran mediası Ermənistanla “dostluq-qardaşlıq” əlaqələrinə “xələl gətirməmək” davranışı nümayiş etdirib, ermənilər isə bundan istifadə etməyə çalışıblar. Lakin Prezident Rəisinin rəsmi saytındakı məlumatı nəzərdən keçirməyi və görüşün videsunu izləməyi “unudublar”./ Axar.az
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Dünən, 13:10
  • 29
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 069
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 765
  • 58
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter