Problem ondadır ki, sərhəd məsələsi həllini tapmalı və iki ölkə arasında müəyyən edilən xətt üzərində sərhəd qoşunları dayanmalıdır.
Bunu Ermənistan parlamentinin milli müdafiə və təhlükəsizlik komissiyasının sədri Andranik Köçəryan deyib.
“Seyran Ohanyan (Ermənistanın sabiq müdafiə naziri-red) yüksək səslə Tavuş sakinlərinə hansı təhlükələrin ola biləcəyini izah edir. Yaxşı olardı ki, Seyran Ohanyan da eyni tonda izah etsin ki, biz sülhə aparan məntiqə əməl etməsək, nələr baş verə bilər. Bizim olan bizimdir, onlara aid olan isə onlarındır", - o qeyd edib.
Deputat bildirib ki, problemin həlli danışıqlar yolu ilə sərhədlərin müəyyənləşdirilməsindən və əlavə qan axıdılmasının qarşısının alınmasında gedir.
O eyni zamnda əlavə edib ki, biz də zamanında çox şey götürdük (yəni Azərbaycan ərazilərini götürdük-red), geri verməyəcəyimizi söylədik və nəticəsi nə oldu: "Bu, son nəticədə beynəlxalq hüquqa əsaslanmalıdır. Biz hər dəfə dövlət sərhədini çəkməyə gələndə zamanında götürdüklərimiz (yəni işğal olunan ərazilər-red) anlayışı ortadan qalxır. Deyirik ki, verməyək. Bu gün iddialardan əl çəkməsək, oturduğumuz (işğal edilən-red) yerdə sabah onlar oturacaq. Problemin həlli isə bir-birinə atəş açmamaqla məsələnin həll edilməsidir”, - o deyib.
Andranik Köçəryan təklif edib ki, Seyran Ohanyan xalqı qorxutmaq və İrəvana qayıtmaq əvəzinə, Tavuş vilayətindən qayıtmasın, yerli ərazi müdafiəsi problemlərini həll etsin və təcrübəsindən istifadə etsin.