Bağdad hava limanına hücum olub — İranlı general öldürüldü
- 03.01.2020, 12:14,
- Dünya
Baxılıb: 92
Facebook
Вконтакте
Одноклассники
Google+
İraqın paytaxtı Bağdadda beynəlxalq hava limanının yaxınlığına bir neçə raket atılıb, nəticədə azı 8 nəfər ölüb.
Hücum nəticəsində İran İnqilabı Keşikçiləri Qvardiyasının (“Sepah”) “Quds” qanadının komandanı, general Qasım Süleymani həlak olub.
Bu barədə “AFP” agentliyi İraq təhlükəsizlik qüvvələrindəki mənbəyə istinadən məlumat yayıb.
Bildirilir ki, 3 raket yüklərin yerləşdiyi əraziyə düşüb, nəticədə iki maşın partlayıb.
Atılan raketlərdən biri generalın olduğu avtomobil karvanının üzərinə düşüb.
Pentaqon da ABŞ-ın raket zərbəsi nəticəsində İranlı generalın öldüyünü rəsmi olaraq təsdiq edib.
Bundan başqa raketlərdən biri uçuş-eniş zolağına düşdüyü üçün, hava limanı bağlanıb.