“Qalstanyan” şousu nəticə verməyəcək? - GÖRÜNƏNİ BUDUR...
- 17.07.2024, 15:30,
- Dünya
Baxılıb: 53
Facebook
Вконтакте
Одноклассники
Google+
Ermənistanda etiraz aksiyalarının təşkilatçısı keşiş Baqrat Qalstanyan tərəfdarları ilə dünənki görüşdə bildirib ki, hakimiyyətə qarşı mübarizənin yeni mərhləsinə hazırlıq gedir.
Baqrat Qalstanyan jurnalistlərə deyib ki, regionlara səfərlərin məqsədi sakinləri təşviq etmək və onlardan dəstək almaq, onların əhval-ruhiyyəsinin nə olduğunu anlamaqdır. Baqrat Qalstanyan əlavə edib ki, hərəkatın aktivləşmə mərhələsi sentyabrın əvvəlində başlayacaq.
Maraqlıdır, Qalstanyanın başçılığı ilə keçiriləcək növbəti etiraz aksiyaları nə ilə nəticələnəcək?
Məsələ ilə bağlı politoloq Xəqani Cəfərli “Cebhe.info”-ya açıqlamasında qeyd edib ki, budəfəki aksiyalar da heç bir ciddi proseslə nəticələnməyəcək:
“Keşiş Baqrat Qalstanyanın başlatdığı təşəbbüs heç bir nəticə verməməsi hər kəsə məlumdur. Amma bu layihənin arxasında duranlar geri çəkilmək istəmirlər. Çünki istənilən etiraz aksiyasının təsirsiz ötüşməsi mövcud hakimiyyətin mövqeyini gücləndirir. Paşinyanın əleyhdarları, xüsusilə Rusiyada müəyyən dairələr Ermənistanda sabitliyin pozulmasında maraqlıdırlar. Lakin hazırkı vəziyyət onu göstərir ki, Ermənistanda böyük əksəriyyət ciddi dəyişikliklərə və sabitliyin pozulmasının əleyhinədirlər. Ona görə də Qalstanyanın təşəbbüsünü dəstəkləmirlər. Amma regionun taleyi həll olunana kimi Ermənistanda müəyyən təlatümlərin baş verməsi gözləniləndir”.