• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Türkiyəni tələb etdilər - Bu ölkə Türk ordusunu öz ərazisində görmək istəyir

  • 17.07.2024, 12:36,
  • Dünya
  • Baxılıb: 80
Türkiyəni tələb etdilər - Bu ölkə Türk ordusunu öz ərazisində görmək istəyir


Qızıl, uran, neft mədənləri ilə zəngin və bir əsrdən çox istismar edilən Niger Fransanın əsarətindən qurtularaq, ABŞ ordusunu öz ərazisindən çıxarmaq barədə qərar verdikdən sonra öz resurslarını idarə etmək istiqamətində aktiv fəaliyyətə başlayıb.

Qərbdən uzaqlaşan Niger siyasi, hərbi və iqtisadi müstəqilliyini gücləndirmək üçün ilk addımı atmağa başlayıb. Bu məqsədlə də Niger Türkiyə ilə sıx təmas qurmaq niyyətindədir.

Türkiyə ilə Niger arasında ikitərəfli əlaqələrin bütün sahələrində əlaqələrin qurulmasında yüksək səviyyədə razılıq əldə edilib. Bu məqsədlə bu gün Nigerin baş naziri Zeynənin dəvəti ilə Türkiyə xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər, enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bu ölkəyə səfər edəcək.

Nümayəndə heyətinə MİT sədri İbrahim Kalın, müdafiə sənayesi prezidenti Haluk Görgün və ticarət nazirinin müavini Özgür Volkan Ağar da daxildir.

Görüşlər zamanı ikitərəfli siyasi və iqtisadi əlaqələrin və əməkdaşlığın gücləndirilməsi və şaxələndirilməsi üçün atılacaq addımlar, Sahel bölgəsindəki mövcud hadisələr müzakirə olunacaq. Türkiyə uzun müddətdir ki, Nigerin ​​həm özəl sektorda, həm də dövlət sektorunda yaxından iştirak edir.

Bildirilir ki, Nigerdə keçiriləcək görüşlərdə ölkənin təhlükəsizlik və müdafiəsində Türkiyənin dəstəyi müzakirə olunacaq. Hətta cari ilin sentyabrın 15-dək ABŞ ordusu Nigeri tamamilə tərk etdikdən sonra onların yerini Türk ordusunun tutması ətrafında da fikir mübadiləsi aparılacaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Azərbaycanda zəlzələ olub

  • Bu gün, 13:10
  • 17
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 056
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 746
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter