• 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi... - “Hraparak”

  • 20.09.2024, 15:30,
  • Dünya
  • Baxılıb: 95
Ermənistan elektrik şəbəkələrini Rusiyanın inhisarından çıxarmaq üçün hərəkətə keçdi... - “Hraparak”


Ermənistanın hakim “Vətəndaş sazişi” partiyasının Milli Assambleyqdakı fraksiyası dünən parlamentdə “elektrik enerjisi təchizatı sahəsində mövcud problemlər və onların həlli yollarını” müzakirə edib. Müzakirələrə Ərazi idarəetmə naziri Qnel Sanosyan, Dövlət Xidmətlərini Tənzimləmə Komissiyasının sədri Qaregin Baqramyan da dəvət olunub.

Moderator.az xəbər verir ki, bu haqda səhər saatlarında “Hraparak” məlumat yayıb.

“Təxminən 10 gün əvvəl “VS” onları qapalı formatda müzakirə üçün yenidən Milli Assambleyaya çağırıb. Əvvəl yazmışdıq ki, hökumət Rusiya vətəndaşı Samvel Karapetyanın rəhbəri olduğu “Taşir qrupu”ndan Ermənistan elektrik şəbəkəsinin alınması məsələsini müzakirə edir. Son zamanlar elektrik enerjisinin tez-tez kəsilməsi və anti-Rusiya əhval-ruhiyyəsi bu prosesə kömək edir. Əvvəlcə “VS”-in təşəbbüs qrupunun iclasında məsələ qaldırdılar ki, nə üçün Rusiya vətəndaşı Ermənistanın elektrik şəbəkələrini idarə etməlidir, bu, onun monopoliyasında olmalıdır, sonra Baqramyan və Sanosyanı dəvət etdilər. Baqramyan arqumentlər təqdim edib. O deyib ki, dövlət dəstəyinə, elektrik şəbəkələrinə subsidiya verilməsinə ehtiyac var ki, köhnəlmiş infrastrukturları dəyişdirsinlər. Halbuki, əslində, hökumət bütün yolu getməyə qərar verib. İndi isə “Ermənistan elektrik şəbəkələri”ni sahibindən almaq üçün açıq müzakirə təşkil ediblər və bunu qanunverici orqan vasitəsilə edirlər. Dünən “VS” fraksiyasının rəhbəri Hayk Konjoryan canlı yayıma çıxıb və vətəndaşlardan öz səhifəsinə elektrik enerjisi ilə bağlı problemlər barədə yazmağı xahiş edib”, - deyə erməni nəşri bildirib.

Xatırladaq ki, erməni əsilli Rusiya oliqarxı Samvel Karapetyanın “Taşir” qrupu 2015-ci ildən, yəni hələ Serjik Sərkisyanın hakimiyyətdə olduğu vaxtdan Ermənistan elektrik şəbəkələrini alıb.

Aydın görünür ki, Ermənistan hökuməti fəal şəkildə ölkənin elektrik şəbəkələrini də Rusiyanın inhisarından çıxarmağa çalışır.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 8 028
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 4 717
  • 57
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter