Xameneyi beş ildən sonra cümə xütbəsi edəcək
- 04.10.2024, 11:11,
- Dünya
Baxılıb: 72
Facebook
Вконтакте
Одноклассники
Google+
İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyi hakimiyyətdə olduğu 35 il ərzində 42 cümə namazının imamı olub.
Sonuncu dəfə o, imam cümə xütbəsini təxminən 5 il əvvəl İnqilab Keşikçiləri Qvardiyasının (Sepah) Qüds qoşunlarının komandanı general Qasım Süleymani öldürüldükdən sonra edib.
Onun başçılıq etdiyi cümə namazlarının bəziləri bunlardır: Xameneyi rəhbərliyinin ilk illərində 1989-cu ildən sonra 9 aydan bir üç xütbə edib, 1991-92-ci illərdə bir cümə namazına başçı olub, 1993-cü ildə pişnamaz olmayıb. 1993-98-ci illərdə hər il iki cümə namazı qılıb. 1998-1999-cu illərdə hər il iki cümə namazına pişnamaz olub. 2001-ci ildə o, Tehranda cümə namazında xütbə oxuyub.
2000-2003-cü illər Xameneyi hər il iki cümə namazı keçirib. 2006-cı ildən 2012-ci ilədək hər il bir dəfə cümə xütbəsi edib. Qasım Süleymaninin öldürülməsinədək isə heç bir cümə namazı xütbəsi etməyib.
Bildirilib ki, İranın ali rəhbəri ölkəsində və dünyada baş vermiş ən vacib hadisələr zamanı da xütbə edib. Məsələn, 1998-ci ildə İranda ziyalılar Dariuş Forohar və həyat yoldaşı Pərvanə İskəndərinin qətlə yetirilməsi ilə bağlı cümə namazına rəhbərlik edib.
O bu gün Livanda “Hizbullah” lideri Həsən Nəsrullah, SEPAH komandirlərindən Abbas Nilofuruşənin və başqalarının öldürülməsi ilə bağlı cümə xütbəsi edəcək.
Xatırladaq ki, 1989-cu ildə ayətullah Xomeyni öləndən sonra onu Xameneyi əvəzləyib.