Ukrayna Prezidenti Volodimir Zelenski və ABŞ-li həmkarı Donald Tramp Ağ Evin Oval kabinetində 45 dəqiqəlik mətbuat brifinqi keçirib və Birləşmiş Ştatların Ukraynaya yardımı ilə bağlı iclas qızğın mübahisə ilə yekunlaşıb.
Qafqazinfo”xəbər verir ki, dava vitse-prezident J.D.Vensin Ukraynanın ABŞ ilə razılaşmalı olması ilə bağlı şərhindən sonra başlayıb.
Zelenski eyham edərək “Allah qorusun, sizə müharibə olmasın” deyib.
Söhbətə müdaxilə edən Tramp Zelenskiyə bu cavabı verib:
“Sən bunu bilmirsən, bizə nə hiss etməli olduğumuzu demə”.
İki tərəf arasında artan mübahisədən sonra Tramp bildirib ki, Ukrayna gələcək razılaşmanın şərtlərini təyin etmək iqtidarında deyil:
“Siz yaxşı vəziyyətdə deyilsiniz. Hazırda əlinizdə heç bir kartınız yoxdur”.
“Mən kart oynamıram” deyə Zelenski Trampa cavab verib.
Tramp isə ona Ukraynaya hörmətsizlik etdiyini və onunla oynamağa haqqı olmadığını deyib.
Bundan sonra brifinq qısa müddət ərzində başa çatıb.
***
ABŞ və Ukrayna prezidentləri Donald Tramp və Volodimir Zelenski Oval kabinetdə Ukraynada sülhün bərqərar olması, tərəfdaşlığın dərinləşdirilməsi və digər mühüm aspektlər üzrə genişəhatəli müzakirələrə başlayıblar.
“Report”a istinadən xəbər verir ki, görüş hər iki tərəfdən rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilir.
***
ABŞ Prezidenti Donald Tramp Ağ Evdə Ukrayna lideri Volodimir Zelenski ilə görüşüb.
bu barədə "AFP" məlumat yayıb.