• 10:49 – İlham Əliyev Qazaxıstanın Baş nazirini qəbul edib 
  • 15:07 – İlham Əliyev Ərdoğana zəng etdi 
  • 13:32 – Prezident və xanımı Xocalı soyqırımı abidəsini ziyarət ediblər - YENİLƏNİB 
  • 10:31 – Prezident və xanımı Xocalı soyqırımı abidəsini ziyarət ediblər 

Makron Ukraynada Avropanın sülh planını açıqlayıb

  • 03.03.2025, 13:49,
  • Dünya
  • Baxılıb: 19
Makron Ukraynada Avropanın sülh planını açıqlayıb


Ukraynada ABŞ və Rusiya arasında razılaşdırıla biləcək atəşkəsin effektivliyinə inanmaq mümkün deyil.

Belə bir bəyanatla Fransa prezidenti Emmanuel Makron çıxış edib.

Bununla belə Makron bildirib ki, Fransa və Böyük Britaniya münaqişənin həlli üçün alternativ plan hazırlayıb.
Fransa-Britaniya planı iki mərhələdən ibarətdir:

1. Havada və dənizdə atəşkəs, həmçinin enerji obyektlərinə hücumlara moratoriumun tətbiqi. Birinci mərhələ bir ay davam etməlidir;
2. Ukrayna ərazisinə sülhməramlıların göndərilməsi.

Fransa prezidenti hesab edir ki, bir neçə gün ərzində Ukrayna münaqişəsinin həlli “ölü nöqtədən” çıxa bilər. “Məsələ ondan ibarətdir ki, biz bu vaxtdan məqbul atəşkəsə nail olmaq üçün necə istifadə edəcəyik, danışıqlar bir neçə həftə çəkəcək və sülh imzalanandan sonra qoşunların yeridilməsi...”, - Makron bildirib. O bildirib ki, atəşkəs rejiminə əməl edilib-edilmədiyini yoxlamaq çox çətin olacaq.

Makron eyni zamanda ABŞ-la Ukrayna arasında dialoqun bərpasının vacib olduğunu bəyan edib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 10 348
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 7 381
  • 101
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter