• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

"Tesla" görünməmiş ziyana uğradı

  • 05.04.2025, 10:53,
  • Dünya
  • Baxılıb: 50
"Tesla" görünməmiş ziyana uğradı


Amerikalı sahibkar İlon Maskın "Tesla" şirkəti görünməmiş ziyana məruz qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə "JPMorgan"ın analitiki Rayan Brinkman bildirib.

Qeyd olunub ki, birinci rübdə "Tesla"nın avtomobil tədarükü gözləndiyindən xeyli aşağı düşüb.

Məlumata görə, "Tesla"nın səhmləri bu gün müntəzəm ticarətə başlamazdan əvvəl 5%-dən çox ucuzlaşıb. Onların rekord həddə çatdığı dekabrın 17-dən hesablasaq, azalma 44% olaraq qiymətləndirilir.

Yanvar-mart aylarında "Tesla"nın 336 681 avtomobil tədarük etdiyi vurğulanıb. Bu, 2022-ci ildən bəri ən pis rüblük nəticə olub. İndi "JPMorgan" "Tesla"nın birinci rübdə qazancının bir səhmə görə 36 sentə düşəcəyini proqnozlaşdırır ki, bu da əvvəlki 40 sentlik proqnozdan və orta analitik təxmindən (46 sent) aşağıdır.

"Bloomberg" xatırladıb ki, ABŞ-də prezident seçkisində Ağ Ev rəhbəri Donald Trampın sponsoru olan Mask dəfələrlə avropalı siyasətçiləri tənqid edib, ifrat sağçı partiyaların və fəalların lehinə çıxış edib, bu da, "Tesla" əleyhinə işləyib. Məsələn, Almaniyada onun satışları ötən rübdə 62% azalıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

İlham Əliyev bu qanunu təsdiqlədi

  • 24-07-2026, 14:46
  • 10
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 238
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter