• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Afrika qitəsi parçalanmağa başlayıb

  • 29.05.2025, 12:02,
  • Dünya
  • Baxılıb: 52
Afrika qitəsi parçalanmağa başlayıb


Alimlərin Afrika qitəsinin parçalanmağa başladığına dair yeni sübutları var.

"Geophysical Research Letters" jurnalında dərc olunan bir araşdırmaya görə, Şərqi Afrika Riftinin altında Yer mantosundan qalxan güclü və isti maddə axını yavaş-yavaş litosferi içəridən parçalayır.

Alimlər Keniyada yerləşən Menenqay vulkanik kalderasında bir geotermal mənbədən çıxan qazları analiz ediblər. Bu qazlardakı neon izotoplarının tərkibi Tanzaniya, Efiopiya və hətta Havay adalarındakı vulkanik süxurların tərkibi ilə demək olar ki, eynidir. Bu isə onu göstərir ki, bu bölgələrin hamısının ortaq dərinlikdə yerləşən bir mənbəyi ola bilər — Yer nüvəsinin sərhədindən yüksələn nəhəng bir manto “plümü”.

Belə bir plüm (yəni isti manto sütunu) zamanla yer qabığını əridərək çatlar yaradır. Məhz bu cür çatlaqlar qitələrin milyonlarla il ərzində bir-birindən ayrılmasına səbəb olur. Geoloqlar artıq uzun müddətdir ki, Şərqi Afrika Rift Sistemi genişlənməkdədir deyə biliriblər. Lakin indi məlum olub ki, bu proses yalnız səthdə yox, Yer kürəsinin dərinliklərində də baş verir.

Əgər bu proseslər bu templə davam etsə, milyon illər ərzində Afrika iki qitəyə bölünə bilər və yaranmış çatlaq boyunca yeni bir okean formalaşa bilər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Paşinyanın referendum XOFU

  • Bu gün, 16:00
  • 6
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter