• 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

İran sənədləri ələ keçirdikdən sonra hədələdi: İsrailin gizli obyektlərinə zərbə...

  • 10.06.2025, 10:03,
  • Dünya
  • Baxılıb: 39
İran sənədləri ələ keçirdikdən sonra hədələdi: İsrailin gizli obyektlərinə zərbə...


İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurası İsrailin mümkün hücumuna sərt cavab veriləcəyini bəyan edib.

Rəsmi açıqlamada qeyd olunur ki, Tehran Tel-Əvivin gizli nüvə obyektlərini, həmçinin onun iqtisadi və hərbi infrastrukturlarını hədəfə alacaq:

“Əldə olunmuş kəşfiyyat məlumatlarına çıxış və əməliyyat ardıcıllığı tamamlandıqdan sonra İslam döyüşçülərinə sionist rejimin ölkənin nüvə obyektlərinə mümkün hücumunu dərhal dəf etməyə, eləcə də onun gizli nüvə obyektlərinə və istənilən iqtisadi-hərbi infrastrukturuna təcavüzün tipinə tam uyğun şəkildə cavab zərbəsi endirməyə imkan verir”, – deyə Şura açıqlayıb.

Bu sərt bəyanat ABŞ və İran arasında nüvə danışıqlarının dalana dirəndiyi bir vaxtda səsləndirilib.

Qeyd edək ki, iyunun 9-u İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub. Danışıqda əsas müzakirə mövzusu İranın nüvə proqramı olub.

Tərəflər arasında danışıqların məzmunu rəsmi şəkildə açıqlanmasa da, analitiklər bu zəngin Tehran üzərində təzyiqlərin artacağının siqnalı ola biləcəyini deyirlər.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR

Çin lideri ABŞ-a gedir

  • Bu gün, 12:18
  • 4
  • 0

Ramiz Mehdiyev AMEA-nın sədri seçildi

  • 23-10-2019, 21:00
  • 11 237
  • 1

Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

  • 22-12-2021, 14:22
  • 9 194
  • 139
 Valyuta məzənnəsi
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter